Bizə yazın

Baku

-°C

USD

-

Tanınmış rejissor atasından YAZDI

Sənət aləmi 25 Mart 2026, 11:04

240

Tanınmış rejissor İman Məcidov mərhum atası, görkəmli rejissor Əmirhüseyn Məcidovun vəfatının 20-ci ildönümü ilə bağlı xatirələrini bölüşüb.

Citypost.az xəbər verir ki, rejissor bildirib ki : “Vaxt uçur. Atamın ölümündən 20 il keçdi. Amma xatirələr vaxta baxmır, həmişə əzab verir – həm acısı, həm də şirini...”

Qeyd edək ki, Əmirhüseyn Məcidov 1937-ci il noyabrın 30-da Xızı-Bərmək mahalının Tudar kəndində anadan olub. Bakıya köçdükdən sonra Kitabxanaçılıq Texnikumuna daxil olub, 1962-ci ildə isə İncəsənət İnstitutunun musiqili teatr aktyoru şöbəsinə qəbul olunub. Sənətin incəliklərini Soltan Dadaşovdan öyrənən Məcidov, tələbəlik illərində C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında fəaliyyətə başlayıb. Daha sonra Azərbaycan Dövlət Televiziyasına keçərək rejissor köməkçisi və sonra sərbəst rejissor kimi çalışıb.1967-ci ildən “Evrika”, “Sağlamlıq”, “Odlar diyarı”, “Şimşək”, “Səadət qadınlar klubu” və “Ozan” kimi verilişləri hazırlayan Məcidov, milli dəyərlərimizi, aşıq-ozan sənətini və xalq adət-ənənələrini ekranda canlandırmaqla tamaşaçılar tərəfindən sevilib. "Ozan" verilişi dövlət mükafatına təqdim olunub.1994-cü ildə televiziya fəaliyyətini dayandıraraq Vahid studiyasının direktoru olan Məcidov, daha sonra "Azersun Holding"də mətbuat müşaviri kimi çalışıb. Onun rejissorluq fəaliyyətindən 200-dən çox bədii-publisist veriliş və telefilm saxlanılıb. Əmirhüseyn Məcidov bütün əsərlərində Əmir Hüseyn Elşən imzasından istifadə edib. O, “Ozan ocağı” şirkətinin prezidenti olub və 1998-ci ildə “Ensiklopedik toplu”, 2003-cü ildə isə “Sənət yollarında tanınan izlər” əsərlərini nəşr etdirərək ölkəmizin görkəmli şəxsləri haqqında dəyərli məlumatlar təqdim edib.25 mart 2006-cı ildə vəfat edib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Sevənlərə nəğmə deyək” – trendə düşən mahnının TARİXÇƏSİ

Artıq bir müddətdir ki, əməkdar artist Elnarə Abdullayevaın ifasında “Sevənlərə nəğmə deyək” mahnısı sosial şəbəkələrdə, restoranlarda və şəhər yollarında geniş yayılıb. Gənclərin dili ilə desək, bu mahnı “Tut əlimdən, qoşa gəzək dünyanı” ifadəsi ilə diqqət çəkir və dinləyicilər arasında trendə çevrilib.Citypost.az xəbər verir ki, mahnının sözləri ötən əsrin sonlarında görkəmli şair Rüfət Əhmədzadə tərəfindən yazılıb, bəstəsi isə tanınmış bəstəkar Emin Sabitoğluya məxsusdur. İlk dəfə mahnı təxmini 1984-cü illərdə SSR xalq artisti Zeynəb Xanlarova tərəfindən ifa olunub və o dövrdə dinləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.Zaman-zaman xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova bacıları, tanınmış müğənnilər Əlikram Bayramov, Gülay Zeynallı, Kabilə Nəbiyeva və...

25 Mart 2026, 11:25

“Parni iz Baku”nun tanınmış üzvü vəfat etdi 

Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib.Citypost.az xəbər verir ki, bu barədə “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.O bildirib ki, E.Məmmədov sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.Qeyd edək ki, Elnur Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çilərin yetişməsində müstəsna rol oynayıb.1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən...

24 Mart 2026, 15:00

Rəssam Millət vəkilindən bayram təravəti

Azərbaycan Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Rəssamlar Birliyinin sədri və millət vəkili Ülviyyə Həmzəyeva Novruz bayramı ilə bağlı yeni əl işlərini paylaşıb.Citypsot.az yeni əl işlərini təqdim edir.Yeganə

24 Mart 2026, 12:09

Xalq artisti Əli Nur şəhid oğluna şeir həsr edib  

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur Vətən müharibəsində şəhid olmuş oğlu, “Azərbaycan Bayrağı” ordenli baş leytenant Rövşən Nurzadənin doğum günü münasibətilə ona həsr etdiyi təsirli şeiri ictimaiyyətlə bölüşüb.“Rövşən balam bağrım başı göynəyir,Hicran həsrət ürəyimi çeynəyir,Soruşmursan atan sənsiz neyləyir?Hər gün dua eyləyirəm pirdə gəl!Əziz balam bu dünyaya bir də gəl!Hünərinlə qarı düşmən diz çöküb,Gözləyirəm yaram üstə duz töküb,Kənan balan yollarına göz dikib,Dözə bilmir əzizlərin, yerdə gəl.Şəhid balam bu dünyaya bir də gəl!”Qeyd edək ki, bu gün şəhid baş leytenant Rövşən Nurzadənin doğum günüdür. O, 1975-ci il martın 24-də Sumqayıt şəhərində anadan olub. Əslən Ağsu rayonundan olan Rövşən Nurzadə...

24 Mart 2026, 08:56

Xalq artistinin nəvələri - FOTO

Xalq artisti, “Şöhrət” ordenli Nürəddin Mehdixanlı sosial şəbəkə hesabında nəvələrinin fotosunu paylaşıb.Citypost.az xəbər verir ki, Sənətkar paylaşımında nəvələri Mədinə və Məryəmə bayram təbrikini çatdıraraq onlara xoş arzularını ifadə edib.“O müqəddəs, Üçrəngli Bayrağımızın şəfqəti, ucalığı, kölgəsi başınızın üstündən heç vaxt əskik olmasın, mənim gözəl nəvələrim, Mədinəm, Məryəmim! Bayramlarınız mübarək olsun!” – deyə paylaşımda qeyd olunub.Əli

23 Mart 2026, 10:29

Əliqismət Lalayev: “Yalanı heç vaxt bağışlamıram”   

 Azərbaycan  Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi,  sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev REAL televiziyasının “Yazı taxtası” verilişində səsləndirdiyi fikirlərlə diqqət çəkib.Citypost.az. xəbər verir ki, Azərbaycan  Respublikasının Mədəniyyət Nazirliyində , Azərbaycan Dövlət Akademik Musiqili Teatrında  çalışdığı illərdə  ölkə  mədəniyyətinə hər zaman uğurlu töhfələri ilə  seçilən , rəhbərlik etdiyi  kollektivlərdə hər kəsin sevgisini qazanan  Əliqismət  Lalayev bildirib ki, kinli insan olmasa da, bəzi məqamları unutmur: “Mən kinli deyiləm. Amma bəzi şeylər var ki, heç vaxt yadımdan çıxmır. Unutmamaq hələ kinli olmaq demək deyil. Məncə, kinli insan qisas alan, qarşı tərəfə zərər vura bilən adamdır. Məndə bu yoxdur. Amma   mənə...

22 Mart 2026, 10:10