Əlaqələndirmə Qərargahının növbəti iclası Xocavənd şəhərində keçirilib
Cəmiyyət 16 Mart 2026, 14:45
1049
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Xocavənd şəhərində Qərargahın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Samir Nuriyev işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış prosesinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin və ölkənin uzunmüddətli inkişaf strategiyasının əsas istiqamətlərindən biri olduğunu bildirib. Deyib ki, bu proses yalnız ərazilərin fiziki baxımdan bərpasını deyil, həmin torpaqlarda həyatın yenidən qurulmasını, dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunmasını və keçmiş məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli qayıdışını nəzərdə tutan kompleks yanaşmanı əhatə edir.
Qərargah rəhbərinin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə son illər həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərində əsas prioritet baza infrastrukturunun yaradılması olub. Elektrik enerjisi, qaz və su təchizatı infrastrukturunun yenidən qurulması, yolların, körpülərin və tunellərin inşası regionda həyatın bərpası üçün ilkin zəruri şəraiti formalaşdırıb. Hazırkı mərhələdə isə dövlət tərəfindən ayrılan resursların mühüm hissəsi yaşayış fondunun genişləndirilməsinə, fərdi və çoxmənzilli evlərin tikintisinə və bərpasına yönəldilir. Bununla yanaşı, məktəblər, uşaq bağçaları, tibb məntəqələri və dövlət xidmətləri mərkəzləri kimi sosial obyektlərin fəaliyyətlərinin təşkili paralel şəkildə həyata keçirilir. Qeyd olunub ki, bu yanaşma öz doğma torpaqlarına qayıdan keçmiş məcburi köçkünlərin ilk gündən normal həyat şəraitinə sürətli adaptasiyasına imkan verir.
İşğaldan azad edilmiş ərazilərdə bu günədək ümumilikdə 41 yaşayış məntəqəsinin tikilərək və bərpa edilərək istifadəyə verildiyini, həmin ərazilərə keçmiş məcburi köçkünlərin qayıdışının təmin olunduğunu vurğulayan qərargah rəhbəri görülən işlər nəticəsində hazırda dövlət və özəl sektorlarda işləyənlər, həmçinin təhsil alanlar da daxil olmaqla, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 80 mindən çox insanın yaşadığını və fəaliyyət göstərdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edilib ki, qarşıdakı dövrdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri nəticəsində köç prosesi daha da sürətlənəcək və Böyük Qayıdış Proqramının miqyası genişlənəcək.
Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrası Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində həyata keçirilir. Proqramda nəzərdə tutulmuş tədbirlər ardıcıl şəkildə icra olunur, bu isə qarşıya qoyulan məqsədlərə mərhələli şəkildə nail olunmasına və bərpa-quruculuq prosesinin uğurla davam etdirilməsinə imkan yaradır.
Həmçinin oxuyun
S.Nuriyev vurğulayıb ki, məskunlaşmanın dayanıqlılığı birbaşa məşğulluq imkanlarının yaradılması ilə bağlıdır. Bu baxımdan yeni iş yerlərinin açılması, kənd təsərrüfatı, xidmət sektoru, istehsal, tikinti və logistika sahələrində fəaliyyət imkanlarının genişləndirilməsi, həmçinin sahibkarlığın təşviqi, investorların cəlb olunması və dəstək mexanizmlərinin tətbiqi mühüm əhəmiyyət daşıyır.
Qərargah rəhbəri tarixi, mədəni və dini abidələrin bərpasının Böyük Qayıdış prosesinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edərək, bunun milli-mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Daha sonra iclasın gündəliyinə uyğun olaraq, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin fəaliyyəti, habelə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində görülən işlər barədə məlumatlar təqdim olunub. Məskunlaşma, iqtisadi fəallığın artırılması, sahibkarlığın inkişafı və mədəni irsin bərpası istiqamətində aparılan işlərə dair məruzələr dinlənilib.
İclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş strateji vəzifələrin səmərəli icrası üçün zəruri tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunub ki, hər bir məsələ üzrə konkret addımlar atılmalı və verilmiş tapşırıqlar operativ şəkildə icra olunmalıdır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Soyuq keçən havalar və yaxud təbiətin şıltaqlığı
Soyuq keçən havalar və yaxud təbiətin şıltaqlığı Dünyanı narahat edən problemlərdən biri də iqlim dəyişmələridir. Mütəxəssislərin gəldiyi qənaət ondan ibarətdir ki, əsas səbəblərdən biri XVIII əsrdən başlayan sənayeləşmənin XX əsrin ortalarından etibarən Yer kürəsinin iqlim sisteminə mənfi təsir göstərməsidir. Belə ki, atmosfer tullantıları, istixana effekti yaradan qazların qlobal miqyasda sürətli artımı bu problemin daha da dərinləşməsinə təkan verir. Qlobal iqlim dəyişmələri ölkəmizdən də yan keçməmiş və Azərbaycanda son 100 ildə orta illik temperatur 0,4-1,3 dərəcəyə qədər artmışdır. Bütün bunların nəticəsi olaraq ölkə ərazisində mütamadi olaraq daşqınlar, güclü küləklər, quraqlıqlar, torpağın şoranlaşması, səhralaşma, yağıntı və su ehtiyatlarının azalması kimi ekstremal iqlim...
30 Aprel 2026, 20:47
Sahibə Qafarova Britaniya səfiri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə görüşüb.Bu barədə Citypost.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.Görüşdə dost və tərəfdaş ölkələr olan Azərbaycan və Birləşmiş Krallıq arasında münasibətlərin qarşılıqlı etimad və dəstəyə əsaslanaraq, siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.Yüksək səviyyəli səfərlərin və görüşlərin ölkələrimiz arasında əməkdaşlıq gündəliyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyəti önə çəkilərək, Prezident İlham Əliyevin Birləşmiş Krallığa səfərləri, Birləşmiş Krallığın Baş naziri Kir Starmerin COP29-da iştirak üçün ölkəmizə səfəri, həmçinin qarşı tərəfdən reallaşdırılan bir sıra digər yüksək səviyyəli səfərlər qeyd olunub.Söhbət...
30 Aprel 2026, 17:50
Hikmət Hacıyev Bundestaqın nümayəndə heyəti ilə görüşdü
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının Cənubi Qafqaz üzrə işçi qrupunun rəhbəri Mirze Edisin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Citypost.az xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.Qeyd edilib ki, görüş zamanı regiondakı mövcud siyasi vəziyyət və Ermənistanla sülh prosesi barədə ətraflı fikir mübadiləsi aparılıb. (Teleqraf)
30 Aprel 2026, 17:00
AZAL-ın donanmasına daha bir “Airbus A320neo” əlavə olunub
"AZCON Holding" şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasını növbəti “Airbus A320neo” tipli müasir təyyarə ilə gücləndirib. Yeni hava gəmisinin istismara verilməsi sərnişinlərə daha komfortlu səyahət imkanlarının təqdim olunmasına xidmət edir.AZAL-dan Citypost.az-a bildirilib ki, “Airbus A320neo” 6300 km-dək uçuş məsafəsinə malik olmaqla yanaşı, yeni nəsil mühərrikləri sayəsində yüksək yanacaq səmərəliliyi ilə seçilir. Bu modeldə hər oturacaq üzrə yanacaq sərfiyyatı və karbon emissiyaları təxminən 20 faiz azaldılıb. Çevik və funksional “Airspace” kabini isə daha geniş şəxsi məkan, rahat oturacaqlar və böyüdülmüş əl yükü bölmələri (“XL bins”) sayəsində sərnişinlər üçün daha yüksəksəviyyəli uçuş təcrübəsi yaradır. Bununla yanaşı, təyyarə əyləncə sistemi, biznes sinfində...
30 Aprel 2026, 16:51
Görkəmli xalçaçı Lətif Kərimovun 120 illiyi qeyd ediləcək - SƏRƏNCAM
Azərbaycan təsviri sənətinin böyük ustası, görkəmli xalçaşünas, pedaqoq və sənətşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Xalq rəssamı Lətif Hüseyn oğlu Kərimovun 120 illiyi qeyd olunacaq.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.Qeyd olunub ki, 2026-cı ilin noyabr ayında 120 illiyi tamam olur.Dünya mədəni irs xəzinəsində şərəfli mövqeyə malik Azərbaycan xalça mədəniyyətinin hazırkı inkişaf səviyyəsinə yüksəlməsində Lətif Kərimovun təqdirəlayiq xidmətləri var. Onun eskizləri əsasında toxunmuş xeyli sayda süjetli, portret xalçalar və monumental xalılar milli xalçaçılığın parlaq ənənələrini özündə yaşadan misilsiz sənət nümunələridir. Fitri istedadla yaradılan və naxışlarının ifadəliliyi, bitkin üslubu ilə seçilən dərin koloritli əsərləri sənətkara dövrün məşhur...
30 Aprel 2026, 16:38
Bu ərazidə 1800 abonentin qazı kəsiləcək
Sumqayıt şəhərində 1800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq."Azəriqaz" İB Sumqayıt QİS-dən Citypost.az-a verilən məlumata görə, Sumqayıt şəhəri, "Beton zavod" ərazisində diametri 76 mm olan qaz xəttində aşkar edilmiş sızmaların aradan qaldırılması məqsədilə təmir işləri aparılacaq.Bu səbəbdən, ərazidəki 1800 abonentin qaz təchizatı aprelin 30-da saat 16:00-dan etibarən dayandırılacaq.Qazın verilişi təmir işləri başa çatdıqdan sonra mərhələli şəkildə bərpa olunacaq.
30 Aprel 2026, 16:37