Bizə yazın

Baku

-°C

USD

-

Tural Qaraqaşlı: “ABŞ-da əsgər və polis dövlətin əsas simvolu kimi qorunur”

Siyasət 06 Aprel 2026, 08:51

270

Gənc yazar Tural Qaraqaşlı ABŞ ordusunun və təhlükəsizlik sisteminin fəaliyyətinə dair fikirlərini bölüşüb.

O bildirib ki, ABŞ-ın hərbi əməliyyatlarda əsas prioritetlərindən biri öz hərbçilərinin təhlükəsizliyidir və bu prinsip bir çox hallarda yüksək texnika və resurs itkisi bahasına da olsa qorunur. Onun sözlərinə görə, həyata keçirilən xilasetmə əməliyyatları nəticəsində əsgərlərin əsir düşməsinin və ya itki verilməsinin qarşısı alınır.

Tural Qaraqaşlı qeyd edib ki, ABŞ ordusunun bu yanaşması hərbi dərsliklərə düşəcək səviyyədə əməliyyatların icrasına səbəb olur və dövlətin öz əsgərinə verdiyi dəyəri nümayiş etdirir.

Yazar həmçinin bildirib ki, ABŞ-da “bayraq” və “əsgər” anlayışı yüksək səviyyədə simvolik məna daşıyır və hərbçi dövlətin əsas simvollarından biri kimi qəbul olunur.

O, eyni zamanda ABŞ-da polis sisteminə də toxunaraq bildirib ki, orada polis əməkdaşlarının təhlükəsizliyi ön planda tutulur və riskli vəziyyətlərdə sürətli müdaxilə səlahiyyətləri daha genişdir.

Tural Qaraqaşlı əlavə edib ki, Türkiyə kimi bəzi ölkələrdə isə təhlükəsizlik qüvvələrinin bəzən daha ehtiyatlı və uzunmüddətli danışıqlar yolu ilə əməliyyat aparmağa üstünlük verdiyi müşahidə olunur.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyevin Gürcüstanın Prezidenti ilə təkbətək görüşü olub

Aprelin 6-da Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub."Report"un Tbilisiyə ezam olunan əməkdaşı xəbər verir ki, söhbət zamanı Azərbaycan-Gürcüstan ikitərəfli əlaqələrinin dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı qeyd edilərək, əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, energetika, yaşıl enerji, nəqliyyat, sərmayələr və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin münasibətlərimizin genişlənməsində roluna toxunuldu.Azərbaycan ilə Gürcüstanın birgə həyata keçirdikləri nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı, onların strateji və iqtisadi əhəmiyyəti qeyd edildi.Görüşdə Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi baxımından Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin rolu vurğulandı.Azərbaycan və Gürcüstan...

06 Aprel 2026, 12:12

Turan Rzayev: “ABŞ-ın İran əməliyyatı mesaj xarakteri daşıyır”

Politoloq Turan Rzayev ABŞ-ın İran ərazisində həyata keçirdiyi son əməliyyatı şərh edib.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı “SEAL Team 6” bölməsi İsfahanın cənub istiqamətində eniş edərək dağlıq ərazidə gizlənən pilotun təxliyəsini həyata keçirib. O bildirib ki, əməliyyatın gündüz saatlarında icra olunması diqqət çəkən əsas məqamlardandır.Turan Rzayev qeyd edib ki, bu hadisə ABŞ-ın İran ərazisində quru əməliyyatları aparmaq imkanına malik olduğunu göstərsə də, bu, genişmiqyaslı işğal və ya Venesuela ssenarisinə bənzər bir strategiyanın tətbiqi anlamına gəlmir.Sözügedən əməliyyat xilasetmə xarakteri daşıyır və bu tip missiyalar yalnız zəruri hallarda həyata keçirilir. Politoloq əlavə edib ki, belə...

06 Aprel 2026, 10:51

Elxan Şahinoğlu: Ukrayna diplomatik fəallığını genişləndirir, müharibə isə dəyişməz qalır

Elxan Şahinoğlu Yaxın Şərqdə artan gərginlik fonunda Rusiya–Ukrayna müharibəsi ilə bağlı mövcud vəziyyəti şərh edib. Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, cəbhədə vəziyyət dəyişməz olaraq qalır, Rusiya işğal ərazisini genişləndirməyə, Ukrayna isə müqavimət gücünü artırmağa davam edir.Politoloq bildirib ki, Ukrayna yalnız hərbi sahədə deyil, diplomatik istiqamətdə də fəallığını artırıb və ABŞ və Avropa ilə yanaşı Avrasiya məkanında, o cümlədən Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə əlaqələrini genişləndirir. Bu kontekstdə Ukrayna Prezidenti Volodimir Zelenskinin aprelin 4-də Türkiyəyə səfəri diqqət çəkir.Ankarada keçirilən görüşlərdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Zelenskinin sözlərinə görə, tərəflər bu sahədə əməkdaşlığın detallarını ekspert səviyyəsində araşdıracaqlar....

06 Aprel 2026, 10:44

Ceyhun Məmmədov: Azərbaycanın İrana humanitar yardımı insani dəyərlərin bariz nümunəsidir

Milli Məclisin deputatı Ceyhun Məmmədov İlham Əliyev-in tapşırığı ilə İran İslam Respublikası xalqına göstərilən humanitar yardım təşəbbüsünü mühüm və uzaqgörən addım kimi qiymətləndirib.Citypost.az xəbər verir ki, Deputat bildirib ki, mürəkkəb və həssas dövrdə həyata keçirilən bu cür yardımlar müharibə və gərginlik şəraitində mülki əhalinin üzləşdiyi çətinliklərin azaldılması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, humanitar yardım hər hansı siyasi mövqedən daha çox insani dəyərlərin ifadəsidir və çətin vəziyyətlə üzləşən insanların yanında olmaq həm beynəlxalq humanitar prinsiplərdən, həm də milli-mənəvi dəyərlərdən irəli gəlir.C.Məmmədov vurğulayıb ki, Azərbaycanın bu addımı ölkənin regionda yalnız siyasi və iqtisadi deyil, həm də humanitar sahədə məsuliyyətli və...

06 Aprel 2026, 10:09

Tural İrfan: Zori Balayan Azərbaycan zəfər çalanda ölüb

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan  Zori Balayan ölümü barədə  fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Tural İrfan bildirib ki, Zori Balayan indi ölməyib, Azərbaycan zəfər çalanda ölüb, sadəcə cəmdəyini indi basdıracaqlar. Onun sözlərinə görə, Balayanın irsi və məfkurəsi isə 44 günlük müharibədə artıq məğlub edilib.T.İrfan qeyd edib ki, əsas olan insanın cismən ölməsi deyil, ideya və fikir baxımından ölməsidir və Balayan hər iki baxımdan artıq tarixə qovuşub.Siyasi şərhçi əlavə edib ki, onun ideyalarının həyata keçməsinə əməli dəstək verən İran generallarının da eyni dövrdə ölməsi diqqətçəkən məqamdır. O bildirib ki, bu prosesləri “ilahi təvafüq” kimi qiymətləndirmək olar.Tural İrfan...

06 Aprel 2026, 08:13

Asif Nərimanlı: ABŞ-ın İranda pilot xilasetmə əməliyyatı quru müdaxilə imkanlarını göstərir

Politoloq Asif Nərimanlı İran ərazisində amerikalı pilotun xilas edilməsi əməliyyatının detalları ilə bağlı diqqətçəkən məqamları açıqlayıb.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, əməliyyat zamanı ABŞ-ın xüsusi təyinatlı qüvvələri İsfahan şəhərinin cənubuna eniş edib və dağlıq ərazidə gizlənən pilotu çıxara biliblər. Məlumata görə, Donald Tramp əməliyyatın gündüz vaxtı keçirildiyini deyib. Həmçinin “CBS” telekanalının hərbi mənbələrə istinadən yaydığı xəbərdə qeyd olunur ki, pilotun sığındığı bölgəyə yaxınlaşmağa çalışan İran hərbçiləri ABŞ qüvvələri tərəfindən bombalanıb.Politoloqun sözlərinə görə, bu hadisə ABŞ-ın İran ərazisinin dərinliklərində quru əməliyyatı keçirmək imkanlarını nümayiş etdirir. O vurğulayıb ki, genişmiqyaslı quru döyüşləri canlı qüvvələrin qeyri-bərabərliyi səbəbindən çətin görünsə də, lokal səviyyədə...

06 Aprel 2026, 08:05