ADY: Bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər
Cəmiyyət 06 Aprel 2026, 09:30
242
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.
ADY-dən Citypost.az-a verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edilir.
Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənara çıxma halları ola bilər.
"Aramsız külək və yağışın qatarların görünmə məsafəsini və səsinin eşidilməsini məhdudlaşdıra biləcəyini nəzərə alaraq sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - məlumatda qeyd olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
MÜTDA: Məktəblərdə şagirdlərin davamiyyəti azalıb
İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir.Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Bildirilib ki, yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir: "Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır".Qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir: "İntensiv...
06 Aprel 2026, 11:38
Şəmil Sadiqoğlu: “Marşrut dəyişikliyi sərnişinlərdə çaşqınlıq yaradıb”
Jurnalist Şamil Sabiroğlu Şirvan şəhəri, Neftçala, Salyan və digər ətraf rayonlardan Bakıya gələn marşrutların son dayanacağının dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, uzun illərdir həmin istiqamətlərdən gələn marşrutların son dayanacağı Sədərək Ticarət Mərkəzi olub və sərnişinlər həm gəliş, həm də gediş üçün bu məntəqədən istifadə ediblər.Şamil Sabiroğlunun sözlərinə görə, son vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qərarı ilə adıçəkilən rayonlardan gələn marşrutların Abşeron Ticarət Mərkəzinin ərazisində yeni inşa olunan avtovağzala yönləndirildiyi bildirilib və bununla da Sədərək Ticarət Mərkəzindən həmin marşrutların çıxarıldığı qeyd olunur.Jurnalist vurğulayıb ki, bu dəyişiklik barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsi ciddi narazılıq...
06 Aprel 2026, 11:35
Məzahir Məmmədli: “İllərdir eyni problem təkrarlanır”
Təhsil eksperti Məzahir Məmmədli 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanı ilə bağlı açıqlama verib.O bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlardan sonra hər dəfə oxşar mənzərə ilə qarşılaşılır və bu hal artıq ənənə halını alıb.Məzahir Məmmədli qeyd edib ki, hazırlıq kursları, müəllimlər və repetitorlar imtahanlardan sonra narazılıqlarını bildirir, sosial şəbəkələrdə isə etirazlar səngimir.Bu dəfə Azərbaycan dili və ingilis dili fənləri üzrə ciddi şikayətlər az olsa da, riyaziyyat fənni ilə bağlı iki sualın səhv tərtib olunduğu iddiaları səsləndirilib.O vurğulayıb ki, bu cür hallar ilk dəfə deyil və illərdir eyni problemlərin təkrarlanması ciddi suallar yaradır:“Doğrudanmı bu sistemi düzəldə bilmirik, yoxsa...
06 Aprel 2026, 11:23
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.Bu barədə APA-nın Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
06 Aprel 2026, 11:13
Yeganə Hacıyeva: Gənclərin bir səhvi onların bütün həyatına son hökm olmamalıdır
Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkilməsi ilə bağlı saxlanılan şəxslərlə əlaqədar politoloq Yeganə Hacıyeva mövqe bildirib.Citypost.az xəbər verir kii, politoloq qeyd edib: “Cəzalandırmaqdan əvvəl qorumaq, damğalamaqdan əvvəl anlamaq, məhv etməzdən əvvəl xilas etmək vacibdir. Mülkiyyətə ziyan vurulması qəbul edilən davranış deyil, amma…, bir yanlış addımın bir neçə gəncin həyatını alt-üst etməsinə imkan vermək də ədalətsizlik olardı. Qanunların gücü yalnız cəzalandırmaqla deyil, eyni zamanda qorumaqla, istiqamət göstərməklə və gəncləri itirməkdən xilas etməklə ölçülməlidir. Gənclərin etdiyi bir səhv onların bütün həyatına verilən son hökmə çevrilməməlidir. Gənclərlə bağlı məsələlərdə hüquqi yanaşma sərt cəza fəlsəfəsinə deyil, ədalət, islah və gələcəyin qorunması prinsipinə əsaslanmalıdır. Hüquqi...
06 Aprel 2026, 10:45
Müdafiə Nazirliyi əhaliyə çağırış etdi
Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 6-10 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
06 Aprel 2026, 10:08