Baş Prokurorluğun əməkdaşları Qlobal Sammitdə iştirak etdi
Cəmiyyət 19 Mart 2026, 16:26
359
Martın 16-17-si Avstriya Respublikasının Vyana şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və İNTERPOL-un birgə təşkilatçılığı ilə Qlobal Dələduzluq Sammiti keçirilib.
Bu barədə Citypost.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.
İlk dəfə keçirilən Qlobal Dələduzluq Sammiti dələduzluqla mübarizə sahəsində keçirilən ən geniş beynəlxalq platformalardan biri olmuş, tədbir dövlət qurumları, hüquq-mühafizə orqanları, beynəlxalq təşkilatlar, maliyyə institutları, texnologiya şirkətləri və vətəndaş cəmiyyəti nümayəndələri daxil olmaqla 100-dən artıq yurisdiksiyanı təmsil edən şəxsləri bir araya gətirib.
Sammitdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəis müavini Vüqar Məmmədzadə və Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Orxan Şirinli təmsil edib.
İki gün davam edən müzakirələr zamanı mürəkkəb və transmilli maliyyə cinayətləri və geniş dələduzluq sxemləri, kiberdələduzluq, təşkilatlanmış “scam centre” şəbəkələri, cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması, maliyyə axınlarının gizlədilməsi, bu tip vəsaitlərin izlənilməsi və dondurulması, eləcə də qanunsuz əldə edilən vəsaitlərin kriptovalyuta bazarlarına axımı sahəsində müzakirələr aparılmış, həmin cinayətlərin yaratdığı ciddi təhdidlər qeyd edilib.
Həmçinin oxuyun
Sammitdə, həmçinin, süni intellekt alətləri, deepfake texnologiyaları, səs və görüntünün saxtalaşdırılması, sosial mühəndislik üsulları və rəqəmsal platformalardan sui-istifadə halları nəticəsində dələduzluğun daha mürəkkəb və təhlükəli xarakter alması xüsusi vurğulanmış, həmin hallarla mübarizədə istifadə edilən metodlar barədə məlumat verilib.
Bununla yanaşı, sammitdə transmilli maliyyə cinayətlərinin araşdırılmasında və təşkilatlanmış cinayətkar şəbəkələrlə mübarizədə beynəlxalq əməkdaşlığın rolu qeyd edilmiş, həmin şəbəkələrə qarşı birgə aparılan əməliyyatların müsbət nəticələri barədə məlumat verilib və yeni, eləcə də yayılmaqda olan bu tip cinayətlərin təkbaşına öhdəsindən gəlinməsinin mümkünsüzlüyü vurğulayıb.
Xüsusilə, milli anti-scam mərkəzlərinin yaradılması, qarşılıqlı hüquqi yardımın operativ şəkildə həyata keçirilməsi, rəqəmsal sübutların toplanması və real vaxt rejimində məlumat mübadiləsinin aparılması üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinin zəruriliyi qeyd edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Əli Əsədov II İliyanın vəfatı ilə səfirlikdə bağlı başsağlığı verib
Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib.Citypost.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.Ə.Əsədov səfirliyə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.
19 Mart 2026, 17:22
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.Citypost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli həmvətənlər!Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.Mənəvi-əxlaqi kamilliyi və nəcib niyyətləri özündə təcəssüm etdirən, insanların ruhunu və təfəkkürünü saflaşdıran on bir ayın sultanı Ramazan artıq başa çatır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu mübarək ayda müsəlmanlar Allah qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanır, yardımlaşma, şəfqət və mərhəmət kimi xeyirxah əməllərin sevincini yaşayırlar.Azərbaycan yüzillərdir ki, ayrı-ayrı etiqad və inancların əmin-amanlıq şəraitində dinc yanaşı mövcud olduğu nadir məkanlardandır. Bəşəriyyəti daim sülhə, humanizmə və qardaşlığa dəvət...
19 Mart 2026, 17:11
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov aprelin 1-də Cəlilabad rayonunda növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.Citypost.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasında baş tutacaq qəbulda Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarının sakinləri iştirak edə bilərlər.Qəbula yazılmaq istəyən vətəndaşlar Nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı martın 31-dək yaşadıqları ərazinin polis orqanına, habelə Nazirliyin "E-Polis" mobil tətbiqi, e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı aprelin 1-də 08:00-da Cəlilabad...
19 Mart 2026, 16:32
Bəzi rayonlarda külək güclənəcək
Martın 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qobustan, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Şirvan, Lerik, Yardımlı, Yevlax və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
19 Mart 2026, 16:25
Bakı meri 4 məmura ciddi xəbərdarlıq etdi
Qaradağ Rayon İcra Hakimiyyətində qəsəbə nümayəndələrinin kommunal xidmət sahələri və aidiyyəti qurum rəhbərlərinin iştirakı ilə operativ müşavirə keçirilib.Müşavirədə bəzi vəzifəli şəxslərə xəbərdarlıq olunub.Bu barədə Citypost.az-a Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.Müşavirədə rayon ərazisində mövcud vəziyyət, o cümlədən təmizlik, abadlıq, tikinti və inzibati nəzarət sahələrindəki problemlər müzakirə olunub. Müşavirədə ölkə başçısı İlham Əliyevin verdiyi tapşırığların icrasının RİH və onun qurumları tərəfindən yerlərdə tam şəkildə təmin olunmasının vacibliyi xüsusi vurğulanıb.Toplantıda Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Anar Tağıyev və Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov iştirak ediblər. Çıxış edən Emil Abbasov rayonun bəzi qəsəbələrində mövcud olan nöqsanları...
19 Mart 2026, 15:50
Bu ərazilərdə işıq kəsiləcək
Suraxanı rayonunun bəzi ərazilərində işıq təminatında fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, martın 19-da Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 35/6 kV-luq 367 saylı yarımstansiyadan qidalanan 6 kV-luq hava xətti və Transformator Məntəqələrində (TM) təmir işləri aparılacaq.Bununla əlaqədar olaraq saat 14:00-dan 16:30-dək Yeni Suraxanı qəsəbəsi Vahid Xəlilov, Əmi Məmmədov, Aşağı qəsəbə küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq....
19 Mart 2026, 14:52