M.Əsədullazadə: İslamabad görüşündə əsas məğlub tərəf İsraildir
Siyasət 13 Aprel 2026, 08:34
323
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə İslamabadda keçirilən görüşlə bağlı açıqlama verib.
Citypost.az xəbər verir ki, politoloq bildirib ki, İslamabadda keçirilən görüşdə sülhün əldə olunması çətin idi, lakin müəyyən razılaşmalar əldə edilib. Ekspertin sözlərinə görə, əsas müzakirə mövzuları Hörmüz boğazına nəzarət, İranın nüvə enerjisindən tam imtinası və ballistik raketlərin uçuş məsafəsi ilə bağlı məsələlər olub. Qeyd edilib ki, tərəflər arasında iki həftəlik atəşkəs razılaşdırılıb. M.Əsədullazadə vurğulayıb ki, bu prosesdə əsas məğlub tərəf məhz İsrail olub. Onun fikrincə, həm İran, həm də ABŞ özünü qalib hesab edir. İran güzəştə getməməklə məğlub olmadığını elan edərək bunu daha çox daxili auditoriyaya yönəldilmiş mesaj kimi təqdim edir.
Ekspert əlavə edib ki, ABŞ isə İranın hərbi donanmasına və infrastrukturuna endirilən zərbələr, eləcə də liderlərin aradan götürülməsi fonunda qələbə əldə etdiyini bəyan edir.
Həmçinin oxuyun
Açıqlamada həmçinin qeyd olunub ki, ABŞ prezidenti Donald Trump-ın Benjamin Netanyahu-nun təhriki ilə Rusiya-Ukrayna müharibəsi bitməmiş hərbi əməliyyatlara başlaması Vaşinqtonun Çin qarşısında strateji zəifləməsinə gətirib çıxarır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Elxan Şahinoğlu: İslamabad danışıqları nəticəsiz qaldı
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu İslamabadda ABŞ və İran nümayəndələri arasında keçirilən müzakirələrlə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloqun sözlərinə görə, Pakistanın baş naziri Şahbaz Şərif və ölkənin digər rəsmiləri danışıqlarda nəticə əldə olunacağına ümidli idilər və ABŞ və İran nümayəndələri üçün yüksək səviyyədə şərait yaradılmışdı. Lakin tərəflər güzəştə getməyib və ortaq razılaşma əldə olunmayıb.E.Şahinoğlu bildirib ki, əsas fikir ayrılıqları uranın zənginləşdirilməsi və Hörmüz boğazı ilə bağlı məsələlər ətrafında yaranıb. Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsindən tam imtina etmək istəmir, eyni zamanda Hörmüz boğazına nəzarətdən də geri çəkilməyə razı deyil.Politoloq qeyd edib ki, ABŞ Prezidenti Donald Trump...
13 Aprel 2026, 10:58
Nadir Azəri: Mövcud şərtlər daxilində İslamabadın səyləri hələlik real nəticəyə çevrilmir
“Pakistanda ABŞ ilə İran arasında keçirilən danışıqların nəticəsiz yekunlaşması artıq müşahidə olunan reallığa çevrilib. Bu vəziyyət bir tərəfdən region ölkələrinin vasitəçilik təşəbbüslərinin artdığını göstərir, digər tərəfdən isə Vaşinqton və Tehran arasında dərin fikir ayrılıqlarının hələ də qalmaqda davam etdiyini ortaya qoyur.”Bunu “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.Onun sözlərinə görə, prosesin mahiyyəti dəyişməz olaraq nüvə razılaşması məsələsi ətrafında formalaşır: “2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı ABŞ administrasiyasının həmin dövrdəki siyasətinə uyğun olaraq İranın nüvə fəaliyyətinə məhdudiyyətlər qoyulması müqabilində sanksiyaların yumşaldılmasını nəzərdə tuturdu. Lakin 2018-ci ildə Vaşinqtonun bu razılaşmadan çıxması...
13 Aprel 2026, 10:57
Azər Həsrətin paylaşımı müzakirə doğurub
Əməkdar jurnalist Azər Həsrət sosial şəbəkə hesabında paylaşım edərək Qurani-Kərimin “ən-Nisa” surəsinin 25-ci ayəsinə istinad edib və bu mövzu ilə bağlı fikirlərini bildirib.Citypost.az xəbər verir ki, Jurnalist paylaşımında dini mətnə əsaslanaraq bəzi sosial və dini məsələlərə münasibətini ifadə edib və xüsusilə qadınların bu dini qəbul etməsi ilə bağlı sual səsləndirib.Azər Həsrət istinad etdiyi ayədə mömin cariyələrlə evlilik və bunun şərtləri ilə bağlı müddəalara diqqət çəkərək, mövzunu ictimai müzakirəyə çıxarıb.Əli...
13 Aprel 2026, 10:26
Yeganə Hacıyeva: Budapeşt seçkilərində tarixi yaddaşın siyasi təsiri
Politoloq Yeganə Hacıyeva Budapeştdə keçirilən seçkilərdən sonra yaranan siyasi ab-hava ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, seçkilərdən sonra Budapeşt metrosunda səslənən “ruszkik haza!” şüarları təkcə emosional ifadə deyil, Macar xalqının kollektiv yaddaşında dərin iz buraxmış tarixi hadisələrin yenidən siyasi diskursa qayıdışıdır.Politoloq qeyd edib ki, bu şüarın kökləri 1956-cı il Macar üsyanına gedib çıxır. Həmin il 23 oktyabrda başlayan və milli-azadlıq hərəkatına çevrilən etirazlar Sovet İttifaqının müdaxiləsi ilə 4 noyabrda yatırılıb və 11 noyabra qədər ölkədə müqavimət tamamilə dağıdılıb. Daha sonra Yanoş Kadar rejimi qurulub və Macarıstan uzun illər Moskvanın təsir dairəsində qalıb.Sovet qoşunları Macarıstanı 1991-ci ildə,...
13 Aprel 2026, 09:24
Asif Nərimanlı: Diplomatik müharibə başlayır
Politoloq Asif Nərimanlı İslamabadda keçirilən ABŞ–İran görüşü ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, nəticəsiz yekunlaşan İslamabad görüşü maksimalist tələblərlə çıxış edən ABŞ və İran üçün razılaşma yox, növbəti mərhələyə keçid imkanı qazanmaq məqsədi daşıyırdı.Politoloqun sözlərinə görə:Hər iki tərəf “sülhün yanında” olduğunu və anlaşılmazlığın günahkarının digər tərəf olduğunu nümayiş etdirdi; Danışıqları müharibə meydanında qələbəsinin nəticəsi kimi təqdim edən İran masada da üstünlük qazanmaq üçün mövqeyini qətiləşdirdi;ABŞ üçün bu görüş növbəti addımlarına – müxtəlif istiqamətlərdə təzyiq siyasətinə haqq qazandırmaq, hərbi müstəvidə mümkün yeni əməliyyatlarını legitimləşdirmək üçün lazımlı idi;A.Nərimanlı bundan sonra baş verə biləcək proseslərə də toxunub. O qeyd...
13 Aprel 2026, 09:23
Deputat: Azərbaycan–İran münasibətləri ortaq dəyərlər üzərində qurulub
Milli Məclisin deputatı Ceyhun Məmmədov sosial şəbəkə hesabında İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei ilə bağlı keçirilən anım mərasimi barədə paylaşım edib.Citypost.az xəbər verir ki, Deputat qeyd edib ki, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşkil olunan və Xameneinin vəfatının 40-cı gününə həsr edilən mərasimdə deputat həmkarları ilə birlikdə iştirak edib.Onun sözlərinə görə, bu cür mərasimlər xalqlar arasında qarşılıqlı hörmətin, insani və mənəvi dəyərlərin ifadəsi kimi mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, 40 mərasimi İslam dünyasında xüsusi məna kəsb edən və mərhumun xatirəsinin ehtiramla yad edildiyi önəmli ənənələrdən biridir.Azərbaycan ilə İranı yalnız coğrafi yaxınlıq deyil, eyni zamanda...
13 Aprel 2026, 09:00