Bizə yazın

Baku

-°C

USD

-

Zərdabda maşın kanala aşdı: 2 nəfər ölüb, 4 nəfər yaralanıb 

Hadisə 25 Mart 2026, 10:56

245

Zərdabda yol qəzasında ölən ve xəsarət alanların adları açıqlanıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 2 nəfər - Nəsibov Rasim Yaqub oğlu və Nəsibova Paket Kamran qızı ölüb, 4 nəfər - Vidadi Nəsibov, Vəkil Abışov, Ramilə Baxışova və Umud Mütəllimov xəsarət alıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ötən gün Azərbaycanda 27 cinayətin üstü açılıb 

Azərbaycanda martın 24-də qeydə alınan 27, əvvəlki dövrlərdən bağlı qalan bir cinayətin açılması təmin olunub.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, ötən gün axtarışda olduğuna görə ümumilikdə 22, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

25 Mart 2026, 11:37

Tərtərdə 2 qardaş faciəli şəkildə vəfat etdi

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.Citypost.az xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. 1991-ci il təvəllüdlü Ağayev Sənan Nəsrəddin oğlu və Aslanova Könül Tərlan qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.Faktla bağlı araşdırma aparılır. (APA)...

25 Mart 2026, 10:02

Paytaxtda evlərdən oğurluq edən şəxslər saxlanıldı

Sabunçu və Yasamal rayonunda evlərdən oğurluq edilib.Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Citypost.az-a bildirilib ki, zərərçəkənlər polisə müraciət edərək ümumilikdə 8000 manatlıq qızıl-zinət əşyalarının talandığını bildiriblər. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı K.Quliyev və əvvəllər məhkum olunmuş 30 yaşlı S.Yusifov saxlanılıblar. Araşdırmalarla onların evdə heç kimin olmadığını dəqiqləşdirdikdən sonra talama cinayətini törətdikləri məlum olub.Araşdırmalar davam etdirilir.

24 Mart 2026, 17:33

Tovuzda minik maşını AŞDI

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.APA-nın yerli bürosunun məlumatına görə, rayon ərazisində hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı sürücü, Tovuzun Qovlar şəhər sakini 1990-cı il təvəllüdlü R.Həsənov hadisə yerində həyatını itirib.Hadisə yerinə polis əməkdaşları cəlb edilib.Faktla bağlı araşdırma aparılır.

24 Mart 2026, 17:00

Cərəyanla balıq ovlayan 3 nəfər saxlanılıb

Kür çayının sol sahilində, Şəmkir rayonunun inzibati ərazisindən keçən hissəsində kustar üsulla hazırlanmış elektrik cərəyanı avadanlığından istifadə etməklə qanunsuz balıq ovu faktı aşkarlanıb.Bu barədə Citypost.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.Bildirilib ki, qanunsuz balıq ovu ilə məşğul olan Tovuz rayonunun Hunanlar kəndi sakinləri olan üç şəxs Daxili Sular Regional Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.Aparılan tədbirlər zamanı həmin şəxslərin 90 ədəd daban balığı, 1 ədəd çəki balığı və 52 ədəd sıf balığı növlərini qanunsuz olaraq ovladıqları müəyyən edilib.Qanunsuz ov nəticəsində təbiətə dəymiz ziyanın ödənilməsi və müvafiq tədbirlərin görülməsi məqsədilə hər üç şəxs barəsində toplanmış materiallar Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su...

24 Mart 2026, 16:36

Qaya daşlarını zədələyən şəxs HƏBS olundu

Xəzər rayonunun Buzovna qəsəbəsində qaya daşlarını zədələyən şəxs saxlanılıb, cinayət işi başlanılıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.Qeyd edilib ki, polis əməkdaşları tərəfindən martın 23-də qeyd olunan ərazidə qanunsuz işlərin aparılması müəyyən olunaraq dayandırılıb. Araşdırmalarla sözügedən işlərin 1978-ci il təvəllüdlü Ələsgər Cəfərov tərəfindən təşkil olunduğu, qaya daşlarının yerindən çıxarılmasının isə 1985-ci il təvəllüdlü Təbriz Orucov tərəfindən idarə olunan texnika vasitəsilə həyata keçirildiyi müəyyən edilib.Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəndə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Ə.Cəfərov məsuliyyətə cəlb olunub.Araşdırmalar davam etdirilir....

24 Mart 2026, 15:50