İlham Əliyev bu nazirliyin əsasnaməsini dəyişdi
Cəmiyyət 08 Aprel 2026, 13:09
270
Prezident İlham Əliyev "Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"də dəyişiklik edib.
Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, Nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə uyğunluğuna, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.
Həmçinin oxuyun
Bundan başqa, İlham Əliyev "Dövlət Ekoloji Ekspertiza Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edib. Dəyişikliyə əsasən Agentlik faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi tələb olunduqda, faydalı qazıntıların təsdiq edilmiş ehtiyatları və onların işlənilməsinin yerin təki haqqında qanunvericiliyə, həmçinin torpaqların kateqoriyasının dəyişdirilməsinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyə uyğunluğuna dair rəy verə biləcək.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
QMİ ABŞ-ın Azərbaycanda dini vəziyyətlə bağlı hesabatını pisləyib
Qafqaz Müsəlmanları İdarəsi ABŞ-ın Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda 2025-ci ildə Azərbaycanda dini vəziyyətin qiymətləndirilməsi ilə bağlı istinadlara dair bəzi məqamlara münasibət bildirib.Bu barədə Citypost.az-a QMİ-dən məlumat verilib.Bildirilib ki, Azərbaycan Respublikasında yaşayan dini icmaların nümayəndələri, ABŞ-nin Beynəlxalq Dini Azadlıq Komissiyasının (BDAK) “2026-cı il İllik Hesabatı”nda yer alan 2025-ci ildə Azərbaycanda dini vəziyyətə dair əsassız iddialarla bağlı ciddi narahatlıqlarını və dərin təəssüflərini ifadə edirlər:“Mövcud reallıqları nəzərə alaraq, hesabatdakı qiymətləndirməni qəti şəkildə rədd edirik.Hesabatda guya dini azadlığın pozulması və dini icmalara təzyiq göstərilməsi kimi Azərbaycana qarşı əsassız iddialar müəyyən qrupların qərəzli lobbiçilik mövqeyini əks etdirir. Bu iddialar ölkədəki...
08 Aprel 2026, 15:00
FHN: Zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti olmayıb
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb.Citypost.az xəbər verir ki, barədə FHN Mətbuat xidmətində məlumatında bildirilib.Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub."Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - məlumatda vurğulanıb....
08 Aprel 2026, 14:15
TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi formalaşdırılıb
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:Müşahidə Şurasının sədriAzərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisiMüşahidə Şurasının üzvləri:Azərbaycan Respublikası maliyyə nazirinin müaviniAzərbaycan Respublikası səhiyyə nazirinin müaviniAzərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müaviniSəhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri....
08 Aprel 2026, 14:06
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib
Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibi genişləndirilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama edilən dəyişiklikdə əksini tapıb.Sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Aparatının rəhbəri də siyahıya əlavə edilib.
08 Aprel 2026, 14:01
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib.Citypost.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.Sərəncama əsasən, Şuranın üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.
08 Aprel 2026, 13:58
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Kollegiyasının tərkibi təsdiq edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, Kollegiya aşağıdakı tərkibdə təsdiq edilib:Kollegiyanın sədriAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədriKollegiyanın üzvləri:Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin birinci müaviniAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sədrinin müavinləriAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Aparatının rəhbəriAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Hüquq şöbəsinin müdiriAzərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak...
08 Aprel 2026, 13:55