Bizə yazın

Baku

-°C

USD

-

Məzahir Məmmədli: “İllərdir eyni problem təkrarlanır”

Cəmiyyət 06 Aprel 2026, 11:23

242

Təhsil eksperti Məzahir Məmmədli 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanı ilə bağlı açıqlama verib.

O bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanlardan sonra hər dəfə oxşar mənzərə ilə qarşılaşılır və bu hal artıq ənənə halını alıb.

Məzahir Məmmədli qeyd edib ki, hazırlıq kursları, müəllimlər və repetitorlar imtahanlardan sonra narazılıqlarını bildirir, sosial şəbəkələrdə isə etirazlar səngimir.Bu dəfə Azərbaycan dili və ingilis dili fənləri üzrə ciddi şikayətlər az olsa da, riyaziyyat fənni ilə bağlı iki sualın səhv tərtib olunduğu iddiaları səsləndirilib.

O vurğulayıb ki, bu cür hallar ilk dəfə deyil və illərdir eyni problemlərin təkrarlanması ciddi suallar yaradır:“Doğrudanmı bu sistemi düzəldə bilmirik, yoxsa düzəltmək istəmirik?”

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Keşlədə 97 sakin təhlükəsiz əraziyə təxliyə edilib 

Paytaxtın Nizami rayonunun Keşlə qəsəbəsi ərazisində kollektorda baş verən nasazlıq səbəbindən suyun təsirinə məruz qalmış ərazilərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən aidiyyəti tədbirlər həyata keçirilir.Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqə İdarəsinin əməkdaşı Pərviz Aslanov deyib.O bildirib ki, gecə saatlarında da bu qüvvələr tərəfindən fasiləsiz olaraq müvafiq təhlükəsizlik tədbirləri görülüb.“FHN-in müvafiq qüvvələri 97 sakini təhlükəsiz əraziyə təxliyə edib. Hazırda da nazirliyin qüvvələri tərəfindən ərazidən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir”,- deyə o vurğulayıb....

06 Aprel 2026, 12:45

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır 

Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul üzrə növbəti müsabiqə başlayır.XİN-dən Citypost.az-a verilən xəbərə görə, müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin internet portalında “Xarici İşlər Nazirliyinə qəbul üzrə müsabiqədə iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək zəruridir.Müsabiqədə iştirak üçün qeydiyyat 10 aprel 2026-cı il saat 10:00-dan 10 may 2026-cı il saat 18:00-dək davam edəcək.Qeydiyyat üçün xidmət yalnız sözügedən tarixlərdə aktiv olacaq.Müsabiqə prosesi barədə daha ətraflı məlumatla aşağıdakı keçiddə tanış olmaqmümkündür:https://exidmet.dim.gov.az/elimt/xintest/elan...

06 Aprel 2026, 12:02

MÜTDA: Məktəblərdə şagirdlərin davamiyyəti azalıb 

İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir.Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.Bildirilib ki, yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir: "Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır".Qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir: "İntensiv...

06 Aprel 2026, 11:38

Şəmil Sadiqoğlu: “Marşrut dəyişikliyi sərnişinlərdə çaşqınlıq yaradıb”

Jurnalist Şamil Sabiroğlu Şirvan şəhəri, Neftçala, Salyan və digər ətraf rayonlardan Bakıya gələn marşrutların son dayanacağının dəyişdirilməsi ilə bağlı məsələyə münasibət bildirib.Citypost.az xəbər verir ki, jurnalist qeyd edib ki, uzun illərdir həmin istiqamətlərdən gələn marşrutların son dayanacağı Sədərək Ticarət Mərkəzi olub və sərnişinlər həm gəliş, həm də gediş üçün bu məntəqədən istifadə ediblər.Şamil Sabiroğlunun sözlərinə görə, son vaxtlarda Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qərarı ilə adıçəkilən rayonlardan gələn marşrutların Abşeron Ticarət Mərkəzinin ərazisində yeni inşa olunan avtovağzala yönləndirildiyi bildirilib və bununla da Sədərək Ticarət Mərkəzindən həmin marşrutların çıxarıldığı qeyd olunur.Jurnalist vurğulayıb ki, bu dəyişiklik barədə ictimaiyyətə əvvəlcədən məlumat verilməməsi ciddi narazılıq...

06 Aprel 2026, 11:35

Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın paytaxtı Tbilisidə rəsmi qarşılanma mərasimi olub.Bu barədə APA-nın Tbilisiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidentinə raport verib.Azərbaycanın və Gürcüstanın Dövlət himnləri səsləndirilib.Prezidentlər fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

06 Aprel 2026, 11:13

Yeganə Hacıyeva: Gənclərin bir səhvi onların bütün həyatına son hökm olmamalıdır

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkilməsi ilə bağlı saxlanılan şəxslərlə əlaqədar politoloq Yeganə Hacıyeva mövqe bildirib.Citypost.az xəbər verir kii, politoloq  qeyd edib: “Cəzalandırmaqdan əvvəl qorumaq, damğalamaqdan əvvəl anlamaq, məhv etməzdən əvvəl xilas etmək vacibdir. Mülkiyyətə ziyan vurulması qəbul edilən davranış deyil, amma…, bir yanlış addımın bir neçə gəncin həyatını alt-üst etməsinə imkan vermək də ədalətsizlik olardı. Qanunların gücü yalnız cəzalandırmaqla deyil, eyni zamanda qorumaqla, istiqamət göstərməklə və gəncləri itirməkdən xilas etməklə ölçülməlidir. Gənclərin etdiyi bir səhv onların bütün həyatına verilən son hökmə çevrilməməlidir. Gənclərlə bağlı məsələlərdə hüquqi yanaşma sərt cəza fəlsəfəsinə deyil, ədalət, islah və gələcəyin qorunması prinsipinə əsaslanmalıdır. Hüquqi...

06 Aprel 2026, 10:45