Bizə yazın

Baku

-°C

USD

-

Əminə Ağazadədən Ramazan və Novruz təbriki

Cəmiyyət 20 Mart 2026, 09:44

291

Milli Məclisin deputatı Əminə Ağazadə xalqı müqəddəs Ramazan ayının başa çatması və Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edib.

Citypost.az xəbər verir ki,Deputat mesajında hər bir vətəndaşa möhkəm cansağlığı, fəaliyyətində uğurlar və bol ruzi-bərəkət arzulayıb. O, Ramazan ayının mənəvi saflığı, xeyirxahlıq və mərhəmət ruhu ilə Novruz bayramının yenilənmə və dirçəliş ab-havasının hər bir ailəyə sevinc, yeni ümid, tükənməyən güc və xoşbəxtlik gətirməsini diləyib.

Əminə Ağazadə həmçinin qeyd edib ki, bayram günləri ölkəmizə sülh, sabitlik və davamlı inkişaf, ailələrə isə firavanlıq və səadət bəxş etsin.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabahın hava proqnozu AÇIQLANDI

Martın 21-də gözlənilən hava şəraitinin proqnozu açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-17° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunudan 758 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.Havanın temperaturu gecə...

20 Mart 2026, 12:30

İrandan Azərbaycana indiyədək 75 ölkənin 2853 vətəndaşı təxliyə olunub 

Fevralın 28-i saat 08:00-dan martın 20-si saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2853 nəfər təxliyə edilib.APA xəbər verir ki, təxliyə olunanların 470-i Azərbaycan vətəndaşıdır.Bundan başqa, 720 Çin, 323 Rusiya, 195 Banqladeş, 184 Tacikistan, 148 Pakistan, 122 Hindistan, 72 Oman, 68 İndoneziya, 49 İran, 44 İtaliya, 28 Əlcazair, 26 İspaniya, 23 Almaniya, 20 Kanada, 19 Fransa, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya, 16 Gürcüstan, 14 Özbəkistan, 13 Polşa, 13 İsveç, 13 Nigeriya, 12 Macarıstan, 12 Bəhreyn, 11 Qazaxıstan, 11 Meksika, 10 Böyük Britaniya, 10 Belarus, 10 Bolqarıstan, 10 Konqo Demokratik Respublikası, 10 Braziliya, 9 ABŞ, 2 Sudan, 6 BƏƏ, 6 Slovakiya,...

20 Mart 2026, 11:39

Bakı İllüziya Muzeyi fəaliyyətə başlayıb 

Bakı İllüziya Muzeyi - paytaxtda yeni açılan və Azərbaycanda bu konseptdə ilk olan interaktiv və əyləncəli muzeylərdən biridir.Citypost.az xəbər verir ki, Muzey ziyarətçilərə reallıq və illüziya arasındakı sərhədləri fərqli formada hiss etdirmək üçün xüsusi dizayn olunub.Muzey 3 mərtəbədən və ümumilikdə 20 müxtəlif tematik otaqdan ibarətdir. Burada ziyarətçilər üçün bir-birindən maraqlı və fərqli illüziya zonaları yaradılıb. Otaqlar arasında Ames otağı, Sonsuzluq otağı, Güzgü labirinti, Vortex tuneli, 3D illüziya otaqları, Perspektiv otaqları və digər vizual effektlərlə zəngin məkanlar yer alır. Hər otaq insan beynini "aldadan" xüsusi effektlərlə hazırlanıb və ziyarətçilərə həm əyləncə, həm də öyrədici təcrübə təqdim edir.Muzey hər gün saat 10:00-dan...

20 Mart 2026, 11:07

ABŞ Yaxın Şərq ölkələrinə 23 milyard dollarlıq silah satışını təsdiqləyib 

ABŞ administrasiyası Yaxın Şərqdəki müttəfiqlərinə ümumilikdə 23 milyard dollar dəyərində silah satışını təsdiqləyib.Bu barədə “The Wall Street Journal” məlumat yayıb.Məlumata görə, paket çərçivəsində BƏƏ, Küveyt və İordaniyaya müxtəlif hərbi texnika və sistemlərin tədarükü nəzərdə tutulur.ABŞ Dövlət Departamenti daha əvvəl 16 milyard dollar dəyərində satışa icazə verib. Bu paketə BƏƏ üçün hava hücumundan müdafiə sistemləri və bombalar, eləcə də Küveyt üçün hava hücumundan müdafiə avadanlıqları daxildir.Nəşrin məlumatına görə, əlavə olaraq ABŞ administrasiyası BƏƏ üçün daha 7 milyard dollarlıq silah satışını da təsdiqləyib.Bu paketə “Patriot” sistemləri üçün PAC-3 raketləri (təxminən 5,6 milyard dollar) və CH-47 “Chinook” helikopterləri (təxminən 1,32 milyard dollar) daxildir.Qeyd...

20 Mart 2026, 11:03

Gülnarə Aydın: Verilişlərin bağlanması orda çalıışan gənclərin gələcəyini unutmamalıdır

Tanınmış televiziya jurnalisti Gülnarə Aydın sosial şəbəkədə verilişlərin bağlanması ilə bağlı fikirlərini paylaşıb.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, bir tərəfdən efirlərdən çıxarılan proqramlar izləyicilər üçün rahatlıq gətirsə də, həmin verilişlərdə çalışan gənclərin zəhməti və gələcəyi də unudulmamalıdır. Gülnarə Aydın problemin yalnız verilişlərin özündə olmadığını, eyni zamanda onları izləyən və reytinq verən tamaşaçılarda da olduğunu vurğulayıb.Jurnalist bildirib ki, əsas məsələ dəyişiklik etməkdir, yoxsa izləyicilər növbəti “biabırçılıq şousu”nu gözləyəcəklər.Əli...

20 Mart 2026, 10:55

Zaur Əliyev: Ramazan və Novruz birliyi Azərbaycanın bütövlüyünü xatırladır  

Tarixçi alim Zaur Əliyev Ramazan ayının başa çatması və Novruz bayramı münasibətilə sosial şəbəkədə paylaşım edib.Citypost.az xəbər verir ki, alim vurğulayıb ki, İmam Hüseynin sözləri ilə üst-üstə düşən 30 günlük oruc iradənin sınağıdır və bu, fərdin inamına güvənməsini göstərir. Zaur Əliyev bildirib ki, Ramazan ayının gözəlliyi nəfsə iradə ilə qalib gəlməkdədir.Alim həmçinin qeyd edib ki, Azərbaycan xalqı 30 il ərzində müxtəlif sınaqlardan keçib və bu gün də Bütöv Azərbaycan ideyası üçün mübarizə davam edir. Zaur Əliyev çağırış edib ki, sərhədlərdən asılı olmayaraq dünyadakı bütün azərbaycanlılar birliyə və bütövlüyə sadiq qalmalıdırlar.O, paylaşımını belə yekunlaşdırıb: “Ramazan və Novruz birliyi gəldisə, o gün...

20 Mart 2026, 10:37