Bizə yazın

Baku

-°C

USD

-

FHN Oğuzda kompleks mülki müdafiə təlimi keçirdi

Cəmiyyət 28 Aprel 2026, 10:57

329

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı ilə Oğuz rayonunda “İrimiqyaslı fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda kompleks mülki müdafiə təlimi keçirilib.

Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, təlimdə FHN Şimal-qərb Regional Mərkəzinin (RM) rəisi polkovnik Ceyhun Babayev, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov, FHN-in aidiyyəti yerli strukturlarının nümayəndələri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Fövqəladə Hallar Komissiyası, İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı, idarə, müəssisə və təşkilatların rəhbərləri və mülki müdafiə sahəsində cavabdeh şəxslər, mülki müdafiə xidmətləri, ərazi və obyekt mülki müdafiə dəstələri iştirak ediblər.

Əvvəlcə, Oğuz rayonunda təlim üçün nəzərdə tutulmuş qərargahda müşavirə keçirilib.

Müşavirədə çıxış edən Şimal-qərb RM-in rəisi polkovnik Ceyhun Babayev mülki müdafiə tədbirlərinin icra vəziyyətindən danışaraq, bu sahədə idarəetmə orqanlarının qarşılıqlı fəaliyyətinin vacibliyini önə çəkib, fövqəladə halların nəticələrinin aradan qaldırılması istiqamətində qarşılıqlı fəaliyyətin əhəmiyyətindən bəhs edib.

Müşavirədə çıxış edən Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Cavid Əbdul-Qədirov təlimin vacibliyindən danışaraq, mülki müdafiə sahəsində qurumların birgə fəaliyyətinin və əməkdaşlığının əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını diqqətə çatdırıb.

Sonra kompleks mülki müdafiə təliminə start verilib.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı əhalinin və ərazilərin mühafizəsinin təşkili üçün mülki müdafiə tədbirlərinin effektli səviyyədə yerinə yetirilməsinin təmin edilməsi, mülki müdafiə qüvvələrinin idarə olunması ilə bağlı vaxtında və düzgün qərarların qəbul edilməsi, həmçinin xilasetmə işlərinin təşkili və aparılması üzrə şəxsi heyətin əməli vərdişlərinin daha da artırılmasından ibarət olub. Bununla yanaşı, təlim keçirilərkən əsas diqqət komandir-rəis heyətinin idarəetmə bacarıqlarının və mülki müdafiə dəstələrinin şəxsi heyətinin peşəkarlıq səviyyəsinin artırılmasına, Fövqəladə Hallar Nazirliyinin qüvvələri ilə hərbiləşdirilməmiş mülki müdafiə dəstələri arasında qarşılıqlı fəaliyyətin və əməliyyat qərargahının işinin təşkili, xilasetmə və digər təxirəsalınmaz tədbirlərin aparılması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət olunmasına yönəldilib.

Təlim zamanı rayonun mülki müdafiə qüvvələri tərəfindən şərti olaraq fövqəladə hal baş vermiş ərazidə kəşfiyyatın aparılması, ərazinin mühafizəsi, əraziyə giriş-çıxışın məhdudlaşdırılması, yanğınların söndürülməsi, partlayış baş vermiş obyektdə axtarış-xilasetmə işləri həyata keçirilib. Eyni zamanda, zərərçəkmişlərə ilkin tibbi yardımın göstərilməsi, kommunal-enerji sistemlərində qəzaların nəticələrinin aradan qaldırılması, epidemiya və epizootiyaya qarşı mühafizə işlərinin reallaşdırılması, insanların təhlükəsiz ərazilərə köçürülməsi və onların zəruri həyat təminatlarının təşkil edildiyi çadır şəhərciyində müvəqqəti olaraq yerləşdirilməsi tədbirləri simulyasiya edilib.

Kompleks mülki müdafiə təliminə ümumilikdə 254 nəfərdən ibarət şəxsi heyət və 41 ədəd texnika cəlb edilib. Tədbirin gedişində FHN qüvvələri, rayonun mülki müdafiə dəstələri və xidmətlərinin qarşılıqlı fəaliyyəti yüksək səviyyədə təşkil edilməklə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” — Ramidə Allahverdiyeva YAZIR

Bu, ulu öndər Heydər Əliyevin şərəfli peşə sahibləri müəllimlərə verdiyi qiymətdir. Azərbaycan cəmiyyətində də son dövrə kimi münasibət eynən belə olub. İnsanlar övladlarına təhsil verən  müəllimlərə qarşı hörmət və ehtiramla davranıb. Bəs, nə oldu, niyə fikirlər düşüncələr dəyişdi ki, münasibət də bu səviyyəyə gəldi?Artıq ictimaiyyətlə məktəb arasındakı bağlar qırılmağa, müəllim-şagird münasibətləri çat verməyə başladı.Əlbəttə ki,  onu da nəzərə almalıyıq ki, məktəb təhsil verir, tərbiyə yox. Tərbiyəni ailə verir, məktəb isə onu daha da genişlındirib, düzgün istiqamətə yönəldir.Əgər, bir uşağın bünövrəsi möhkəm təməllər üzərində qurulmayıbsa,  burada məktəb və ona təhsil verən müəllimlər aciz tərəf kimi əhəmiyyətini itirir. Əbəs yerə deməyiblər, “uşaq...

28 Aprel 2026, 12:10

Prezident sel və daşqınların təhlükəli və zərərli təsirləri ilə mübarizə üçün 85 mln. manat vəsait ayırıb 

Prezident İlham Əliyev sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.Citypost.az-ın xəbərinə görə, Sərəncamda bildirilir ki, cari ilin mart–aprel ayları ərzində güclü leysan yağışları və yaranan sel suları Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində ciddi dağıntılara səbəb olmuş, kənd təsərrüfatına, infrastruktur (yol, körpü, elektrik) obyektlərinə və yaşayış evlərinə ciddi ziyan vurmuşdur. Aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən mövcud vəziyyətin təhlili aparılaraq, operativ və təxirəsalınmaz tədbirlər nəticəsində fəsadların aradan qaldırılması istiqamətində əməli işlər görülmüş, su basmış ərazilərdən suların çəkilməsi, sel və daşqın sularının maneəsiz ötürülməsi, əhalinin təxliyəsi və təhlükəsizliyi təmin edilmiş, infrastrukturun bərpası və...

28 Aprel 2026, 12:05

ASCO-nun "Zərifə Əliyeva" gəmi-bərəsi indiyə qədər 681 səfər həyata keçirib 

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə "Bakı Gəmiqayırma Zavodu" MMC-nin inşa etdiyi RoPax tipli "Zərifə Əliyeva" gəmi-bərəsi istismarda olduğu 4 il ərzində 681 səfər həyata keçirib.Citypost.az  səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu səfərlər çərçivəsində 427 vaqon, 2 439 minik avtomobili, 25 226 yük avtomobili (TIR) və 23 330 sərnişin daşınıb.Daşımalar Aktau–Ələt, Ələt–Aktau, Türkmənbaşı–Ələt, Ələt–Türkmənbaşı, Kurık–Ələt və Ələt–Kurık istiqamətləri üzrə həyata keçirilib.Uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü 7,5 metr olan gəmi-bərə 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili daşımaq imkanına malikdir."Zərifə Əliyeva" gəmi-bərəsi Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsi...

28 Aprel 2026, 11:34

Soydaşlarımız Ukraynada həlak oldu

Rusiya-Ukrayna müharibəsində daha 2 azərbaycanlı həlak olub.Modern.az-ın əldə etdiyi məlumata görə, Rusiya ordusu sıralarında müharibəyə qoşulmuş Zərgərov Ramin Nadir oğlu (1980-ci il) və Muradov Kamil Zirəddin oğlu (1991-ci il) döyüşlərdə həlak olub.Onların Ukraynanın Xarkov vilayətində gedən döyüş əməliyyatlarında həyatlarını itirdikləri bildirilir.Xatırladaq ki, 2022-ci il fevralın 24-də başlayan Rusiya-Ukrayna müharibəsində ötən dövr ərzində yüzlərlə soydaşımız həlak olub ya da itkin düşüb.

28 Aprel 2026, 11:32

Səhiyyə nazirliyinin rəhbər heyəti Zərifə Əliyevanın məzarını ziyarət edib 

Səhiyyə naziri Teymur Musayev və nazirliyin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.Citypost.az xəbər verir ki, ziyarət zamanı Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarları önünə gül dəstələri qoyulub.Zərifə xanım Əliyevanın anadan olmasından 103 ili münasibətilə əziz xatirəsi ehtiramla yad edilib.Həmçinin, ziyarət zamanı görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin, istedadlı həkim Tamerlan Əliyevin məzarları üzərinə də tər çiçəklər qoyulub....

28 Aprel 2026, 11:21

Faktiki hava açıqlanıb 

Aprelin 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Citypoost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 19, Şabranda 16 m/s-yə çatır.Düşən yağıntının miqdarı Şahbuzda 12, Qrızda 9, Xınalıqda 8, Ordubad, Tərtərdə 3, Göygöl, Şamaxı, Astara, Ağdam, Culfa, Naxçıvanda 2, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Quba, Qusar, Xaçmaz, Qəbələ, Oğuz, İsmayıllı, Şəki, Xaltan, Şabran, Bərdə, Yevlax, Göyçay, Mingəçevir, Kürdəmir, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.Şuşa, Xankəndi, Qrız, Lerikdə duman müşahidə...

28 Aprel 2026, 10:51