Vüqar Rəhimzadə: Azərbaycan-Çexiya münasibətləri möhkəm təməllərə və ortaq maraqlara əsaslanır
Siyasət 28 Aprel 2026, 17:10
570
Xarici siyasət uğurlarımızdan bəhs edərkən Azərbaycanın əməkdaşlıq məkanı kimi möhkəmlənən mövqeyi, qarşılıqlı səfərlər fonunda artan nüfuzu xüsusi vurğulanır. Buna əmin olmaq üçün təkcə çari ilin ötən dövründə paytaxt Bakımızın ev sahibliyi etdiyi tədbirlərin, həmçinin bu və ya digər ölkələrin dövlət və hökumət başçılarının Azərbaycana davamlı səfərlərinə diqqət yetirmək kifayətdir. Bu, ölkəmizin beynəlxalq arenada artan nüfuzunun, Prezident İlham Əliyevə göstərilən böyük etimadın nümayişidir. Bu reallıq hər zaman böyük qürur hissi ilə qeyd olunur ki, əgər əvvəlki illərdə Azərbaycan reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılması üçün bu və ya digər ölkələrə səfərlər edilirdisə, bu gün Azərbaycanın müxtəlif mövzuda beynəlxalq tədbirlərə ev sahibliyi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına geniş imkanlar yaradır. Azərbaycanın sabit, təhlükəsiz, bugünün mühüm reallığı olan sülh şəraitində yaşayan ölkə kimi tanınması xarici siyasət uğurlarımıza mütəmadi yeniliklər əlavə edir. Bu baxımdan tarixi Zəfərimizdən sonra əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsi diqqətdən kənarda qalmır.
Bu gün diqqəti çəkən mühüm məqamlardan biri də artıq bu və ya digər ölkələrin dövlət və hökumət başçılarının paytaxt Bakı ilə yanaşı, regionlarımızda, o cümlədən işğaldan azad edilmiş ərazilərimizdə qarşılanması, beynəlxalq tədbirlərin bu məkanlarda keçirilməsidir. Bu baxımdan Prezident İlham Əliyevin ukraynalı həmkarı Volodimir Zelenskindən sonra Çex Respublikasının Baş naziri Andrey Babişi Qəbələdə qarşılaması xüsusilə diqqət çəkir. Bu, regionların diplomatik mərkəz kimi artan rolunun təqdimatıdır. Ötən il Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün də Qəbələdə keçirilməsi bu şəhərin strateji əhəmiyyətini artırıb. Bu isə o deməkdir ki, Qəbələ artıq Bakı və Şuşa ilə yanaşı, Azərbaycanın yeni diplomatik-siyasi mərkəzi kimi formalaşır. Dövlət başçısı İlham Əliyev Çex Respublikasının Baş naziri Andrey Babişin iştirakı ilə Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumundakı çıxışında bildirdi ki, bugünkü forum təkcə Azərbaycanın deyil, daha geniş coğrafiyanın qədim parçası olan bir yerdə keçirilir. Qəbələ əsrlər boyu qədim Qafqaz Albaniyası dövlətinin paytaxtı olub. Bu gün deyərdim ki, Azərbaycanın turizm paytaxtıdır. Çex Respublikasının Baş naziri Andrey Babiş isə öz növbəsində qeyd etdi ki, ən dinamik ölkələrdən biri olan Odlar diyarı Azərbaycanla əlaqələrin gücləndirilməsinə və yeni üfüqlərin kəşfinə həsr olunmuş Çexiya-Azərbaycan biznes-forumu üçün burada, Qəbələdə olmaqdan böyük şərəf hissi duyuram.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Citypost.az-a açıqlamasında bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, ölkələrimiz arasında əməkdaşlıq dərin və möhkəm təməllərə söykənir. Bu münasibətlər strateji tərəfdaşlıq, siyasi, iqtisadi və mədəni sahələrdə uzun illərdir uğurla inkişaf edir. Çex Respublikası Azərbaycanın müstəqilliyini 1992-ci ilin yanvarında tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarında qurulub. Azərbaycanın Çexiyadakı səfirliyi 2005-ci ildə, Çexiyanın Azərbaycandakı səfirliyi isə 2019-cu ildə təsis edilib. Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı Sərəncam ilə Azərbaycanın Çex Respublikasının Karlovı Varı şəhərində fəxri konsulu təyin edilib. “Azərbaycan Respublikası Hökuməti və Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya” 2011-ci ildə yaradılıb. 2015-ci ildə isə Bakıda “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Azərbaycan Çex Respublikası ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir. Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin dinamikliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.
Vüqar Rəhimzadə vurğulayıb ki, qarşılıqlı səfərlər münasibətlərdə yeni səhifə açır. Hər dövrün çağırışlarına uyğun olaraq müzakirələrin aparılması, yeni istiqamətlər üzrə əməkdaşlığın müəyyənləşdirilməsi, sənədlərin imzalanması əlaqələrin gələcək inkişafı üçün yol xəritəsi rolunu oynayır. Prezident İlham Əliyevin Qəbələdə Çex Respublikasının Baş naziri Andrey Babiş ilə keçirdiyi təkbətək və geniş tərkibdə görüşlərdə, liderlərin mətbuata birgə bəyanatlarında ənənəvi sahələrlə yanaşı, yeni istiqamətlərdə də əlaqələrin qurulması geniş müzakirə edildi. Prezident İlham Əliyev vurğuladı ki, əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir. Burada da uzun illər ərzində Çexiya və Azərbaycan çox etibarlı tərəfdaşlardır. Azərbaycan nefti Çexiyaya ixrac edilir və Çexiyanın enerji balansında önəmli yer tutur. Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir. Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10-u Avropa İttifaqının üzvüdür. O cümlədən Azərbaycan Çexiyaya qonşu olan ölkələrə təbii qaz ixrac edir. Dövlətimizin başçısı İlham Əliyev Azərbaycan-Çexiya biznes-forumunda onu da əlavə etdi ki, biz Azərbaycanda böyük potensialı olan bərpaolunan enerji sahəsini fəal şəkildə inkişaf etdiririk. Planımız 2032-ci ilə qədər Günəş, külək və hidroelektrik enerjidən 8 giqavat əldə etməkdir və bu, təkcə planlara yox, artıq imzalanmış müqavilələrə əsaslanır.
Həmçinin oxuyun
Millət vəkili bildirib ki, Azərbaycan Çex Respublikası üçün strateji tərəfdaşdır. Bu reallığı Çex Respublikasının Baş naziri xüsusi vurğuladı. Andrey Babiş bildirdi ki, buna görə də Avropa İttifaqına üzv olmayan ölkələr arasında ilk səfərimi məhz Azərbaycana etdim. Dövlətimizin başçısı İlham Əliyev ikitərəfli əməkdaşlığın perspektivlərinə gəldikdə Avropa İttifaqından ilk kənar ölkəyə - Azərbaycana səfər etdiyinə görə Baş nazir Andrey Babişə minnətdarlığını ifadə etdi. Bildirdi ki, biz bunu dostluq, hörmət əlaməti kimi görürük və bu, həmçinin göstərir ki, həqiqətən hər iki ölkənin bir-birinə ehtiyacı var. Biz Azərbaycandan ardı kəsilməyən neft təchizatı ilə enerji sahəsində artıq yaxşı tərəfdaşlıq qurmuşuq. Bu gün biz təbii qaz sahəsində əməkdaşlığın başlanılması imkanlarını geniş şəkildə müzakirə etdik. Neft, qaz, neftayırma məhsulları, neft-kimya, gübrələr, elektrik enerji, süni zəka, məlumat mərkəzləri böyük potensial əsasında ikitərəfli qaydada hər iki ölkənin fəal işlədiyi bütün digər sahələri əhatə edəcək strateji əməkdaşlığın qurulması məqsədilə həmin məsələlərə geniş perspektivdən nəzər saldıq. Prezident İlham Əliyev onu da qeyd etdi ki, bu gün bir daha Çexiya-Azərbaycan dostluğu, əməkdaşlığı öz təsdiqini tapır və qarşımızda çox gözəl perspektivlər açılır.
Vüqar Rəhimzadə vurğulayıb ki, Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir. Dövlətimizin başçısı İlham Əliyev həm mətbuata bəyanatında, həm də Azərbaycan-Çexiya biznes-forumundakı çıxışında Azərbaycanın iqtisadi uğurlarından, ölkəmizin biznes imkanlarından, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün mövcud imkanlardan geniş bəhs etdi. Bildirdi ki, son iyirmi il ərzində Azərbaycana sərmayə kimi 350 milyard ABŞ dolları yatırılmışdır və onun demək olar ki, yarısı xarici tərəfdaşlardan daxil olmuşdur. Bir sözlə, müsbət sərmayə iqlimi, əlbəttə ki, əsas hədəf idi. Çünki aydındır ki, sərmayələr olmasa, heç bir iqtisadiyyat inkişaf edə bilməz. “Moody's” Reytinq Agentliyi Azərbaycanın kredit reytinqini müsbət proqnozlu sərmayə reytinqi səviyyəsinə qaldırıb. Bütün bunlar Azərbaycana pul vəsaitlərinin qoyulması üçün münasib məkan olması barədə investorlara yaxşı işarədir. Birmənalı olaraq, siyasi sabitlik, sosial sabitlik, təhlükəsizlik, yəni ölkədə işgüzar fəaliyyətlə məşğul olmaq qərarını qəbul edən sərmayədara ilk növbədə lazım olan hər meyar var.
Millət vəkili bildirib ki, Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi, ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti ölkəmizin beynəlxalq nüfuzunu şərtləndirən əsas amillərdəndir. Azərbaycan geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul edilir. Azərbaycanın Avropa ilə yeni mərhələyə daxil olan münasibətləri uğurla davam edir. Çex Respublikasının Baş nazirinin Qəbələ səfəri Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Taleh Əliyev: ABŞ–İran danışıqları dalan vəziyyətindədir
Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev ABŞ–İran danışıqları ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, politoloq bildirib ki, iki ölkə arasında aparılan danışıqlar prosesinin dalana dirənməsi fonunda nəticəsiz və səmərəsiz müzakirələrin davam etdirilməsi təəccüb doğurur. Onun sözlərinə görə, tərəflərin bu danışıqlardan konkret gözləntiləri sual altındadır.Taleh Əliyev qeyd edib ki, İran tərəfinin əsas məqsədi danışıqların ABŞ tərəfindən mümkün hərbi əməliyyatların bərpasına qədər uzadılması, bu müddətdə isə ordu birliklərinin yenidən komplektləşdirilməsi, raket və dron sistemlərinin döyüş hazırlığına gətirilməsi və ölkə daxilində sabitliyin təmin olunması üçün resursların maksimum səfərbər edilməsidir.Politoloqun sözlərinə görə, ABŞ tərəfi isə bu proses fonunda digər strateji öhdəliklərini...
28 Aprel 2026, 11:08
Siyasi şərhçi: İranda iqtisadi böhran və etiraz riski artır
Fikrət Fərəməzoğlu ABŞ və İsrail hücumlarından sonra İranın iqtisadi və siyasi vəziyyəti ilə bağlı sosial şəbəkə hesabında şərh yazıbCitypost.az xəbər verir ki, jurnalist bildirib ki, ilkin mərhələdə İran iqtisadiyyatına dəyən ziyanın 252 milyard dollar həcmində qiymətləndirildiyi, lakin yerli ekspertlərin bu rəqəmin iki dəfə arta biləcəyini proqnozlaşdırdığı qeyd olunur. Onun sözlərinə görə, ölkənin iri sənaye müəssisələrinin bir qismi bombardman nəticəsində ya tamamilə dağılıb, ya da ciddi zərər görüb və onların bərpası üçün ən azı bir neçə il vaxt tələb olunacaq.Tehran hökuməti isə bərpa işlərinin bir neçə ay ərzində yekunlaşdırılacağını iddia edir. Lakin onun sözlərinə görə, hazırda rejimi daha çox narahat edən...
28 Aprel 2026, 10:59
Sahib Alıyev: Regionda sülh və əməkdaşlıq yeni mərhələyə keçir
Millət vəkili Sahib Alıyev Azərbaycan–Ermənistan sülh prosesi və regionda baş verən geosiyasi dəyişikliklərlə bağlı şərh yazıbCitypost.az xəbər verir ki, Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasındakı sülh artıq keçmiş müharibədən fərqli olaraq konkret tarixlə məhdudlaşmayan davamlı bir prosesdir. Onun sözlərinə görə, bu prosesdə əsas mübarizə çox vaxt qarşı tərəflə deyil, onların arxasında duran və ya belə görünməyə çalışan qüvvələrlə aparılır.Mayın 5-də Ermənistanla Avropa İttifaqının sammiti regionda yeni bölücü xətlər yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər.Prosesin məqsədi yalnız Ermənistan daxilində siyasi proseslərə təsir göstərmək və Rusiyadan gələn təhdidlərin qarşısını almaq deyil.Millət vəkili əlavə edib ki, Avropa İttifaqı ilə dost və strateji tərəfdaş...
28 Aprel 2026, 10:53
Məhəmməd Əsədullazadə: Çexiya Azərbaycanın etibarlı tərəfdaşıdır
Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə Çexiya–Azərbaycan münasibətləri ilə bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, siyasətçi bildirib ki, Çexiya Avropada Azərbaycanın etibarlı tərəfdaşlarından biridir və iki ölkə arasında strateji əməkdaşlıq uzun müddətdir davam edir. Onun sözlərinə görə, tərəflər arasında formalaşmış konfidensial strateji tərəfdaşlıq münasibətləri illər ərzində qorunub saxlanılıb.Siyasi şərhçi qeyd edib ki, xüsusilə Ermənistan–Azərbaycan münaqişəsi dövründə Avropa ölkələrinin Azərbaycana silah satışı ilə bağlı tətbiq etdiyi embarqolara baxmayaraq, Çexiya Azərbaycanla sıx hərbi-texniki əməkdaşlıq həyata keçirib. Bu çərçivədə Azərbaycana “DANA” özüyeriyən artilleriya qurğuları və digər silahlar satılıb.Məhəmməd Əsədullazadə vurğulayıb ki, bu gün iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın yüksək...
28 Aprel 2026, 10:26
Rusiyanın süqutunu qaçılmaz edən beş şərt - Xəqani Cəfərli
Rusiyanın süqutunu qaçılmaz edən çoxsaylı səbəblər olsa da, qənaətimcə əsas beş amil var. Rus xalqının tarixdə qurduğu digər iki imperiya, Rusiya İmperiyası və Sovet İttifaqı kimi Rusiya Federasiyası da militarist dövlətdir. Militarist dövlətlərin taleyini müəyyən edən ən əsas amil ordunun vəziyyəti və cəmiyyətdə orduya münasibətdir. Birinci dünya müharibəsində rus ordusunun fəlakətli itgiləri imperiyanın dağılmasını şərtləndirən əsas amil idi. Əfqanistanda uzun və yorucu müharibənin nəticəsiz bitməsi dərin iqtisadi böhran keçirən Sovet İttifaqının çöküşünü tətiklədi. Ukraynaya qarşı cinayətkar müharibədə Rusiya ordusu çox ağır itgilər verərək sağalmaz yara alıb. Mediazona internet resursunun aprelin 24-nə olan məlumatına görə, BBC və könüllülər qrupu ilə birlikdə Ukraynaya...
28 Aprel 2026, 10:00
Zaur Şükürov: Azərbaycan-Çexiya əməkdaşlığı yeni mərhələdir
Azərbaycan və Çexiya arasındakı siyasi, ticari-iqtisadi və humanitar münasibətlər 15 sentyabr 2015-ci il tarixində Bakıda imzalanmış “Azərbaycan Respublikası və Çex Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə” əsasında hər iki ölkənin maraqlarına uyğun şəkildə davamlı inkişaf etməkdədir. Əlaqələrin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə alaraq, qeyd edilməlidir ki, Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana rəsmi səfəri və Qəbələdə keçirilən yüksək səviyyəli görüşlərlə münasibətlər yeni bir strateji mərhələyə qədəm qoymuşdur. Bu səfər sadəcə iki ölkə arasındakı siyasi dialoqun intensivliyini deyil, həm də siyasi, iqtisadi, energetika və müdafiə sənayesi sahələrində əməkdaşlığın keyfiyyətcə yeni, çoxşaxəli bir müstəviyə keçməsi üçün tətəflərin...
28 Aprel 2026, 09:18