Laləzar Mustafayevanın qızı fəlsəfə doktoru OLDU
Sənət aləmi 20 Mart 2026, 09:16
233
Azərbaycanın xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdüçüsü, görkəmli aktrisa Laləzar Mustafayevanın qızı Vüsalə Nəbiyeva filologiya elmləri üzrə fəlsəfə doktoru diplomu alıb.
Citypost.az xəbər verir ki, bu barədə Laləzar Mustafayeva paylaşım edib. O bildirib ki, Novruz bayramı ərəfəsində qızı illərin gərgin zəhmətinin nəticəsi olaraq elmi araşdırmalarının rəsmi təsdiqini alıb.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Vüsalə Nəbiyeva filologiya elmləri üzrə fəlsəfə doktoru diplomu təqdim edilib.
Laləzar Mustafayeva qızının bu uğurunun onu sonsuz qürurlandırdığını vurğulayıb. O, Vüsalənin gecə-gündüz çalışdığını, böyük zəhmət sərf etdiyini qeyd edərək, bu nailiyyətin tam mənası ilə onun haqqı olduğunu bildirib.Xalq artisti paylaşımında qızını təbrik edib, ona açıq yol və bol uğurlar arzulayıb. Laləzar Mustafayeva qızının onun üçün ən böyük fəxr və ən dəyərli varlıq olduğunu da ifadə edib.
Həmçinin oxuyun

Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Hikmət Rəhimov yeni imici ilə kamera qarşısında
Tanınmış teatr və kino aktyoru Hikmət Rəhimov yeni imici ilə kamera qarşısına keçib.Citypost.az xəbər verir ki, sənətçi bu çəkilişi sosial şəbəkədə paylaşaraq bildirib: “Səkkiz”dən sonra yavaş-yavaş bərpa oluram”.Hikmət Rəhimovun yeni görüntüləri və imici izləyicilər tərəfindən maraqla qarşılanıb.Turan
20 Mart 2026, 10:25
Val Kilmer süni intellekt vasitəsilə yeni filmində rol alacaq
2025-ci ilin aprel ayında vəfat edən aktyor Val Kilmer, qabaqcıl süni intellekt texnologiyası sayəsində müstəqil film “As Deep as the Grave”də rol alacaq. Rejissor Kurt Vurhiss Kilmer üçün yazdığı rolda onu katolik keşişi və yerli xalqların mənəvi müəllimi kimi təsvir edir.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Kilmerin rəqəmsal bənzərliyi və səsi generativ süni intellektdən istifadə olunaraq, arxiv fotoşəkillər və əvvəlki görüntülər əsasında yaradılıb. Rejissor bildirib ki, aktyorun sağlamlıq vəziyyəti çəkilişlərə imkan vermədiyi üçün bu texnologiyaya müraciət ediblər.Kilmerin ailəsi rəsmi icazə verib və bütün kompensasiyalar qaydalara uyğun həyata keçirilib. Kilmerin qızı Mersedes bildirib ki, atasının yeni texnologiyalara marağı və hekayə...
19 Mart 2026, 11:56
Mircəlal Qurbanov mərhum atasından yazdı:"Ömrümün dayağı və qürurumdur"
Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şair, Prezident təqaüdçüsü və “Fire Land Group”un rəhbəri, polkovnik Mircəlal Qurbanov şəxsi sosial şəbəkə hesabında atası Cavanşir Qurbanovun xatirəsinə duyğusal paylaşım edib.Citypost.az xəbər verir ki, Mircəlal Qurbanov bildirib ki, bu gün ömrünün dayağı və varlığının səbəbi olan atasını yanındakı olmadan ilk dəfə doğum gününü qeyd edir. O, atası Cavanşirin öz həyatında nəfəs, güc və dayaq sütunu olduğunu, addımlarında, qərarlarında və yolunda daima onun təsirinin yaşadığını vurğulayıb.Şair qeyd edib ki, atası təkcə onun deyil, bütün nəslinin və ailəsinin dayaq sütunu və əbədi ağsaqqal olub. O, atasının zəhməti, tərbiyəsi və adı ilə fəxr etdiyini və Cavanşir Qurbanovun övladı...
19 Mart 2026, 11:11
Manana Caparidze: II İliyanın vəfatı bütün Gürcüstan üçün böyük itkidir
Gürcü əsilli azərbaycanlı müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti Manana Caparidze bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə bağlı başsağlığı mesajı paylaşıb.Citypost.az xəbər verir ki, sənətçi paylaşımında bu itkini bütün Gürcüstan üçün böyük faciə kimi dəyərləndirib və xalqın dərdinə şərik olduğunu bildirib. O qeyd edib ki, bu, heç nə ilə əvəz olunmayacaq bir itkidir:“Bütün Gürcüstana, qardaş və bacılarıma bu böyük ağrı ilə bağlı başsağlığı verirəm. Bu, heç nə ilə doldurula bilməyəcək bir itkidir...”M. Caparidze vurğulayıb ki, II İliya öz həyatı və nümunəsi ilə insanlara doğru yolu göstərən, sevgi, xeyirxahlıq, mərhəmət və bağışlamağı təbliğ edən bir şəxsiyyət olub. Sənətçi həmçinin mərhum patriarxla...
19 Mart 2026, 10:18
DiKaprio gənc model Vittoria Ceretti ilə ciddi münasibətlər qurmağı düşünür
Hollivud ulduzu Leonardo DiKaprio şəxsi həyatı ilə yenidən gündəmə gəlib.Citypost.az“People” nəşrinə istinadən xəbər verir ki, aktyor hazırda sevgilisi, model Vittoria Ceretti ilə münasibətlərinə daha ciddi yanaşmağa başlayıb və uzunmüddətli gələcək barədə düşünür.Cütlük Oskar mükafatlandırma mərasiminin 98-ci təqdimat mərasimində diqqət çəkib. Onlar qırmızı xalçada birlikdə poza verməsələr də, tədbirdə yanaşı görünmələri münasibətlərinin ciddiliyinə işarə kimi qiymətləndirilib.Mənbələrin bildirdiyinə görə, bu münasibət DiKaprio üçün əvvəlkilərdən fərqli olaraq daha ciddi xarakter daşıyır. Aktyorun Cerettinin müstəqilliyinə və həyat tərzinə xüsusi önəm verdiyi qeyd olunur.Qeyd edək ki, DiKaprio və Cerettinin münasibətlərinin 2023-cü ilin avqustunda başladığı, cütlüyün ilk dəfə Santa Barbarada birlikdə görüntüləndiyi bildirilir. O vaxtdan bəri...
18 Mart 2026, 14:48
İlham Əziz televiziya proqramlarının efirdən yığışdırılmasını tənqid etdi
Şair İlham Əziz sosial şəbəkədə televiziya proqramlarının efirdən yığışdırılması ilə bağlı status paylaşıb.Citypost.az xəbər verir ki, O qeyd edib ki, bəzi televiziya verilişlərinin birdən-birə yayımının dayandırılması suallar doğurur və bu qərarların səbəbləri barədə ictimaiyyətə aydınlıq gətirilməsinin vacib olduğunu bildirib. Müəllif proqramların geniş auditoriya topladığını və reklam gəlirləri gətirdiyini vurğulayıb.Statusda həmçinin televiziya kanallarının müstəqilliyi, qərarların eyni vaxtda qəbul olunması və media qurumlarının öz layihələrini müdafiə edə bilməməsi ilə bağlı suallar yer alıb. İlham Əziz bildirib ki, qanun pozuntusu varsa, bunun hüquqi əsasla izah edilməli olduğunu düşünür.O, ümumilikdə rəqəmsal dövrdə televiziyanın funksiyası, media azadlığı və tənzimləmə mexanizmləri barədə fikirlərini bölüşərək, televiziya fəaliyyətinin...
18 Mart 2026, 10:30