Bizə yazın

Baku

-°C

USD

-

"Əməkdar mədəniyyət işçisi"nin "Əməkdar incəsənət xadimi" oğlu...  

Cəmiyyət 15 Aprel 2026, 10:27

318

Ramiz Mirzəyev- 80

Səksən ildir ki, yol gedir. Bu müddət ərzində səksənən vaxtları da olub, sakit, sevincli günləri də. Fəhlə də işləyib, "Azərbaycantelefilm"in direktoru vəzifəsində də çalışıb. Azərbaycan teatr, kino və televiziya rejissoru kimi ad qazanıb, məşhurluğun şirinliyini dadıb, hörmət də görüb. Hətta xidmətləri dövlət tərəfindən yüksək də qiymətləndirilib. Azərbaycan Respublikasının xalq artisti və Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb... 

Deyir ki:- “Yekə oğlan idim, 17-18 yaşım var idi. İstəyirdim ki, müstəqil adam olum, cibimdə pulum olsun, işim rahat olsun. Fəhlə işləyirdim. Gündüz işlədiyimə görə sənədlərimi axşam şöbəsinə verib mədəni-maarif fakültəsinə daxil oldum. Başladım oxumağa, sonra məlum oldu ki, daha doğrusu, institutdan dedilər ki, sən öz sahən üzrə çalışmalısan, gərək sənətinə uyğun ixtisas seçəsən. Belə olan halda, anam məni telestudiyaya- AzTV-yə gətirdi. 1966-cı il idi. Məni orada rejissor köməkçisi kimi işə götürdülər. Fikrət Qaradağlı o vaxt bizim baş rejissorumuz idi. Anam da televiziyaya dəvət olunan aktrisalardan idi və ona çox böyük sayğı, hörmət vardı, beləliklə, onun bir sözünü iki etmədilər, məni işə götürdülər. Mən üç ay gedib-gəldim, maaşsız-filansız işə alışdım. 1967-ci ilin yanvarın 2-də əmrim verildi və sənaye redaksiyasına rejissor köməkçisi vəzifəsinə təyin olundum. Bir müddət orada işləyəndən sonra Fikrət Qaradağlı dedi ki, sən sənətkar ailəsində böyümüsən, gəl, səni sənətlə bağlı olan redaksiyalara təhkim edim və məni incəsənət redaksiyasına göndərdi. O vaxt incəsənət redaksiyasında bizim rəhbərimiz Həbibə Məmmədxanlı və Gəray Fəzli idi. Biri ədəbiyyata baxırdı, biri də drama, teatra, televiziya tamaşalarına. Orada da nəhənglər var idi: rejissorlar Arif Babayev, Rauf Kazımovski, Ağaəli Dadaşov, Kamil Rüstəmbəyov və b.. Və bu peşə ilə məşğul ola-ola istər-istəməz bu sənətə bağlandım.”

Beləliklə o, rejissorluq sənətinin yolçusu oldu və bu gün ölkədə yaxşı tanınan mahir rejissorlardandır. Gənclik illərində arzuladığı kimi, artıq cibində pulu olan, müstəqil adamlardan biridir…

Haqqında söhbət açdığım Mirzəyev Ramiz Həsənağa oğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya gəlib. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası isə əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyev olublar. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutanda onun 2 yaşı vardı. Bir müddət valideynləri ilə birlikdə Gəncə şəhərində yaşayıblar. Sonra 1956-cı ildə Bakıya köçüblər. Ramiz Mirzəyev 1965-ci ildə orta məktəbi Bakıda bitirib, Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi kimi işləməyə başlayıb. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurub. O, Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" televiziya tamaşasından sonra populyarlıq qazanıb. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirib. Məşhur, bənzərsiz "Ac həriflər" televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa "Humay" mükafatına layiq görülüb...

“Mənim çox gözəl bir ideyam var idi. Amma onu şikəst elədilər. Mən düşünürdüm ki, Anarın “Ağ liman”ı, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”, “Macal”, “Dantenin yubileyi” əsasında səviyyəli bir serial çəkim. O, həm bizi o dövrə aparcaqdı, həm də 60-cı illərdən bir az da gələcəkdik bu yana, 70-ci illərə... Amma təəssüf ki, hər şey şikəst edildi…”- söyləyir.

Ramiz Mirzəyev 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar", "Generalın son əmri" tamaşalarına da quruluş verib. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülüb. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" bədii, tammetrajlı film çəkib. 1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir. 2019-cu ildən AzTv-də "Azərbaycantelefilm" Yaradıcılıq Birliyinin direktoru təyin edilib. Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür...

Ramiz Mirzəyev haqqında xeyli danışmaq olar, amma sözü verirəm dostlarına, şəyird və mütəxəsislərə. Çünki onlardan yaxşı heç kim onu xarakterizə edə bilməz...

Bəli, aprelin 14-ü Ramiz müəllimin 80 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, ağrı-acısız günlər arzulayıram. 

Elman Eldaroğlu

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Qalib Əsədov: Son 50 ildə ailə institutunun zəifləməsi diqqət çəkir

Nevropatoloq Qalib Əsədov son 50 ildə cəmiyyətdə baş verən sosial və ailə dəyişiklikləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, həkim bildirib ki, keçmişdə ailə və tayfa institutunun fərd üçün əsas dayaq olduğunu, insanların xəstəlik, qocalıq, ev tikintisi, iş qurmaq və digər sosial ehtiyaclarında bir-birinə daha sıx dəstək göstərdiyini qeyd edib. Onun sözlərinə görə, o dövrlərdə qonşuluq və qohumluq münasibətləri daha güclü olub və insanlar qarşılıqlı yardım prinsipinə daha çox əməl ediblər.Q.Əsədov qeyd edib ki, son 50 ildə ailə institutunun zəifləməsi və fərdiyyətçiliyin artması istiqamətində qlobal miqyasda ciddi dəyişikliklər baş verib. O, bu prosesdə media və ictimai təbliğatın da rol...

15 Aprel 2026, 11:25

Yasamalda yeni aşkarlanmış 31 abidə dövlət mühafizəsinə götürüləcək 

Bakı şəhəri, Yasamal rayonunda yerləşən 31 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi məqsədilə hazırlanmış qərar layihəsi müvafiq qurumlarla razılaşdırılaraq təsdiq olunması üçün aidiyyəti üzrə təqdim olunub.Citypost.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclasında bildirilib.İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsində olan 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub.Qeyd edək ki, 2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş...

15 Aprel 2026, 11:20

Fransada həbsdən azad edilən İran vətəndaşı ölkəsinə qayıdıb 

Fransada həbsdən azad edilən İran vətəndaşı və insan hüquqları fəalı Məhdiyə Esfəndiyari ölkəsinə qayıdıb.Bu barədə İran mediası məlumat yayıb.Qeyd edək ki, Esfəndiyari ötən il sosial şəbəkə hesabında HAMAS-a dəstək verməkdə ittiham olunaraq həbs edilib.Xatırladaq ki, Fransa Məhdiyə Esfəndiyarini İranda saxlanılan iki fransızın azadlığa buraxılması müqabilində azad edib və Paris Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini geri götürüb.İranda həbsdə olan Fransa vətəndaşları Sesil Kohler və Jak Paris isə azad edilərək ölkələrinə qaytarılıblar....

15 Aprel 2026, 11:10

Fərhad Mehdiyev: Bələdiyyə torpaqlarının alqı-satqısında hüquqi problemlər qalır

Hüquqşünas Fərhad Mehdiyev bələdiyyə torpaqlarının alqı-satqısı və sonrakı dövriyyəsi ilə bağlı mövcud hüquqi mexanizmlərdə ciddi problemlərin olduğunu bildirib.Citypost.az xəbər verir ki, hüquqşünas qeyd edib ki, bələdiyyə torpaqlarının etibarnamə əsasında “satışı” praktikada geniş yayılıb, lakin bu proses hüquqi baxımdan bir sıra risklər yaradır və tərəflərin hüquqlarının tam təmin olunmasına imkan vermir. Onun sözlərinə görə, bu vəziyyət mülki dövriyyənin sabitliyi və hüquqi etibar prinsiplərinə mənfi təsir göstərir.F.Mehdiyev vurğulayıb ki, bəzi hallarda illər əvvəl etibarnamə əsasında verilmiş torpaqlar sonradan mübahisə predmeti olur, hətta əvvəlki razılaşmaların ləğvi və ya əlavə ödəniş tələbləri kimi problemlər ortaya çıxır. Bu isə həm real sahiblər, həm də yeni...

15 Aprel 2026, 10:59

Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir 

Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını 15 iyul 2026-cı il tarixdən tədavülə buraxacaq.Bu barədə Citypost.az AMB-yə istinadən xəbər verir. Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini...

15 Aprel 2026, 10:53

Xaricdə təhsil üzrə sənəd qəbulu başlayıb 

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026-2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu 15 aprel 2026-cı il tarixindən açıq elan olunub.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyi məlumat verib.Bildirilib ki, sənəd qəbulu üçün son tarix 5 iyun 2026-cı il saat 18:00-dır."Nəzərinizə çatdıraq ki, 12 yanvar 2026-cı il tarixində Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub.Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.Müvafiq siyahıda yer...

15 Aprel 2026, 10:35