Məhkəmə Əhməd Məmmədliyə hökm oxudu
Cəmiyyət 16 Mart 2026, 17:28
65
Bakıda baş vermiş insidentlə bağlı saxlanılan ictimai fəal Əhməd Məmmədlinin cinayət işi bağlı məhkəmə başa çatıb.
Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Seyidovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Əhməd Məmmədlinin 9 il azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra prosesdə hökm oxunub. Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əhməd Məmmədlinin Biləcəridə baş verən insidentlə bağlı saxlanıldığı bildirilir.
Həmçinin oxuyun
"D18" Hərəkatının sədri kimi tanınan Əhməd Məmmədli vətəndaşın sağlamlığına kəsici alətlə qəsdən ağır zərər vurmaqda təqsirləndirilib.
İttihama görə, mayın 6-da gecə saatlarında Bakı şəhəri Biləcəri qəsəbəsində Əhməd Məmmədli şəxsi münasibətlər zəminində 37 yaşlı Vüqar adlı şəxsə qarın nahiyəsindən bıçaqla xəsarət yetirib. O, törətdiyi əmələ görə saxlanılıb.
Tərəflər arasında münaqişə taksidə yer üstündə baş verib.
Əhəd Məmmədli Cinayət Məcəlləsinin 126.2.4 (Qəsdən sağlamlığa ağır zərər vurma ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti törədildikdə) və 221.3-cü (Xuliqanlıq silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə) maddələri ilə ittiham olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azad edilmiş ərazilərdə 129 mina zərərsizləşdirildi
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə piyada əleyhinə 129 mina zərərsizləşdirilib.Citypost.az xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb.Bildirilib ki, tank əleyhinə isə 194 mina aşkarlanaraq zərərsizləşdirilib, 1 234.5 hektar ərazi minalardan təmizlənib.
16 Mart 2026, 17:48
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bu ilin əvvəlindən Azərbaycan yumurta ixrac etməyib, yerli istehsal tamamilə daxili tələbatın ödənilməsinə yönəldilib.Bunu "Report"a açıqlamasında "Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin sədri Mürvət Həsənli bildirib.Bununla belə, onun sözlərinə görə, ixracdakı fasilə müvəqqətidir: "ABŞ ilə yeni ixrac müqavilələri imzalanıb, may ayından yumurtanın göndərilməsinə başlanılacaq. Körfəz ölkələri ilə bağlanılmış müqavilələrin icrasına isə aprel ayından başlanılmalıdır. O vaxta qədər Yaxın Şərqdəki münaqişənin aradan qalxacağına ümid edirik. Ümumiyyətlə Assosiasiya yeni ixrac bazarlarının tapılmasına, başqa sözlə ixrac coğrafiyasının genişləndirilməsinə daim diqqət yetirir. Artıq Çinə quşçuluq məhsullarının ixracına başlanılıb. Mərkəzi Asiya ölkələrinə də məhsul ixrac etmək istəyərdik, amma həmin ölkələrdə quşçuluq...
16 Mart 2026, 17:45
Küləkli hava ilə bağlı XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda bildirilib.Məlumata görə, martın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Salyan, Hacıqabul, Neftçala, Şirvan, Sabirabad, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Yevlax, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....
16 Mart 2026, 17:16
Yasamalda tarixi abidəyə qanunsuz müdaxilənin qarşısını alıb
Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 2 (4) ünvanında yerləşən 3741 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə qanunsuz müdaxilə barədə xəbərdarlıqlara baxmayaraq təmir işləri yenidən davam etdirilib.Bu barədə Citypost.az-a Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.Bildirilib ki, tarixi memarlıq abidəsində qanunsuz təmir işləri ilə bağlı pozuntu ilk dəfə 2025-ci ilin oktyabrında aşkar edilib:"Dövlət Xidmətinin Bakı Regional İdarəsinin əməkdaşlarının keçirdiyi baTaxış zamanı "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" qanunun tələbləri pozularaq layihəsi razılaşdırılmadan təmir işlərinin aparıldığı müəyyənləşib. Həmin vaxt qanunsuz təmir işlərinin dayandırılması və həyata keçiriləcək işlərin layihəsinin qanunvericiliyin tələblərinə uyğun razılaşdırılması barədə xəbərdarlıq olunub".Məlumatda xəbərdarlıqlara baxmayaraq,...
16 Mart 2026, 16:32
İlham Əliyev Tokayevə təbrik məktubu göndərdi
Azərbaycan Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə təbrik məktubu ünvanlayıb.Citypost.az-ın məlumatına görə, təbrikdə deyilir:"Hörmətli Kasım-Jomart Kemeleviç,Qazaxıstan Respublikasının yeni Konstitusiyası üzrə referendumun müvəffəqiyyətlə başa çatması münasibətilə Sizi və Sizin simanızda qardaş Qazaxıstan xalqını səmimi-qəlbdən təbrik edirəm.Referendumun nəticəsi – yeni Konstitusiyanın qəbulu xalqınızın birliyinin və milli iradəsinin bariz ifadəsi, Sizə olan böyük inam və etimadının təzahürü, Qazaxıstanın rifahı naminə yürütdüyünüz qətiyyətli siyasətə dəstəyinin göstəricisidir. Heç şübhə yoxdur ki, siyasi sistemin modernləşdirilməsini və idarəetmə modelinin təkmilləşdirilməsini nəzərdə tutan bu mühüm hadisə Qazaxıstanın tarixində yeni mərhələnin başlanğıcını qoyaraq qardaş ölkənizin hərtərəfli inkişafına töhfə verəcək, onun beynəlxalq müstəvidə rolunu və mövqeyini daha da gücləndirəcək.Əminəm...
16 Mart 2026, 16:25
Bakıda SSRİ bayrağı ilə yürüşə cəhd edənlərin məhkəməsində ittiham aktı elan edilib
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair materiallar yaymaqda, SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə ittiham edilən Abdulla İbrahimli, İbrahim Əsədli, Elçin Bayramlı, Mehman Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.APA xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan edilib.Təqsirləndirilən şəxslər ittihama münasibət bildirərək özlərini təqsirli bilməyiblər. Məhkəmə istintaqının başlanıldığı elan edilib.Daha sonra təqsirləndirilən İbrahim Əsədli ifadə verib.Məhkəmənin növbəti iclası 6 aprelə təyin edilib.Qeyd edək ki, ötən il noyabr ayında sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb. Daxili İşlər Nazirliyi tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla...
16 Mart 2026, 16:04