Deputat:31 Mart Soyqırımı – bəşər tarixinin ən qanlı faciələrindən biridir
Cəmiyyət 31 Mart 2026, 08:05
240
31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir.
Daha əvvəl Qafqaz xalqları sırasında olmayan ermənilərin indiki Ermənistan adlanan əraziyə yayılmaları mürəkkəb bir tarixə malikdir. Qonşu xalqların torpaqlarını zəbt edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədi güdən ermənilər tarix boyunca soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Bu soyqırım hadisələrinin ən dəhşətlilərindən biri də daşnak-bolşevik silahlı dəstələri tərəfindən 1918-ci ilin mart-aprel aylarında qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri tərəfindən on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışdır. Bir çox qədim binalar, tarixi abidələr, o cümlədən ziyarətgahlar, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binası top atəşinə tutaraq dağıdılmışdır. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri tərəfindən 30 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdur.
Bu soyqırımı hadisəsi tək Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biri hesab olunur. Bu faciədə dinc, silahsız türk-müsəlman əhali ilə yanaşı, minlərlə ləzgi, tatar, talış, avar, kürd və digər xalqların nümayəndələri, o cümlədən uşaqlar, qadınlar, qocalar etnik mənsubiyyətlərinə görə amansızcasına qətlə yetiriliblər. Ermənilər uşaqlara acımadıqları kimi yaşlılara və gənc qadınlara da rəhm etməyiblər.
Planlı şəkildə Azərbaycan xalqına qarşı törədilmiş bu kütləvi soyqırımı faciəsində “Daşnaksutyun” partiyasının iştirakı danılmazdır. Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsinin iştirak etdiyi soyqırımında dinc sakinlərin yaşadığı məhlələrə qəflətən basqınlar edilərək uşaqdan böyüyədək hər kəs qətlə yetirilmişdir. Bu bir daha onu göstərir ki, Bakı Soveti əslində daşnakların və erməni zabitlərinin rəhbərlik etdiyi cinayətkar hərbi-siyasi rejim idi.
Bu faciədə öz miqyasına, qurbanların sayına və vurduğu maddi-mənəvi ziyanın ölçüsünə görə Şamaxı və Quba hadisələri ayrıca yer tutur. Yerli tədqiqatçılarımızın apardığı araşdırmalara əsasən Şamaxı qırğınları zamanı ermənilərin tərəfindən 15 mindən çox dinc sakin öldürülüb, 18 min nəfərdən çox insan öz yurd-yuvasından didərgin düşüb, bütün məscidlər, tarixi abidələr yerlə-yeksan edilib, şəhərin məşhur Cümə məscidi oraya sığınmış uşaqlar, qadınlar və qocalarla birlikdə yandırılıb. Quba qırğınları zamanı isə qətlə yetirilmiş insanların sayının 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Araşdırmalar zamanı məlum olan faktlar göstərir ki, öldürülmüş insanların baş nahiyəsindən balta ilə vurub sonra xəncərdən istifadə etməklə başı bədəndən ayırıblar. Öz vəhşi əməllərindən əl çəkməyən ermənilər bəzi insanları başına mismar vurmaqla qətlə yetirmişlər. Bu qırğınlar zamanı öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülmüşdür.
Müstəqillik illərindən sonra Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart Soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işinə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi 1998-ci il martın 26-da Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırım faciələrini qeyd etmək məqsədi ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədə Fərman imzalamışdır. Ümummilli lider Heydər Əliyev 31 mart - “Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar deyib: “Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”. İmzalanmış bu Fərmandan sonra 1918-ci il soyqırımı hadisələrinin öyrənilməsi istiqamətində xüsusi işlər görülmüş, çoxlu əsərlər yazılaraq xarici dillərə tərcümə olunmuşdur. Həmin Fərmanın icrasının davamlı şəkildə həyata keçirilməsi məqsədilə Ulu Öndər Heydər Əliyev tərəfindən 30 mart 1999-cu ildə tədbirlər planı təsdiq edilmişdir.
Quba soyqırımı məzarlığı 2007-ci ildə şəhərdə stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri zamanı aşkar edilib. Məzarlıqda 500-dək insan kəlləsi var. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı zamanı öldürüldüyü sübuta yetirilib. 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“-nin yaradılması və abadlıq işlərinin aparılması barədə qərar vermişdir. Quba şəhərində Qudyalçayın sol sahilində inşa edilmiş həmin Memorial kompleks 2013-cü il sentyabrın 18-də açılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Bu sərəncamın imzalanmasında əsas məqsəd 100 il əvvəl Erməni-bolşevik silahlı dəstələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınlar barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha ətraflı çatdırılması idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən diplomatiyalar nəticəsində Ermənistanın dövlət səviyyəsində yeritdiyi terrorçuluq və hərbi təcavüz siyasəti ifşa olunur, Azərbaycanın haqq səsi daha ucadan eşidilir.
Ceyhun Məmmədov
Milli Məclisin deputatı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Minatəmizləmə zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü veriləcək
Minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Fərmana əsasən, minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 700 manat müəyyən olunub.Müəyyən edilib ki, bu Fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü:minatəmizləmə...
31 Mart 2026, 12:42
Hicran Hüseynova akademik Cəmil Əliyevdən YAZDI
Azərbaycan xalqının ötən əsr ərzində qazandığı ən mühüm tarixi nailiyyətlərdən biri müxtəlif elm sahələrində əldə olunmuş sürətli inkişaf, eləcə də güclü və nüfuzlu alimlər nəslinin formalaşmasıdır. Hələ XIX əsrin sonlarından etibarən milli maarifçilərimizin və ilk elm xadimlərimizin əsasını qoyduğu ənənələr zaman keçdikcə daha da zənginləşmiş, müasir Azərbaycanın elmi potensialının formalaşmasına möhkəm zəmin yaratmışdır. Bu baxımdan tibb elmi də istisna olmamış, ölkəmiz həm daxildə, həm də beynəlxalq miqyasda böyük nüfuza malik görkəmli alimlər yetişdirmişdir.Bu görkəmli şəxsiyyətlər sırasında Azərbaycan onkologiya elminin inkişafında müstəsna xidmətləri olan akademik Cəmil Əliyev xüsusi yer tutur. Onun çoxşaxəli fəaliyyəti, zəngin elmi irsi və səhiyyə sahəsindəki əvəzsiz xidmətləri...
31 Mart 2026, 12:25
Ordubadda qaya uçqunu olub
Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunda qaya uçqunu qeydə alınıb."Report"un yerli bürosunun məlumatına görə, intensiv yağışlar nəticəsində Ordubadın Xurs-Nürgüt kənd avtomobil yolunun 32-ci kilometrliyində qaya uçqunu olub.Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb.Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub.Qaya parçaları qısa müddətdə dağıdılaraq ərazidən yığışdırılıb, yolda təhlükəsiz hərəkət bərpa olunub.
31 Mart 2026, 12:24
İrandan Azərbaycana indiyədək 3146 nəfər təxliyə edilib
Fevralın 28-i saat 08:00-dan martın 31-i saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 3146 nəfər təxliyə edilib.APA xəbər verir ki, təxliyə olunanların 551 nəfəri Azərbaycan vətəndaşıdır.
31 Mart 2026, 12:06
Şəmil Sadiqdən AJet-ə sərt tənqid
Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəmil Sadiq “AJet” hava yolları şirkəti ilə bağlı sərt açıqlama verib.Citypost.az xəbər verir ki, Ş.Sadiq bildirib ki, AJet çox aşağı səviyyədə xidmət göstərir və şirkətin əməkdaşlarında müştəri ilə düzgün ünsiyyət qurmaq bacarığı yoxdur. Onun sözlərinə görə, nə ünsiyyət, nə də xidmət mədəniyyəti tələb olunan səviyyədədir.Şəmil Sadiq qeyd edib ki, şirkətdə tətbiq edilən elektron qeydiyyat sistemi tez-tez texniki problemlər yaradır və bu da sərnişinlərin gecikməsinə səbəb olur. O, yaşadığı vəziyyəti misal gətirərək bildirib ki, yaranan problemə görə gecikmə baş verib və buna baxmayaraq sərnişinlər “uçuşa 59 dəqiqə qaldığı üçün qeydiyyat bağlandı”...
31 Mart 2026, 11:49
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib.
Türkiyə Milli Müdafiə Nazirliyi 31 Mart soyqırımı ilə bağlı paylaşım edib.APA-nın Türkiyə bürosu xəbər verir ki, paylaşımda soyqırımı zamanı vəhşicəsinə qətlə yetirilən azərbaycanlıların xatirəsi yad olunub.“Tarixə qara ləkə kimi düşən bu faciəli günlərdə erməni silahlı dəstələri tərəfindən minlərlə günahsız azərbaycanlı amansızcasına qətlə yetirildi. Qardaşlarımıza qarşı törədilən soyqırımı unutmadıq, unutmayacağıq, unutdurmayacağıq! Şəhidlərimizi rəhmət və ehtiramla anırıq”, - paylaşımda deyilir.
31 Mart 2026, 11:15