Bakı İllüziya Muzeyi fəaliyyətə başlayıb
Cəmiyyət 20 Mart 2026, 11:07
2938
Bakı İllüziya Muzeyi - paytaxtda yeni açılan və Azərbaycanda bu konseptdə ilk olan interaktiv və əyləncəli muzeylərdən biridir.
Citypost.az xəbər verir ki, Muzey ziyarətçilərə reallıq və illüziya arasındakı sərhədləri fərqli formada hiss etdirmək üçün xüsusi dizayn olunub.
Muzey 3 mərtəbədən və ümumilikdə 20 müxtəlif tematik otaqdan ibarətdir. Burada ziyarətçilər üçün bir-birindən maraqlı və fərqli illüziya zonaları yaradılıb. Otaqlar arasında Ames otağı, Sonsuzluq otağı, Güzgü labirinti, Vortex tuneli, 3D illüziya otaqları, Perspektiv otaqları və digər vizual effektlərlə zəngin məkanlar yer alır. Hər otaq insan beynini "aldadan" xüsusi effektlərlə hazırlanıb və ziyarətçilərə həm əyləncə, həm də öyrədici təcrübə təqdim edir.
Muzey hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərir və gün ərzində ziyarətçiləri qəbul edir. Burada gələn qonaqlara daha rahat və məlumatlı təcrübə təqdim etmək üçün Azərbaycan, rus və ingilis dillərində danışan peşəkar bələdçilər fəaliyyət göstərir.
Həmçinin oxuyun
Bundan əlavə, muzeyin terras hissəsində yerləşən kafeteriya ziyarətçilərə istirahət etmək, qəhvə içmək və şəhər mənzərəsindən zövq almaq imkanı yaradır.
Bakı İllüziya Muzeyi həm ailələr, həm gənclər, həm də turistlər üçün unikal bir məkan olmaqla, fərqli foto və video çəkiliş imkanları ilə də seçilir. Buraya gələn hər kəs həm əylənir, həm də yadda qalan vizual təcrübə yaşayır.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Zelenski Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.CityPost.az xəbər verir ki, təbrikdə deyilir:"Hörmətli cənab Prezident.Sizi və Azərbaycan xalqını ölkənizin Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan ildən-ilə regional və beynəlxalq proseslərdə öz rolunu və nüfuzunu artıraraq energetika, logistika və iqtisadiyyat sahələrində regional əməkdaşlığın mühüm iştirakçısı kimi dinamik inkişafını nümayiş etdirir.Ukrayna ölkələrimiz arasında münasibətlərin strateji xarakterini və Azərbaycanın dövlətimizə, eləcə də Ukrayna xalqına bu son dərəcə çətin dövrdə göstərdiyi ardıcıl dəstəyi yüksək qiymətləndirir.Ukraynaya göstərilən humanitar və enerji yardımı, İrpen şəhərinin bərpasında iştirak, həmçinin ukraynalı uşaqların reabilitasiyası və sağlamlaşdırılması proqramlarının həyatakeçirilməsi üçün Sizə xüsusi minnətdarlığımı bildirirəm. Bu...
27 May 2026, 20:49
De Vever: Aİ İsrailə qarşı sanksiyalar tətbiq etməyəcək
Avropa İttifaqı (Aİ) İsrailə qarşı sanksiyalar tətbiq etməyəcək.Teleqraf xəbər verir ki, Belçikanın Baş naziri Bart De Vever deyib."Düşünürəm ki, İsrailə qarşı Avropa sanksiyaları heç vaxt olmayacaq”, - De Vever deyib.Belçika mətbuatının məlumatına görə, ölkə adətən İsrailə qarşı mümkün sanksiyalar və hərbi cinayətlərlə bağlı Aİ Şurasında aparılan müzakirələrdə fəal mövqe tutmur.Mediada yayılan məlumatlarda Belçikanın İsrailə qarşı sanksiyaların qəbulunu əngəlləyən Aİ üzvü ölkələr sırasında göstərildiyi qeyd olunur....
27 May 2026, 17:58
Mingəçevirdə şəhid ailələrinə, qazilərə və aztəminatlı şəxslərə qurban payları çatdırılıb
Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan Qurban bayramı Mingəçevir şəhərində də ənənələrinə uyğun qeyd edilir.AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə bayram münasibətilə xüsusi ayrılmış kəsim məntəqəsində gigiyenik qaydalara və dini ənənələrə əməl edilməklə qurbanlıq heyvanlar kəsilib. 500-dən çox şəhid ailəsinə, qaziyə və 135 aztəminatlı ailəyə qurban payları çatdırılıb.Qurban bayramı münasibətilə ölkəmizin tərəqqisi, xalqımızın rifahı naminə dualar edilib, hər bir ocağa ruzi-bərəkət, əmin-amanlıq arzulanıb....
27 May 2026, 17:42
28 May - Müstəqillik Günü Niderlandda təntənəli şəkildə qeyd edilib
Azərbaycanın Niderland Krallığındakı səfirliyinin təşkilatçılığı ilə 28 May - Müstəqillik Günü münasibətilə Haaqada rəsmi qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin, parlamentinin, əyalət və şəhər meriyalarının nümayəndələri, Haaqada fəaliyyət göstərən beynəlxalq təşkilatların və diplomatik korpusun rəhbərləri, işgüzar və akademik dairələrin, media və dini icmaların təmsilçiləri, eləcə də Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Tədbir Azərbaycan Respublikasının və Niderland Krallığının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə 28 May – Müstəqillik Gününün Azərbaycan tarixində xüsusi yer tutduğunu vurğulayıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və bunun nəticəsində...
27 May 2026, 17:33
Rəhman Mustafayev Vasili Osmakov ilə görüşüb
Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev və Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakov görüş zamanı əməkdaşlıq məsələlərini müzakirə ediblər.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi bildirib."Bu gün Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya Müdafiə Nazirliyində Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevin Rusiyanın müdafiə nazirinin müavini Vasili Osmakovla görüşü baş tutub. Görüş zamanı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub", - məlumatda qeyd olunub....
27 May 2026, 17:23
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
Azərbaycanın avtomobil yollarında mayın 28-də müşahidə ediləcək vəziyyət açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
27 May 2026, 17:13