Bizə yazın

Baku

-°C

USD

-

Heydər Oğuz: F-35-in vurulmasında üçüncü tərəf rol oynaya bilər

Siyasət 20 Mart 2026, 08:51

252

Jurnalist və siyasi şərhçi Heydər Oğuz hesab edir ki, İranın ABŞ-ın F-35 təyyarəsini vurması versiyası birbaşa Tehranın öz hərbi imkanları ilə izah oluna bilməz və bu hadisənin arxasında üçüncü tərəfin dəstəyi dayanmış ola bilər.

Citypost.az xəbər verir ki, Onun fikrincə, İranın hava hücumundan müdafiə sistemlərinin ağır zərbələr aldığı, hərbi-siyasi rəhbərliyin ardıcıl itkilərlə üzləşdiyi bir şəraitdə ABŞ-ın ən müasir döyüş təyyarələrindən birinə qarşı belə nəticə əldə etməsi ciddi suallar doğurur. Heydər Oğuz bu baxımdan hadisənin arxasında Rusiya, Çin və ya müharibənin uzanmasında maraqlı olan başqa qüvvələrin dayanması ehtimalını istisna etmir.F-35 insidentindən sonra ABŞ və İsrail üçün İran üzərində əvvəlki qədər rahat hava üstünlüyü mühiti dəyişə bilər. O hesab edir ki, bu hadisə Vaşinqton və Təl-Əvivi daha ehtiyatlı davranmağa vadar edə, eyni zamanda müharibənin uzanmasına və daha çox maliyyə yükünə səbəb ola bilər.

Heydər Oğuz qeyd edir ki, belə bir vəziyyət ABŞ üçün müharibədən geri çəkilmə ehtimalını daha da çətinləşdirir. Onun sözlərinə görə, Vaşinqtonun yarımçıq geri addım atması beynəlxalq rəqabət müstəvisində zəiflik kimi qiymətləndirilə bilər. Müəllif həmçinin düşünür ki, İranın təhlükə səviyyəsinin yüksək göstərilməsi ABŞ hərbi-sənaye çevrələri üçün də əlavə arqumentə çevrilə bilər.

Siyasi şərhçi hesab edir ki, müharibənin uzanması regionun enerji və nəqliyyat xəritəsinə də təsir göstərəcək. Onun fikrincə, Fars körfəzi enerji resurslarının Avropaya daşınması üçün alternativ marşrutlar daha çox gündəmə gələ bilər və bu fonda Türkiyənin üzərində işlədiyi “Qalxınma Yolu” layihəsinin əhəmiyyəti arta bilər.

Heydər Oğuzun qənaətinə görə, proseslərin davamı fonunda ən çox zərər görən tərəflər İran və İsrail ola bilər. O, eyni zamanda düşünür ki, hadisələrin birbaşa iştirakçısı olmasa da, yaranan yeni geosiyasi və enerji düzənində Türkiyə ən çox qazanan ölkələrdən birinə çevrilə bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Asif Nərimanlı: İran rejimi müharibədə gizli idarəetmə ilə ayaqda qalır

Politoloq Asif Nərimanlının fikrincə, İran rejiminin müharibə şəraitində davamlı qalmasının arxasında həm xüsusi idarəetmə mexanizmi, həm də öncədən hazırlanmış hərbi strategiya dayanır.Siyasi şərhçi bildirir ki, ölkədə ali dini lider sistemin görünən zirvəsi olsa da, əsas qərarların icrası və idarəetmənin davamlılığı “Beyt” adlanan qapalı mərkəz vasitəsilə təmin edilir. Onun qənaətinə görə, bu struktur rəhbər şəxslər aradan götürülsə belə, rejimin fəaliyyətini dayandırmadan davam etdirməsinə imkan verir. İranın müharibədə istinad etdiyi əsas yanaşmalardan biri də “mərkəzləşdirilməmiş mozaika müdafiəsi” taktikasıdır. Bu taktika çərçivəsində yüksək rütbəli komandirlər sıradan çıxarıldıqda, onları dərhal aşağı pillədəki şəxslər əvəz edir və yerli qüvvələr mərkəzdən əmr gözləmədən hərəkət edə bilir.Politoloqun...

20 Mart 2026, 09:28

Məhəmməd Əsədullazadə: “ABŞ-ın F-35 qırıcısını faktiki olaraq İran yox, Çin vurub”  

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə İranın radarlar tərəfindən aşkarlanması çətin olan ABŞ-ın F-35 qırıcı təyyarəsini vurması ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, siyasi şərhçi bildirib ki, Çinin yeni radar sistemləri F-35 qırıcılarını aşkar etmək imkanına malikdir və hava hücumundan müdafiə sistemləri də bu texnologiyaya uyğunlaşdırılıb. Onun sözlərinə görə, Çin son dörd ay ərzində İrana radar sistemləri və HHM vasitələri tədarük edib.Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda İranda ABŞ və Çin arasında geosiyasi toqquşmanın yaşandığı şübhə doğurmur. O, həmçinin Hörmüz boğazının bağlı qalmasının və Vaşinqtonun İranda rejimi dəyişə bilməməsinin ABŞ Prezidenti Donald Trampın aprelin 1-nə...

20 Mart 2026, 08:00

Məhəmməd Əsədullazadə: Regionda kimyəvi silah və “çirkli bomba” təhlükəsi artır

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə regionda mümkün hərbi eskalasiya ilə bağlı narahatedici iddialar səsləndirib.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, İsrail Tehranda kimyəvi silahdan istifadə variantını nəzərdən keçirə bilər. Şərhçi iddia edir ki, bu addım İran silahlı qüvvələrini zəiflətmək və dövlət idarəçiliyini iflic vəziyyətə salmaq məqsədi daşıya bilər. O, həmçinin bildirir ki, Benyamin Netanyahu belə bir ssenaridə maraqlı ola bilər və Donald Trampın buna razılıq verməsi ehtimalını da istisna etmir.M. Əsədullazadə əlavə edib ki, İsrailin artıq mülki infrastruktura zərbələr endirməsi və Tehranı Qəzza zolağındakı vəziyyətə bənzər şəkildə yaşayış üçün əlverişsiz hala salmaq məqsədilə daha intensiv bombardman...

19 Mart 2026, 08:45

Bakir Həsənbəyli xaricdən təhqir edənlərə sərt münasibət bildirdi

ÜMİD Partiyasının sədr müavini, siyasətçi Bakir Həsənbəyli sosial şəbəkədə paylaşım edərək xaricdə yaşayan və dövlət rəsmilərinə qarşı sərt ifadələr işlədən şəxsləri tənqid edib.Citypost.az xəbər verir ki, O, statusunda belə şəxslərə qarşı kəskin fikirlər səsləndirib və onların fəaliyyətini qəbul etmədiyini bildirib. Paylaşımda həmin şəxslərin xarici təsirlərlə hərəkət etdiyini iddia edən ifadələr yer alıb.Bakir Həsənbəyli həmçinin sosial şəbəkə səhifələrinə müdaxilə hallarına toxunaraq, bunun arxasında müəyyən qrupların ola biləcəyini qeyd edib və bu cür halların cəzalandırılacağına inandığını vurğulayıb.Əli...

18 Mart 2026, 13:42

Aygün Muradxanlı: Pezeşkian üçün ən vacib məsələ Azərbaycan faktorudur

Prime TV-nin rəhbəri, jurnalist Aygün Muradxanlı sosial şəbəkədə paylaşdığı statusda İranda baş verən son hadisələr və mümkün siyasi dəyişikliklərə münasibət bildirib.O qeyd edib ki, İran rəhbərliyində təmsil olunan bir sıra mühüm fiqurların aradan götürülməsi Tehran üçün ciddi itki hesab olunur və bu proses ölkədə hakimiyyət balansına təsir göstərir. Statusda bu cür hadisələrin davam etməsinin mövcud sistemin zəifləməsinə gətirib çıxardığı vurğulanır.Paylaşımda xüsusilə Məsud Pezeşkian üzərində yaranan siyasi yükə diqqət çəkilir. Müəllif bildirir ki, hazırkı şəraitdə ölkədə həm ideoloji, həm də siyasi qruplar arasında balans yaratmaq, iqtisadi və hərbi problemləri aradan qaldırmaq son dərəcə çətin missiyadır.Aygün Muradxanlı vurğulayır ki, bu mərhələdə Pezeşkian...

18 Mart 2026, 12:14

Qulu Məhərrəmli: Heç bir cinayət gec-tez cəzasız qalmır...

Əməkdar jurnalist Qulu Məhərrəmli sosial şəbəkədə paylaşdığı statusda İran rəhbərliyində təmsil olunan iki yüksək vəzifəli şəxsin İsrail tərəfindən qətlə yetirildiyi barədə məlumatlara münasibət bildirib.Citypost.az xəbər verir ki, məlumata görə, hadisə İran daxilində ciddi rezonans doğurub. Statusda qeyd olunur ki, həlak olduğu bildirilən şəxslərdən biri İran Ali Təhlükəsizlik Şurasının rəhbəri Əli Laricani, digəri isə Qulamrza Süleymani olub.Q.Məhərrəmli bildirib ki, Əli Laricani ölkənin təhlükəsizlik və hərbi proseslərində mühüm rol oynayan fiqur kimi təqdim edilir və onun etiraz aksiyalarının yatırılmasında iştirak etdiyi iddia olunur. Həmçinin bəzi hərbi hadisələrlə bağlı qərarların onunla əlaqələndirildiyi qeyd edilir.Statusda Qulamrza Süleymani barədə də sərt ittihamlar yer alır. O,...

18 Mart 2026, 09:55