“Ukraynaya Ulu öndər Heydər Əliyev siyasəti gərəkdir...” – ZAHİD ORUC
Cəmiyyət 28 Aprel 2026, 18:48
457
Ukrayna Prezidentinin ölkəmizə səfəri dünya mediasında, o cümləədn keçmiş sovet məkanı informasiya kanallarında geniş təhlillərə və şərhlərə səbəb oldu.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ukraynalı liderin səfərinin səbəbləri və nəticələri ilə bağlı CİtyPost.az-ın sualını belə şərh edib:
“Ölkəmizin son illərdə formalaşdırdığı yeni geosiyasi arxitektura - regionda yaratdığı qalib hərbi-siyasi reallıq və artan diplomatik rol Volodimir Zelenskinin Azərbaycana səfərinin mühüm səbəblərindən biridir. Qarabağın geri qaytarılması, torpaqlarımızın işğaldan azad olunması təkcə hərbi uğur deyil, uzun illər aparılan düşünülmüş siyasətin, iqtisadi güclənmənin və milli iradənin nəticəsidir.
Vətən müharibəsində əldə olunan qalibiyyət Cənubi Qafqazda yeni siyasi və təhlükəsizlik çağırışları formalaşdırdı. İndi regionumuz 90-cı illərdəki kimi deyil, güc balansı dəyişib, təşəbbüs tamamilə ölkəmizin tərəfinə keçib və yaxın-uzaq dövlətlər üçün Bakı cazibə mərkəzinə çevrilib.
Biz eyni vaxtda müxtəlif güc mərkəzləri ilə bərabərhüquqlu və balanslı işləməyi bacarırıq. Bir tərəfdən, Rusiya ilə münasibətlərimizi suverenlik və qarşılıqlı hörmət çərçivəsində qururuq, təzyiq və diqtə imperativləri, hegemoniya leksikonunu qəbul etmirik, digər tərəfdən, Türkiyə ilə strateji müttəfiqliyimizi daha da gücləndiririk. Qardaşlıq münasibətləri təkcə hərbi sahədə deyil, iqtisadiyyat, enerji və təhlükəsizlik sahələrində yeni səviyyəyə qalxıb.
Eyni zamanda, Azərbaycan İsrail ilə əməkdaşlığını davam etdirir, texnologiya və təhlükəsizlik sahələrində qarşılıqlı faydalı əlaqələr qurur. Digər qonşumuz İranla isə mürəkkəb, lakin idarə olunan münasibətlər modeli qorunub saxlanır və Körfəz ölkələrindən fərqli olaraq, Azərbaycan Qərbin hərbi infrasrukturunu regiona daşımır. Yəni, Azərbaycan NATO, yaxud Kollektiv TMT-nin üzvü deyil, bloklara qoşulmama siyasəti yürüdür, müxtəlif güclər arasında tarazlıq yaradan müstəqil aktordur.
Məhz çoxvektorlu siyasət ölkəmizin beynəlxalq aləmdə diplomatik paytaxt statusunu daha da gücləndirməyə imkan verir. Bakı artıq təkcə regional mərkəz deyil, müxtəlif tərəflərin vasitəçilik üçün müraciət etdiyi platformalardan biridir. Vaxtilə NATO-Rusiya, ABŞ-Rusiya yüksək çinli generalları, daha sonra Türkiyə-İsrail siyasi nümayəndə heyətlərinin Bakıda görüşməsi təsadüfi deyildi, ölkəmizin etibarlı, təhlükəsiz və balanslı məkan kimi qəbul edilməsinin nəticəsi idi. Söhbət klassik mənada “qlobal vasitəçi mərkəz” olmaqdan, Cenevrə və Vyanaya çevrilməkdən gedir, çünki “dialoq üçün uyğun platforma” statusunu qazanmışıq. Bu isə gələcək üçün çox ciddi potensial deməkdir.
Mürəkkəb geosiyasi şəraitdə belə platformalara ehtiyac getdikcə artır. 21-ci əsrin tək qalib ölkəsi kimi, son iki əsrlik savaşı qazandığımız bir vaxtda ətrafımızda iki qlobal toqquşmadan qorumaq o qədər də asan deyil.
Lakin Ukrayna Prezidentinin Azərbaycana səfəri təsadüfi deyil, yalnız iki dövlətin mənafelərini əhatə etməyib, dünya təhlükəsizliyi üçün əhəmiyyət daşıyır. 4 ildən artıqdır Rusiyanın hücumlarına məruz qalan bir ölkə ağır humanitar, iqtisadi və hərbi vəziyyətdədir, müxtəlif istiqamətlərdə Moskva ilə, nəhayət, anlaşmağa diplomatik kanallar axtarır. İndi dünyada yalnız balanslı siyasətlə böyük güclər arasında tarazlıq yaratmaq yetərli deyil, çevik siyasətlə bir tərəfdən aktiv oyunqurucu dövlət olmağı bacarmalısan, digər yandan risqlərin bölüşdürülməsi yollarını tapmalısan.
Zelenskinin açıq mətnlə dediyi kimi, bir çox dövlətlərdən fərqli olaraq, Azərbaycan ən ağır şərtlər altında - işğal dövründə də Ukraynanın ərazi bütövlüyünü prinsipial şəkildə müdafiə edib, lakin Moskva əleyhinə bloklara da qoşulmayıb - forpost olmayıb, regionda anti-Moskva cəbhəsi açmayıb, ona görə də rəsmi Kiyev Bakını Türkiyə qədər danışıqlar üçün alternativ məkan sayır.
Əlbəttə, Ukrayna rəhbərinin məlum açıqlamasından keçən 5 gün ərzində Rusiya ilə danışıqlar məsələsi ətrafında müxtəlif spekulyasiyalar aparılsa da, Kremlə yaxın bəzi media və parlament təmsilçilərinin bunu “blef” kimi qiymətləndirməsinə baxmayaraq, Azərbaycana qarşı açıq mənfi münasibət faktiki olaraq, müşahidə olunmur. Göründüyü kimi, rəsmi Bakının neytral və etibarlı tərəf kimi qəbul olunması şübhə doğurmur.
Həmçinin oxuyun
Əgər Azərbaycan potensial olaraq, Rusiya–Ukrayna danışıqları üçün məkan kimi seçilərsə, prosesin məhz sülh istiqamətində irəli aparılmasına qadirdir. Çünki Azərbaycan hər iki tərəfə sözünü deyə bilən nadir dövlətdir, gizli geosiyasi oyun aparmır və risqləri real qiymətləndirir.
Digər tərəfdən, bəzi regional nümunələr göstərir ki, vasitəçi olmaq üçün yalnız iddia kifayət etmir - tərəflər üzərində etimad və təsir imkanları lazımdır. Azərbaycan isə həm Moskva, həm də Kiyevlə eyni məsafədə dayanaraq, öz mövqelərini təqdim etmək imkanına malikdir. Məsələn, İran tərəfi ABŞ ilə danışıqlar prosesinin sonunda Pakistanı onda ittiham etdi ki, Trampa İranın sözünü deyə bilmir, lakin Azərbaycan Moksva və Kiyevə 4 illik savaşın bitməsi üçün strateji baxışlarını təqdim edə bilər...
Üstəlik, Azərbaycanın Türkiyə və ABŞ ilə yüksək səviyyəli münasibətləri danışıqların beynəlxalq dəstək qazanmasına əlavə zəmin yaradır. Nəhayət, Qarabağ Zəfərindən sonra sülh üçün ən yaxşı dialoq və barış məkanı məhz Bakıdır - regionda formalaşan yeni reallıq fonunda Azərbaycanın iki əsrlik düşmənçiliyə son qoymaq iradəsi və formulu digər qlobal müharibələr üçün də real və praktik nümunə kimi çıxış edə bilər.
Müasir beynəlxalq münasibətlər sistemi bizə bir daha göstərir ki, dövlətlərin üzləşdiyi əsas risklərdən biri onların böyük geosiyasi qarşıdurma zonasına düşməsidir. Ukraynanın yaşadığı mürəkkəb vəziyyət - milyonlarla insan öz yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb, insan itkiləri yüz minlərlə ölçülür, ölkənin iqtisadi və sosial infrastrukturu isə böyük dağıntılara məruz qalıb - risklərin real nəticələrini nümayiş etdirir.
Eyni zamanda, münaqişə şəraitində təqdim olunan geniş maliyyə vəsaitləri və dəstək paketləri qısamüddətli sabitləşdirici rol oynasa da, uzunmüddətli perspektivdə əlavə iqtisadi öhdəliklər və borc yükü yarada bilir.
Hər bir ölkə üçün prioritet məsələlərdən biri milli maraqları qorumaqla yanaşı, özünü qlobal toqquşmaların mərkəzinə çevrilməkdən qorumaqdır. Azərbaycanın dövlətçilik təcrübəsi böyük dövlətçilik tarixi olan Kiyev üçün əvəzsiz nümunələr təqdim edir. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasi kurs mürəkkəb geosiyasi şəraitdə çoxvektorlu diplomatiyanın və milli maraqların necə qorunmasının bənzərsiz nümunəsidir. Ukraynaya Ulu öndər Heydər Əliyev siyasəti gərəkdir.
50-dən artıq dövlətin fəal hərbi-maliyyə və humanitar yardımına baxmayaraq. Son olaraq, 90 milyard avroluq kreditin verilməsi fonunda Ukrayna gündəlik qaydada dağıntılara məruz qalır. Nəhayət, savaşın durudurulması yolunu tapmağı düşünmək müharibəni davam etdirmək qərarından üstün olmalıdır.
Eyni zamanda, regionumuzda İran ətrafında formalaşan gərginlik münasibətlərin əhəmiyyətini daha da artırır. Yaxın Şərq, Körfəz ölkələri və İran amili təkcə regional deyil, qlobal gərginliyin yerləşdiyimiz yaxın 300 km-lik zolaqda hansı təhlükələrin mövcud olduğunu göstərir. Azərbaycan savaş zolağında deyil, əksinə müxtəlif tərəflərlə dialoq saxlaya bilən nadir aktorlardandır.
Ukrayna rəhbərinin ölkəmizlə əlaqələrə xüsusi önəm verməsi və Kiyevin İranla münasibətlərindəki düşmənçilik çağırışları Zelenskinin Yaxın Şərqlə bərabər, Türkiyə-Azərbaycan trekini aktiv qorumağa məcbur edir. Gözlənilən sülh müqaviləsi hər bir müharibə aparan tərəf üçün əvəzsiz nümunədir.
Qlobal təhlükəsizlik böhranı Qarabağ Qələbəsinə əsaslanıb yenidən formalaşdırmaq mümkündür".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Braziliyada “Azərbaycan Mədəniyyət Günü” keçirildi
Braziliyanın Laqo Sul şəhərində Azərbaycan zəngin mədəni irsinin tanıdılması məqsədilə "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib.Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.Tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Braziliya Beynəlxalq Münasibətlər üzrə Jurnalistlər Assosiasiyasının prezidenti, jurnalist Fabiana Ceyhanın təşkilatçılığı ilə baş tutub.Tədbirdə Azərbaycanın qədim və zəngin mədəniyyətini əks etdirən milli musiqilər, rəqslər, ənənəvi geyimlər və xalq sənəti nümunələri geniş şəkildə nümayiş olunub. Ölkəmizin mədəni irsinin dərin tarixi köklərə malik olduğu və bu gün də beynəlxalq səviyyədə tanındığı xüsusi vurğulanıb.Bundan əlavə, milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulub, iştirakçılar aşpaz Halil Ceyhanın hazırladığı Azərbaycan mətbəxinin ləziz təamlarına...
28 Aprel 2026, 17:45
Prezident Kitabxanasında akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümü qeyd edilib
Aprelin 28-də Prezident Kitabxanasında Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.Prezident Kitabxanasından Citypost.az-a bildirilib ki, tədbirdə tanınmış elm və mədəniyyət xadimləri, dövlət rəsmiləri və akademikin ailə üzvləri iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib. Direktor çıxışında Zərifə xanımı minlərlə insanın qaranlıq dünyasına nur bəxş edən şəxsiyyət kimi səciyyələndirib. O, həmçinin qeyd edib ki, Zərifə xanım təkcə böyük alim deyil, həm də örnək bir ana və sadiq ömür-gün yoldaşı kimi xalqımızın yaddaşında əbədi iz qoyub.Daha...
28 Aprel 2026, 17:36
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunlarının komandanı ilə görüşüb
Aprelin 28-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Müdafiə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət olunub. Ulu Öndərin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Təntənəli qarşılanma mərasimində komandanlar fəxri qarovul dəstəsinin önündən keçiblər. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.Görüşdə ölkəmizin Türkiyə ilə hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və gələcəkdə daha da genişləndirilməsi haqqında ətraflı fikir mübadiləsi aparılıb.Tərəflər hər iki qardaş ölkənin müvafiq qoşun növü mənsublarının peşəkarlığının,...
28 Aprel 2026, 17:20
89 yaşlı ağsaqqal 5 nəfəri güllələdi
Yunanıstanda 89 yaşlı kişi Sosial Sığorta Fondunda (EFKA) və Afina Apelyasiya Məhkəməsində ov tüfəngi ilə beş nəfəri yaralayıb.Modern.az xəbər verir ki, bu barədə "ERT-news" məlumat yayıb. Xəbər kanalının məlumatına görə, kişi əvvəlcə Afinanın Petralona məhəlləsindəki EFKA binasına daxil olub. Şahidlərin sözlərinə görə, o, dördüncü mərtəbəyə qalxıb və tavana atəş açıb, güllə işçinin ayağına dəyib.Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Həkimlər onun yarasının həyati təhlükə yaratmadığını bildiriblər.Daha sonra eyni kişi Afina Apelyasiya Məhkəməsində dördüncü mərtəbəyə qalxaraq 4 qadın məhkəmə katibini güllələyib. O, bundan sonra ov tüfəngini hadisə yerində qoyaraq qaçıb. Hadisənin motivi hələlik məlum deyil.Kanalın məlumatına görə, şübhəli əvvəllər psixiatrik klinikada müalicə alan...
28 Aprel 2026, 17:19
Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək
Mədəniyyət sahəsində qrantların verilməsinə dair xüsusi qayda müəyyənləşəcək, QHT-lərlə bərabər digər hüquqi və fiziki şəxslərə də qrant ayrılacaq.Citypost.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mədəniyyət haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.Qanuna əsasən, mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirmə məqsədilə “Qrant haqqında” qanuna uyğun olaraq həyata keçiriləcək.Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək....
28 Aprel 2026, 17:18
Rövşən Rzayev vətəndaşları qəbul etdi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib.Bu barədə Citypost.az-a Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş...
28 Aprel 2026, 17:00