Bizə yazın

Baku

-°C

USD

-

Ərdoğan atəşkəsdən məmmnunluğunu ifadə edib 

Dünya 08 Aprel 2026, 14:44

205

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən məmnunluğunu ifadə edib.

Citypost.az xəbər verir ki, o bu barədə "X" hesabında yazıb.

“Ehtimal olunan təxribat və sabotajlara imkan verilmədən atəşkəsin sahədə tam şəkildə tətbiq olunmasını arzulayırıq”, - Ərdoğan qeyd edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb 

Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.Onun sözlərinə görə, Yaponiya səfiri Akira Mutoya Ukraynada Yaponiya ilə birgə PUA istehsalı müəssisələrinin yaradılması ilə bağlı məlumatlarla əlaqədar etiraz edilib.Qeyd edək ki, Yaponiyanın dron istehsalçısı “Terra Drone Corporation” şirkəti Ukraynanın pilotsuz uçuş aparatı istehsalçısı “Amazing Drones” ilə əməkdaşlıq müqaviləsi bağlayıb. Rəsmi Moskva bildirib ki, Ukraynada Yaponiya ilə birgə yaradılacaq PUA zavodu Rusiya ordusunun qanuni hədəf olacaq....

08 Aprel 2026, 15:18

Pezeşkian: Barışıq İranın səyləri sayəsində mümkün olub 

İran Prezidenti Məsud Pezeşkian ABŞ ilə əldə edilmiş ikihəftəlik atəşkəsin ölkəsinin irəli sürdüyü prinsiplərə uyğun olduğunu bildirib.Citypost.az xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.Pezeşkian, həmçinin İran xalqını həm müdafiə, həm də diplomatik arenada bütün fəaliyyət sahələrində birliyə çağırıb.

08 Aprel 2026, 15:12

Dağıstan və Çeçenistanda daşqınlara görə dəyən ziyanın məbləği açıqlanıb 

Dağıstan və Çeçenistanda daşqınlara görə dəyən ziyan 1 milyard rublu keçib.APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə nümayəndəsi Yuri Çayka bildirib.Dağıntının miqyasına görə, "Sberbank" zərərçəkmiş ailələrə dəstək üçün ianə toplama kampaniyası təşkil edib. İanələr əmlakın bərpasına və zəruri əşyaların alınmasına kömək etmək üçün ailələr arasında paylanacaq.Qeyd edək ki, aramsız yağan yağışlar Rusiyanın cənubunda, xüsusi ilə Dağıstan Respublikasında təbii fəlakətə səbəb olub. Daşqınlar Mahaçqala, Xasavyurt, Kaspiysk və Dərbəndə yaşayış evlərinə və yollara böyük ziyan vurub. Rəsmilər daşqınlar nəticəsində 6 nəfərin həyatını itirdiyini, 6 mindən əhalinin zərər gördüyünü açıqlayıb....

08 Aprel 2026, 14:53

İraqın bütün hava limanları fəaliyyətini bərpa edib 

İraqın Mülki Aviasiya İdarəsi aprelin 8-dən hava məkanının açıldığını və bütün hava limanlarının fəaliyyətinin bərpa edildiyini elan edib."Report" xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) məlumat yayıb."Vəziyyət sabitləşdikdən sonra bu gündən etibarən hava hərəkəti üçün İraqın hava məkanının yenidən açılması qərara alınıb", - agentliyin məlumatında qeyd edilib.İraq hava limanlarında tranzit, uçuş və eniş müəyyən edilmiş qayda və təlimatlara uyğun olaraq həyata keçiriləcək.Qeyd edək ki, ABŞ, İsrail və İran münaqişəsi səbəbindən ölkənin hava məkanı fevralın 28-dən bağlanmışdı....

08 Aprel 2026, 14:26

KİV: Kreml builki Qələbə paradını ləğv edə bilər 

Kreml builki Qələbə Günü tədbirlərində düzəlişlər edə bilər.APA xəbər verir ki, bu barədə "Nezıqar" Telegram kanalı məlumat yayıb.Bildirilib ki, düzəlişlərə paradın tamamilə ləğv edilməsi və ya 30-40 dəqiqəlik qısaldılmış formatda keçirilməsi daxil ola bilər. Buna səbəb kimi təhlükəsizliklə bağlı narahatlıqlar və parad iştirakçılarının və hərbi texnikanın yenidən dislokasiyası ilə bağlı yüksək risklər göstərilib.Hərbi müxbirlərinin yazdığına görə, parad qeyri-standart formatda, belə demək olarsa, qısaldılmış formatda keçirilə bilər.“Məsələn, T-34 tankları keçəcək, orkestr və Suvorov kursantları və "Vityaz" xüsusi təyinatları yürüş edəcəklər və s.”, - bildirilir.Keçmiş pilot İlya Tumanov "Solovyov Live"ın efirində bildirib ki, Rusiya hakimiyyəti Moskva və Sankt-Peterburqda Qələbə paradının aviasiya hissəsini...

08 Aprel 2026, 13:44

Tayvan müxalifət lideri Çinə səfərinin "sülh toxumu" səpəcəyini deyir 

Tayvanın müxalifət lideri və Kuomintang (KMT) sədri Çenq Li-vun Çinə nadir səfəri zamanı “sülh toxumları” səpməyə ümid etdiyini bildirib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, siyasətçi bildirib ki, partiyanın son 10 ildə Çinə səfər edən ilk lideri kimi diqqət çəkir və bu addım Tayvanda geniş müzakirələrə səbəb olub. Səfər, xüsusilə Pekinlə münasibətlərin gələcəyi baxımından mühüm siyasi siqnal kimi dəyərləndirilir.Çenq Li-vun bildirib ki, Tayvan boğazının iki tərəfi müharibəyə məhkum deyil və dialoq imkanları açıq saxlanılmalıdır. O, həmçinin Tayvanın böyük güclər arasındakı geosiyasi gərginliklərdə vasitəyə çevrilməməsinin vacibliyini vurğulayıb.Məlumata görə, Çin Tayvanı öz ərazisi hesab edir və adaya qarşı hərbi təzyiqi davam etdirir....

08 Aprel 2026, 11:59