Rusiyanın süqutunu qaçılmaz edən beş şərt - Xəqani Cəfərli
Siyasət 28 Aprel 2026, 10:00
360
Rusiyanın süqutunu qaçılmaz edən çoxsaylı səbəblər olsa da, qənaətimcə əsas beş amil var. Rus xalqının tarixdə qurduğu digər iki imperiya, Rusiya İmperiyası və Sovet İttifaqı kimi Rusiya Federasiyası da militarist dövlətdir. Militarist dövlətlərin taleyini müəyyən edən ən əsas amil ordunun vəziyyəti və cəmiyyətdə orduya münasibətdir. Birinci dünya müharibəsində rus ordusunun fəlakətli itgiləri imperiyanın dağılmasını şərtləndirən əsas amil idi. Əfqanistanda uzun və yorucu müharibənin nəticəsiz bitməsi dərin iqtisadi böhran keçirən Sovet İttifaqının çöküşünü tətiklədi.
Ukraynaya qarşı cinayətkar müharibədə Rusiya ordusu çox ağır itgilər verərək sağalmaz yara alıb. Mediazona internet resursunun aprelin 24-nə olan məlumatına görə, BBC və könüllülər qrupu ilə birlikdə Ukraynaya qarşı cinayətkar müharibədə həlak olanlardan 213 858 nəfərinin adbaad kimliyini müəəyyən edə bilib. Açıq mənbələr üzərindən tərtib edilmiş siyahıda təbii ki, Rusiyanın Ukraynada itirdiyi əsgərlərin hamsıının adı yoxdur. Rusiya itgilərini gizli saxlayır və əsgər ölümləri barədə ictimaiyyətə məlumat verilmir. Buna görə də Mediazona qeyd edir ki, kimlikləri aşkara çıxarılanlar həlak olmuş hərbiçilərin təxminən yarısını təşkil edir. Mediazonanın bu məlumatı Ukraynaya qarşı cinayətkar müharibədə həlak olan Rusiya hərbiçilərinin sayının 415 mindən artıq olması haqqında Qərb kəşfiyyatının hesabatlarının gerçəklikləri əks etdirdiyini göstərir. Fəlakətli dərəcədə böyük itgi Rusiya ordusunun döyüş qabliyyətini itirməsinə səbəb olub.
Rusiya Müdafiə Nazirliyi və digər rəsmi qurumlar itgilər barəsində məlumat verməsələr də, internet əsrində hər şeyi sona kimi gizlətmək mümkün deyil. Rusiya cəmiyyəti də fəlakətli itgilərin miqyası barədə məlumatlandıqca cəmiyyətdə ordu ilə bağlı ruh düşkünlüyü dərinləşir. Bütün bunlara görə də rusiyalı ekspertlərin özləri belə Rusiyanın indiki vəziyyətini çar Rusiyasının 1916-cı ilin qışındakı vəziyyətinə bənzədiyini bildirirlər. Ordu müharibədə qalib gəlmək qüdrətində deyil və bu cəmiyyətə bəllidir.
Rusiyanın süqutunu qaçılmaz edən ikinci amil Putinə inamın itməsidir. İmperator II Nikolaya inamın itməsi çarı elitanın dəstəyindən məhrum elədi və bu monarxiyanın devrilməsi ilə nəticələndi. Sovet İttifaqının ilk və sonuncu prezidenti Mixail Qarbaçova qarşı etimadın itməsi “QKÇP qiyamı”nı (Dövlət Fövqəladə Vəziyyət Komitəsi) doğurdu. Bu isə hakimiyyət böhranı yaratdı və SSRİ dağıldı. Rusiya İmperiyasının və Sovet İttifaqının çöküşünün oxşar tərəfi ondan ibarətdir ki, hakimiyyət böhranı dövlətin çökməsini tətikləyir. İndi də Rusiya elitasında Putinə inam itib və bu hal hakimiyyət böhranını qaçılmaz edir. Hakimiyyət böhranı yaranan kimi Rusiya çökməyə başlayacaq. Onu da qeyd etmək yerinə düşər ki, Rusiyada mövcud olan avtoritar rejim mütləqiyyət rejimlərinin içərisində ən zəifidir. Monarxiya varlığını ilahi iradə, totlaitar rejim isə cəlbedici ideologiya ilə əsaslandırdığı üçün cəmiyyətin nəzərində bir şəxsin ətrafında formalaşmış avtoritar hakimiyyətdən daha çox ligitimliyə malikdir. Monarxiya və totalitar rejimlərdə böhranlı vəziyyətdə hakimiyyətin ligitim yolla ötürülməsi mexanizmi mövcud olsa da, avtoritar rejimdə belə mexanizm mövcud deyil.
Alman politoloqu, “Avtoritar İdarəetmənin İki Məntiqi” (The Two Logics of Autocratic Rule) əsərinin müəllifi Yohannes Gerşevski (Johannes Gerschewski) “Davamlılığın Üç Sütunu: Avtoritar Rejimlərdə Legitimlik, Repressiya və Kooptasiya" ((The Three Pillars of Stability: Legitimation, Repression, and Co-optation in Autocratic Regimes) əsərində qeyd etdiyi kimi rejimin mövcudluğu üçün ligitimlik həyati önəmə malikdir. Represiya şoddətlənsə də, kooptasiya, yəni resursların və imtiyazların bölüşdürülməsi yolu ilə elitaları sistemə inteqrasiya etmək qeyri-mümkündür.
Putinin müharibə cinayətkarı kimi mühakimə olunmasını bəyan etdikdən sonra psixiatrik xəstəxanaya salınan Z-bloqçu İlya Remeslo xəstəxanadan çıxdıqdan sonra yenə Putini hədəf alaraq onu ölkədəki bütün problemlərin tək səbəbi adlandırıb. Uzun illər rejimin təbliğatçılarından olmuş Remeslonun çıxışları təsdiq edir ki, Putinin avtoritar rejimi ligitimliyini itirib və mövcudluğunu uzun müddət davam etdirə bilməz.
Rusiyanın çöküşünü qaçılmaz edən üçüncü şərt iqtisadiyyatın çöküşüdür. Qərbin tətbiq etdiyi sanksiyaların nəticəsində Rusiya qlobal iqtisadiyyatdan önəmli şəkildə təcrid olunub. Sovet İttifaqının dağılmasından sonra sürətlə qlobal iqtisadiyyata intiqrasiya olunan Rusiya indiki təcrid vəziyyətində uzun müddət yaşaya bilməz. Nəhayət ki, sanksiyalar öz bəhrəsini verməyə başlayıb və Rusiya iqtisadiyyatı çökür. Bu çox geniş mövzu olsa da, oxucuları yormadan iki statistik məlumatla Rusiya iqtisadiyyatında vəziyyətin nə yerdə olduğunu göstərməyə çalışacağam.
Rusiyanın ən varlı subyektlərindən olan Leninqrad vilayətinin büdcəsində Ukraynaya qarşı müharibə iştirakçılarına ödənişlər etmək üçün 8.5 milyard rubl çatışmır. Digər bir məlumat isə ondan ibarətdir ki, maliyyə naziri Anton Siluanovun xəbərdarlıq etdiyi kimi əyalətlərin büdcə kəsirləri dəhşətli miqyas almağa başlayaraq 2 trilyon rubla çatıb. Aydın görünür ki, Rusiya büdcə kəsirləri dövlətin öz öhdəliklərini yerinə yetirməsinə imkan vermir.
Dövlətin öz üzərinə düşən vəzifələri yerinə yetirə bilməməsi isə Rusiyanın çöküşünü qaçılmaz edən dördüncü şərti doğurur. Bu idarəçiliyin pozulması və mərkəzdənqaçmadır. Dövlət öz öhdəliklərini yerinə yetirə bilmədiyi zaman əyalətlər özlərini xilas etmək üçün müstəqil davranmağa başlayırlar. Sovet İttifaqının son bir ilində baş verən hadisələr bunun bariz nümunəsidir.
Rusiyanın çöküşünü qaçılmaz edən beşinci şərt əlverişsiz beynəlxalq münasibətlərdir. Rusiyanın beynəlxalq müansibətdlərdən təcridi onun süqutunu qaçılmaz edən şərtlərin bəlkə də birincisidir. Rusiya son 300 ildə beynəlxalq münasibətlərin müəyyənedici dövlətlərindən biri və bəzən də birincisi olub. İndi isə, keçmiş əyalətlər belə Rusiya ilə adi məsləhətləşmələr aparmağa ehtiyac görmədən qlobal layihələrə imza atırlar. Beynəlxalq münasibətlərdən təcrid olunmağın nəticəsidir ki, Rusiya Suriyadakı ənənəvi təsir dairəsini qoruya bilmədiyi kimi, Nikolas Maduro və Seyyid Əli Xameneini ABŞ-dan qorumaqda aciz qaldı.
Kanadanın ingilisdilli National Post qəzetinin redaktoru və Atlantic Council-un baş elmi işçisi xanım Dayan Fransisin son məqalələrinin birində qeyd etdiyi kimi Rusiya artıq ölüm zonasındadır və imperiyanın süqutu qaçılmazdır.
21 may Azərbaycanda Şimal torpaqları (Dərbənd) günüdür. Ümid edirəm ki, bu mənhus tarixi sonuncu dəfə anacağıq. Rusiya imperiyası dağılacaq və Dərbənd başda olmaqla Şimal torpaqlarımız azadlığına qovuşaraq Azərbaycanla bütövləşəcək. Dərbənd Azərbaycanın iki müqəddəs şəhərindən biri, Azərbaycan xalqının vahid toplum kimi formalaşmasının və dövlətçiliyinin beşiyidir.
Dərbənd Azərbaycandır!
Xəqani Cəfərli
Politoloq
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Taleh Əliyev: ABŞ–İran danışıqları dalan vəziyyətindədir
Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev ABŞ–İran danışıqları ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, iki ölkə arasında aparılan danışıqlar prosesinin dalana dirənməsi fonunda nəticəsiz və səmərəsiz müzakirələrin davam etdirilməsi təəccüb doğurur. Onun sözlərinə görə, tərəflərin bu danışıqlardan konkret gözləntiləri sual altındadır.Taleh Əliyev qeyd edib ki, İran tərəfinin əsas məqsədi danışıqların ABŞ tərəfindən mümkün hərbi əməliyyatların bərpasına qədər uzadılması, bu müddətdə isə ordu birliklərinin yenidən komplektləşdirilməsi, raket və dron sistemlərinin döyüş hazırlığına gətirilməsi və ölkə daxilində sabitliyin təmin olunması üçün resursların maksimum səfərbər edilməsidir.Politoloqun sözlərinə görə, ABŞ tərəfi isə bu proses fonunda digər strateji öhdəliklərini...
28 Aprel 2026, 11:08
Siyasi şərhçi: İranda iqtisadi böhran və etiraz riski artır
Fikrət Fərəməzoğlu ABŞ və İsrail hücumlarından sonra İranın iqtisadi və siyasi vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında şərh yazıbCitypost.az xəbər verir ki, jurnalist bildirib ki, ilkin mərhələdə İran iqtisadiyyatına dəyən ziyanın 252 milyard dollar həcmində qiymətləndirildiyi, lakin yerli ekspertlərin bu rəqəmin iki dəfə arta biləcəyini proqnozlaşdırdığı qeyd olunur. Onun sözlərinə görə, ölkənin iri sənaye müəssisələrinin bir qismi bombardman nəticəsində ya tamamilə dağılıb, ya da ciddi zərər görüb və onların bərpası üçün ən azı bir neçə il vaxt tələb olunacaq.Tehran hökuməti isə bərpa işlərinin bir neçə ay ərzində yekunlaşdırılacağını iddia edir. Lakin onun sözlərinə görə, hazırda rejimi daha çox narahat edən...
28 Aprel 2026, 10:59
Sahib Alıyev: Regionda sülh və əməkdaşlıq yeni mərhələyə keçir
Millət vəkili Sahib Alıyev Azərbaycan–Ermənistan sülh prosesi və regionda baş verən geosiyasi dəyişikliklərlə bağlı şərh yazıbCitypost.az xəbər verir ki, Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasındakı sülh artıq keçmiş müharibədən fərqli olaraq konkret tarixlə məhdudlaşmayan davamlı bir prosesdir. Onun sözlərinə görə, bu prosesdə əsas mübarizə çox vaxt qarşı tərəflə deyil, onların arxasında duran və ya belə görünməyə çalışan qüvvələrlə aparılır.Mayın 5-də Ermənistanla Avropa İttifaqının sammiti regionda yeni bölücü xətlər yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər.Prosesin məqsədi yalnız Ermənistan daxilində siyasi proseslərə təsir göstərmək və Rusiyadan gələn təhdidlərin qarşısını almaq deyil.Millət vəkili əlavə edib ki, Avropa İttifaqı ilə dost və strateji tərəfdaş...
28 Aprel 2026, 10:53
Məhəmməd Əsədullazadə: Çexiya Azərbaycanın etibarlı tərəfdaşıdır
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Çexiya–Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Çexiya Avropada Azərbaycanın etibarlı tərəfdaşlarından biridir və iki ölkə arasında strateji əməkdaşlıq uzun müddətdir davam edir. Onun sözlərinə görə, tərəflər arasında formalaşmış konfidensial strateji tərəfdaşlıq münasibətləri illər ərzində qorunub saxlanılıb.Siyasi şərhçi qeyd edib ki, xüsusilə Ermənistan–Azərbaycan münaqişəsi dövründə Avropa ölkələrinin Azərbaycana silah satışı ilə bağlı tətbiq etdiyi embarqolara baxmayaraq, Çexiya Azərbaycanla sıx hərbi-texniki əməkdaşlıq həyata keçirib. Bu çərçivədə Azərbaycana “DANA” özüyeriyən artilleriya qurğuları və digər silahlar satılıb.Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu gün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək...
28 Aprel 2026, 10:26
Zaur Şükürov: Azərbaycan-Çexiya əməkdaşlığı yeni mərhələdir
Azərbaycan və Çexiya arasındakı siyasi, ticari-iqtisadi və humanitar münasibətlər 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əsasında hər iki ölkənin maraqlarına uyğun şəkildə davamlı inkişaf etməkdədir. Əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə alaraq, qeyd edilməlidir ki, Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərlə münasibətlər yeni bir strateji mərhələyə qədəm qoymuşdur. Bu səfər sadəcə iki ölkə arasındakı siyasi dialoqun intensivliyini deyil, həm də siyasi, iqtisadi, energetika və müdafiə sənayesi sahələrində əməkdaşlığın keyfiyyətcə yeni, çoxşaxəli bir müstəviyə keçməsi üçün tətəflərin...
28 Aprel 2026, 09:18
CNN: ABŞ və İran münaqişədən əvvəlki status-kvoya qayıtmağı müzakirə edir
İran və ABŞ arasında potensial sülh razılaşmasının birinci mərhələsi münaqişədən əvvəlki status-kvoya qayıtmaq ola bilər."Report"un xəbərinə görə, bu barədə CNN məlumat yayıb.Telekanalın məlumatına görə, danışıqların ikinci mərhələsinin olmamasına baxmayaraq, tərəflərin mövqeləri göründüyü qədər uzaq deyil. Mənbələr iddia edirlər ki, mərhələli həllə yönəlmiş aktiv pərdəarxası diplomatiya davam edir.İlk addım Hörmüz boğazından sərbəst keçidin bərpası və eskalasiyadan əvvəlki əvvəlki mövqelərə qayıtmaq hesab olunur. Məlumata görə, İranın nüvə proqramı məsələsinin müzakirəsi sonrakı mərhələdə planlaşdırılır.Həmçinin qeyd olunur ki, vasitəçilər tərəflərə razılığa gəlmək üçün təzyiq göstərirlər və qarşıdakı günlər danışıqlar prosesi üçün həlledici ola bilər....
28 Aprel 2026, 09:18