Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
Cəmiyyət 13 Aprel 2026, 09:55
384
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.
CityPost.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət:
1. Babək prospekti, mərkəz istiqamətində;
2. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
3. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
4. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
5. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;
6. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
Həmçinin oxuyun
7. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;
9. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;
10. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;
12. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ehtiyatda olan polkovnik-leytenant vəfat edib
Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı Cavid Cabbarov vəfat edib.Citypost.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıblar.Mərhumun uzun sürən xəstəlikdən sonra vəfat etdiyi bildirilib.Cavid Cabbarov Azərbaycan Ordusunda uzun müddət xidmət edib. Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Xidməti dövründə şücaətinə görə dəfələrlə təltif edilib.Cavid Cabbarov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin ilk istehkamçı ixtisaslı məzunlarından olub. Onun 42 yaşı vardı.Mərhumun dəfn mərasimi dünən Beyləqan rayonunda olub.Allah rəhmət etsin! (MODERN.AZ)...
13 Aprel 2026, 10:04
Müdafiə Nazirliyi əhalini təşvişə düşməməyə çağırdı
Ağdərə rayonu ərazisindəki təlim mərkəzində 13-17 aprel tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla məhv ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda qeyd olunub.
13 Aprel 2026, 09:06
Gədəbəy və Daşkəsənə qar yağıb
Daşkəsən rayonuna qar yağıb."Report"un Qərb bürosunun məlumatına görə, qar əsasən rayonunun Əmirvar, Qaraqullar, Qabaqtəpə və Astaf kimi ucqar kəndlərinə yağıb.Burada qarın hündürlüyü təxminən 5-6 santimetrə çatır.İnfrastrukturla bağlı heç bir çətinlik yaranmayıb.
13 Aprel 2026, 08:18
Bakıda bu ərazilərdə qaz olmayacaq
Bu gün paytaxtın bəzi ərazilərində qaz təchizatında fasilələr olacaq.Citypost.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb."Qaz kəmərində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 13 aprel tarixində saat 10:00-dan etibarən işlər başa çatanadək Binəqədi rayonu üzrə Binəqədi və M.Ə.Rəsulzadə qəsəbələrinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq", - deyə məlumatda qeyd edilib.
13 Aprel 2026, 08:08
Bibiheybət yolunda hərəkət tam məhdudlaşdırılacaq
Təmir-bərpa işləri ilə bağlı Bibiheybət yolunda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.Məhdudiyyət 13 aprel saat 10:00-dan 15 aprel saat 07:00-dək qüvvədə olacaq.Göstərilən müddət ərzində sürücülər alternativ olaraq köhnə Salyan şosesindən istifadə edə bilərlər.
12 Aprel 2026, 18:28
Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa edib
Bu gün Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi öz fəaliyyətini bərpa edib.Bu barədə Xarici İşlər Nazirliyindən xəbər verilib.Qeyd edilib ki, Səfirlik ilkin mərhələdə səfir daxil olmaqla, məhdud sayda diplomatik və inzibati heyət ilə fəaliyyət göstərəcək.Təhlükəsizlik və təşkilati məsələlər nəzərə alınaraq, Səfirliyin fəaliyyətinin mərhələli şəkildə tənzimlənməsi planlaşdırılır:"Azərbaycan Səfirliyinin İranda hərbi əməliyyatların dayandırılması və iki həftəlik atəşkəsin elan olunmasından qısa müddət sonra fəaliyyətini bərpa etməsi Azərbaycanın qonşu və dost İran ilə münasibətlərə verdiyi xüsusi önəmin bariz nümunəsidir.Ölkəmiz regionda davamlı sülh və sabitliyin təmin olunması istiqamətində irəli sürülən təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir"....
12 Aprel 2026, 16:36