Qədim Bərdə körpüsü – əsrləri birləşdirən tarixi miras
Maraqlı 06 Aprel 2026, 11:52
228
Azərbaycanın zəngin tarixi şəhərlərindən biri olan Bərdə şəhəri qədim memarlıq nümunələri ilə seçilir. Bu abidələr arasında xüsusi yer tutan tikililərdən biri də Tərtərçay üzərində inşa edilmiş qədim körpüdür.
Citypost.az-ın məlumatına görə, mütəxəssislərin fikrincə, bu körpünün inşası VII–IX əsrlərə aid edilir və şəhərin mühüm ticarət və nəqliyyat keçidlərindən biri kimi formalaşıb. Akademik Ziya Bünyadovun araşdırmalarına əsasən, Bərdə şəhəri tarixən Tərtərçay çayının hər iki sahilində yerləşib və bu körpü həmin əraziləri birləşdirən əsas keçid rolunu oynayıb.
1902-ci ilə aid məlumatlarda qeyd olunur ki, Tərtərçay öz yatağını zaman-zaman dəyişib və bu təbii proseslər körpünün yerləşdiyi ərazidə də aydın şəkildə izlənilir. Hazırda körpünün qalıqları çayın köhnə, qismən qurumuş yatağında qalmaqdadır.
Körpünün ümumi uzunluğunun təxminən 120 metr, eninin isə 4 metr olduğu bildirilir. Tikilinin dayanıqlılığı üçün çay daşlarından istifadə olunmuş möhkəm bünövrə, üz hissəsində isə qırmızı kərpic hörgü diqqət çəkir. Əvvəllər 7 dayağa malik olan körpü zamanla təbii təsirlər nəticəsində qismən dağılıb.
2013-cü ildə ərazidə bərpa və abadlıq işləri aparılıb, yeni elementlər əlavə olunaraq tarixi mühit daha da canlandırılıb. Xüsusilə yaxınlıqda salınan asma körpü qədim tikiliyə müasir bir görünüş qataraq turistlərin maraq dairəsini genişləndirib.
Bu gün Bərdə şəhərində yerləşən bu körpü təkcə keçid funksiyası daşımır, həm də əsrləri birləşdirən canlı tarix nümunəsi kimi dəyərləndirilir.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakının unudulmaz simvollarından biri – taksafonların qısa tarixi
Köhnə Bakının şəhər mədəniyyətini əks etdirən maraqlı elementlərdən biri də ictimai telefonlar – yəni taksafonlardır. Bu cihazlar uzun illər şəhər həyatının ayrılmaz hissəsi olub.Citypost.az-ın məlumatına görə, Bakıda taksafonların quraşdırılması ilk dəfə 1935-ci ilə təsadüf edir. Həmin dövrdə şəhərdə təxminən 20 ədəd ictimai telefon quraşdırılmışdı. Zaman keçdikcə şəhər infrastrukturunun genişlənməsi ilə onların sayı artmağa və daha müasir modellərlə əvəz olunmağa başladı.Xüsusilə 2012-ci ildən etibarən Bakı metrosu stansiyalarında multimediya tipli taksafonların quraşdırılması həyata keçirilib. Həmin il Çin istehsalı olan təxminən 80 ədəd yeni taksafon şəhərə gətirilib və istifadəyə verilib.Mobil rabitənin geniş yayılması ilə taksafonlara olan gündəlik tələbat azalsa da, bu cihazlar xüsusilə...
06 Aprel 2026, 12:00
Mikrodan makroya: insan hüceyrəsindən kainatın ən kiçik ölçülərinə qədər
İnsan bədəni və kainatın quruluşu ölçülər baxımından inanılmaz bir iyerarxiya təşkil edir. Ən böyük bioloji vahiddən başlayaraq ən fundamental hissəciklərə qədər enən bu miqyas, təbiətin necə dəqiq qurulduğunu göstərir.Citypost.az-ın məlumatına görə, İnsan orqanizminin əsas vahidi olan insan hüceyrəsi təxminən 10–30 mikrometr ölçüsündədir. Hüceyrənin idarə mərkəzi sayılan nüvə isə daha kiçik olub 5–10 mikrometr aralığındadır.Daha dərin quruluşa endikdə, xromosomlar təxminən 2 mikrometr ölçüyə malikdir. Genetik məlumatın əsas daşıyıcısı olan DNT isə artıq nanometr səviyyəsinə enir – təxminən 2.5 nm.Daha kiçik miqyasda zülal molekulları təxminən 5 nm ölçüsündədir. Maddənin əsas quruluş vahidi olan atom isə təxminən 0.1 nm ölçüdədir.Atomun daxilinə endikdə isə...
03 Aprel 2026, 14:55
Oksigenin böyük hissəsi haradan gəlir?
Nəfəs aldığımız oksigenin əsas mənbəyi kimi çox vaxt ağaclar və meşələr düşünülür. Xüsusilə Amazon tropik meşələri kimi ekosistemlər haqlı olaraq “planetin ağciyərləri” adlandırılır. Ağaclar fotosintez prosesi vasitəsilə oksigen istehsal etsə də, elm dünyasında az bilinən daha mühüm bir həqiqət var.Citypost.az xəbər verir ki, alimlərin araşdırmalarına görə, Yer atmosferindəki oksigenin böyük hissəsi okeanlardan gəlir. Bu oksigenin əsas istehsalçıları isə gözlə görünməyən mikroskopik canlılardır – fitoplankton.Okeanın səth qatlarında yaşayan bu orqanizmlər günəş işığından istifadə edərək fotosintez aparır və böyük miqdarda oksigen buraxırlar. Bu proses təkcə müasir dövrdə deyil, milyon illər boyunca davam edib və planetin atmosferinin formalaşmasında əsas rol oynayıb.Xüsusilə sianobakteriyalar Yer...
03 Aprel 2026, 11:49
Dağ keçiləri niyə duz yeyir? Maraqlı FAKT
Dağlıq ərazilərdə aparılan müşahidələr zamanı qeyri-adi bir mənzərə tez-tez diqqət çəkir: dağ keçisi qayaların səthini yalayır, sanki duz qəbul edir. Bu davranış ilk baxışda qəribə görünsə də, əslində elmi baxımdan tam izahı olan təbii bir ehtiyacdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, dağ keçiləri əsasən ot və müxtəlif bitkilərlə qidalanır. Lakin bu qidalarda orqanizm üçün vacib sayılan natrium mineralları kifayət qədər olmur. Natrium isə su balansının tənzimlənməsi, sinir impulslarının ötürülməsi və əzələ funksiyalarının normal işləməsi üçün həyati əhəmiyyət daşıyır.Məhz bu çatışmazlığı aradan qaldırmaq üçün dağ keçiləri təbiətdə “mineral mənbələr” axtarır və qayaların üzərindəki duz qatlarını yalayaraq bədənlərinin ehtiyacını qarşılayır. Bu...
02 Aprel 2026, 10:51
Tural Bakuvi: İsrail bayrağı ilə bağlı iddialar və simvolların tarixi interpretasiyası
İsrail dövlət bayrağı ilə bağlı müxtəlif iddialar və onun tarixi barədə müzakirələr yenidən gündəmə gəlib. Citypost.az xəbər verir ki, bəstəkar və söz yazarı Tural Bakuvi bu barədə yazdığı açıqlamada bildirib ki, İsrail bayrağının yuxarı və aşağı hissəsindəki iki mavi zolağın Nil və Fərat çaylarını simvolizə etdiyi barədə iddialar antisemit təbliğat və müxtəlif narrativlərin təsiri nəticəsində formalaşıb.O qeyd edib ki, bu iddianın mənbəyi kimi 1988-ci ildə Yasir Arafatın mətbuata verdiyi müsahibə göstərilir və sonradan bu fikir müxtəlif ərəb ölkələrində və bəzi siyasi dairələrdə geniş yayılıb.Açıqlamada bildirilir ki, sionizmin ideoloji təşəbbüskarlarından biri sayılan Teodor Herzlın ilkin bayraq konsepsiyasında fərqli dizaynların müzakirə olunduğu, sonradan...
01 Aprel 2026, 10:42
Zəncirotu yarpaqları beynin qocalma prosesinə qarşı qoruyucu təsir göstərə bilər
Yeni araşdırma göstərir ki, adi zəncirotu yarpaqları (dandelion) beynin yaşlanma ilə bağlı dəyişikliklərinə qarşı qoruyucu potensiala malik ola bilər.Citypost.az xəbər verir ki, mütəxəssislərin araşdırmasına əsasən, bu bitkidə olan bioloji aktiv maddələr – polifenollar – həzm prosesi zamanı tam parçalanmır, əksinə bəzi mərhələlərdə daha da aktiv və bədən üçün əlçatan hala gələ bilər.Tədqiqatda bitkinin yarpaq, çiçək və kök hissələri müqayisə edilib. Nəticələrə görə, ən yüksək polifenol və flavonoid tərkibi yarpaqlarda müşahidə olunur. Bu maddələr antioksidant və iltihabəleyhinə təsiri ilə tanınır.Araşdırma həmçinin göstərir ki, zəncirotu tərkibli birləşmələr yaddaş və koqnitiv funksiyalar üçün vacib olan asetilxolin maddəsini parçalayan asetilxolinesteraza fermentinin fəaliyyətini azalda bilər....
31 Mart 2026, 17:45