Bizə yazın

Baku

-°C

USD

-

Vəkil Rəhim Xoyski: Bağışlanma ilə bağlı risklər artır, vəsiyyət tövsiyə olunur

Cəmiyyət 13 Aprel 2026, 11:48

399

Tanınmış vəkil Rəhim Xoyski son vaxtlar daşınmaz əmlakın bağışlanması ilə bağlı yaranan hüquqi problemlərə dair açıqlama verib.

Citypost.az xəbər verir ki, vəkil  bildirib ki, son üç ay ərzində 3 nəfər ona müraciət edərək övladına və ya nəvəsinə evlərini notarial bağışlanma yolu ilə keçirdikdən sonra evdən qovulduqlarını və nalayiq rəftara məruz qaldıqlarını iddia ediblər. Vəkilin sözlərinə görə, bu işlər hazırda hüquqi baxımdan mürəkkəb mərhələdə araşdırılır.

R.Xoyski qeyd edib ki, vətəndaşlar sağlıqlarında yeganə daşınmaz əmlaklarını bağışlamaqdan çəkinməlidirlər. Onun fikrincə, daha təhlükəsiz hüquqi mexanizm vəsiyyətin yazılmasıdır.Müraciət edən şəxslərin yaşı 65, 69 və 85-dir və bu yaşlarda hüquqi proseslərin yaratdığı çətinliklər daha ağır nəticələrə səbəb olur.

O, vətəndaşlara ehtiyatlı olmağı və etibar məsələlərini hüquqi baxımdan düzgün tənzimləməyi tövsiyə edib, baş verən halları isə “çox təəssüf doğuran vəziyyət” kimi qiymətləndirib.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Beyləqanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb 

Beyləqanda yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.Bu barədə Citypost.az Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Beyləqan rayonunun Dünyamalılar kəndində yerləşən fərdi sahibkar İsmayılzadə Elçin Cümşüd oğluna məxsus yanacaqdoldurma məntəqəsində plan üzrə yoxlama aparılıb.Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntu aşkarlanıb.Belə ki, yanacaqdoldurma məntəqəsində istismar olunan iki ədəd yanacaqsaxlama çəninin üzərində nəfəslik klapanının quraşdırılmadığı müəyyən edilib.Aşkar olunan pozuntunun dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, yanacaqdoldurma məntəqəsinin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntunun aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.Bununla yanaşı, texniki təhlükəsizliklə...

13 Aprel 2026, 13:12

Sabah bu yerlərdə yağış yağacaq 

Azərbaycanda aprelin 14-də havanın bəzi yerlərdə yağıntılı keçəcəyi gözlənilir.Citypost.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.Bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gündüz yağışda fasilə olacaq. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 8-10° isti, gündüz 14-17° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv olacağı ehtimalı var. Axşama doğru tədircən kəsiləcək. Bəzi yerlərdə arabir...

13 Aprel 2026, 13:00

Bakıda daha iki ərazidə yollar təmir edilib 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakıda daha iki ərazidə yolları təmir edib.Citypost.az bu barədə Agentliyə istinadən xəbər verir.Məlumata görə, təmir işləri ümumi hərəkətə minimum maneə yaratmaq üçün əsasən istirahət günlərində və gecə saatlarında həyata keçirilir. Növbəti təmir Heydər Əliyev prospektindən Babək prospektinə gedən yolötürücünün üzərində və Ziya Bünyadov prospektində ("Koroğlu" metro stansiyası istiqamətində) aparılıb.İşlər iki gecə ərzində, saat 23:00-dan səhər 07:00-a qədər icra olunub. Nəticədə vətəndaşlara minimum narahatlıq yaradılmaqla daha iki ərazidə rahat və təhlükəsiz hərəkət təmin edilib....

13 Aprel 2026, 12:52

DİM: 9 illik buraxılış imtahanlarının nəticələri 6 həftə sonra elan olunacaq 

2026-cı il aprelin 12-də keçirilən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında istifadə edilmiş qapalı və kodlaşdırma tələb edən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları elan edilib.Bu barədə Citypost.az-a DİM-dən məlumat verilib.Qeyd edilib ki, yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 6 həftədən sonra elan olunması nəzərdə tutulur.

13 Aprel 2026, 12:35

Pensiyalar sabah ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub.Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

13 Aprel 2026, 12:05

Balakəndə intensiv yağışlar fəsadlara səbəb olub 

Balakən rayonunda intensiv yağışlar fəsadlara səbəb olub.APA-nın Şimal-qərb bürosunun məlumatına görə, son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgənin yüksək dağlıq ərazilərində sulu qar və qar, düzənlik ərazilərinə isə intensiv yağışlar müşahidə olunur. Ötən gün axşam saatlarından başlayaraq Balakən və Zaqatala rayonlarına yağan intensiv yağışlar çaylarda suyun səviyyəsi artırıb. Leysan xarakterli yağışlar səbəbindən Balakənin Meşəşambul kəndində 30-a yaxın evin həyətyanı sahəsi yağış suları ilə dolub. Sakinlər yaranmış vəziyyətlə bağlı aidiyyəti qrumlara müraciət ediblər.Bölgədə qeyri-sabit hava şəraiti davam edir....

13 Aprel 2026, 11:33