Zahid Oruc:"Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq”
Cəmiyyət 01 May 2026, 13:32
955
Gömrük Məcəlləsinə təklif edilən çoxsaylı dəyişikliklər ölkəmizin iqtisadi inkişafı, biznes mühitinin şəffaflığı və beynəlxalq ticarət sisteminə inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Bu sözləri Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Dövlət büdcəsinin formalaşmasında mühüm paya malik olan gömrük sisteminin rolu son illər önəmli səviyyəyə çatıb. Müqayisəli yanaşsaq, cəmi 5 il əvvəl dövlət büdcəsinə gömrük daxilolmaları 3–3,5 milyard manat civarında olduğu halda, hazırda göstərici 6–7 milyard manata yaxınlaşıb.
Regional kontekstdə baxsaq, Ermənistanda illik gömrük daxilolmaları xeyli aşağıdır, yəni 1–1,2 milyard ABŞ dolları, Gürcüstanda isə 2,5–3 milyard ABŞ dolları səviyyəsindədir. Eyni zamanda, Azərbaycanın xarici ticarət coğrafiyası da genişlənib: əgər bir neçə il əvvəl aktiv ticarət tərəfdaşlarının sayı 120 ölkə miyqasında idisə, hazırda göstərici 150-dən artıqdır. İxrac istiqamətlərinin sayı 100-dən çoxdur. Rəqəmlər göstərir ki, ölkəmizin beynəlxalq ticarətdə mövqeyi güclənib və gömrük orqanları prosesin əsas dayaqlarından biri olub.
Digər tərəfdən, hazırki mürəkkəb qlobal şərait gömrük siyasətində daha çevik və tənzimləyici yanaşmanı zəruri edir. Xüsusilə, İranla savaşın transmilli logistik kompaniyaları və təchizat zəncirlərini əhatə etməsi, Rusiya-Ukrayna müharibəsinin alternativ ticarət yollarına ehtiyacı artırması gömrük orqanlarının fəaliyyətini yalnız nəzarət funksiyası ilə məhdudlaşdırmır, iqtisadi qərarlar, tarif siyasəti ilə çevik tənzimləmə aləti kimi yanaşmağı tələb edir.
Nəhayət, regionda yeni iqtisadi imkanlar formalaşır. Azərbaycan hazırda kommunikasiya xətlərinin açılması və Ermənistanla ticarət məhdudiyyətlərinin aradan qaldırılması ərəfəsindədir. Ağbənd keçid məntəqəsi gələcəkdə mühüm ticarət qovşaqlarından birinə çevriləcək. Yaxın gələcəkdə ölkəmizin milli məhsulları İrəvanda xüsusi mövqe qazanacaq. Belə şəraitdə gömrük siyasəti sülh müqaviləsini yaxından izləyən iqtisadi sinir sisteminə çevrilir.
Məcəllədə dəyişikliklərin mahiyyətinə gəldikdə isə, ilk olaraq, institusional və inzibati islahatlar qrupunda qərarvermə mexanizmləri sadələşdirilir, məsuliyyət bölgüsü və elektron idarəetmə alətləri genişləndirilir. Nəticədə, həm vətəndaşların, həm də sahibkarların gömrük orqanları ilə təmasında vaxt itkisi azalır, subyektiv yanaşma risqləri minimuma endirilir.
İkinci mühüm istiqamət-ticarətin asanlaşdırılması və biznes mühitinin yaxşılaşdırılmasıdır. Gömrük prosedurlarının sadələşdirilməsi, bəzi sənədləşmə tələblərinin azaldılması və yalnız risq əsaslı yoxlamalın tətbiqi sahibkarlar üçün daha əlverişli şərait yaradır.
Dəyişikliklər xüsusilə kiçik və orta biznes subyektləri üçün əhəmiyyətlidir. Çünki onların resursları məhduddur və uzunmüddətli bürokratik prosedurlar fəaliyyətlərinə ciddi maneə yaradır. Yeni yanaşma isə daha çox etimad və nəzarəti balanslı tətbiq edir.
Üçüncü qrup dəyişikliklər-rəqəmsallaşma və elektron xidmətlərin genişləndirilməsi ilə bağlıdır. Layihədə “səlahiyyətli iqtisadi operator”, “qısa idxal bəyannaməsi”, “qısa ixrac bəyannaməsi”, “ekspres daşınma”, “təkrar ixrac bildirişi” kimi anlayışlar sürətli logistika, elektron ticarət və qlobal təchizat dilinə uyğunlaşdırılır.
Malların gömrük ərazisinə gətirilməsi və təqdim edilməsi qaydalarına dair yeni redaksiyaya əsasən, mallar gömrük ərazisinə daxil olduqdan dərhal sonra məsul şəxslər tərəfindən gömrük orqanlarına məlumat verilməsi tələb olunur. Bundan əlavə, malların qısa müddət ərzində – bir saatdan gec olmayaraq, gömrük orqanlarına təqdim edilməsi öhdəliyi müəyyən edilir. Belə norma operativliyi artırır.
Eyni zamanda, gömrük bəyannamələrinin təqdim edilməsi, onlara düzəlişlərin edilməsi və ləğvi ilə bağlı mexanizmlər də təkmilləşdirilir.
Konkret olaraq, malların gömrük ərazisinə gətirilməsi ilə bağlı bəyannamənin təqdim olunma müddəti 15 iş gününü keçməməsi nəzərdə tutulur. Belə yanaşma sahibkarların fəaliyyətində müəyyənlik yaradır və gömrük nəzarətinin vaxtında keçirilməsini təmin edir.
Qanun layihəsində maliyyə və ödəniş mexanizmləri təkmilləşdiirlir, yəni, ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi maliyyə şəffaflığını artırır, kölgə iqtisadiyyatının qarşısını alır.
Qanun layihəsində diplomatik nümayəndəliklər və konsulluqlarla bağlı tətbiq olunan gömrük güzəştlərinin dairəsi və şərtləri dəqiq müəyyən edilir.
Yekunda xüsusi vurğulyaq ki, sənəd üzərində ideal görünən hər bir normanın real həyatda gözlənilən effekti verməsi üçün daim sahibkarlar, xaricə gedən-gələn vətəndaşlar və digər gömrük subyektlərinin rəyinin öyrənilməsi və nəzərə alınması vacibdir.
İkincisi, maarifləndirmə işi-vətəndaşların yeni qaydalar barədə dolğun məlumat əldə etməsi vacibdir. Əks halda, ən yaxşı islahat belə anlaşılmazlıq səbəbindən effektini itirə bilər.
Üçüncüsü, institusional potensialın gücləndirilməsinə ehtiyac var. Rəqəmsallaşma və yeni idarəetmə yalnız o zaman uğurlu olur ki, onları tətbiq edən kadrlar dəyişikliklərə hazır olsunlar. Təlimlər, peşəkar inkişaf proqramları və motivasiya sistemləri prosesin ayrılmaz hissəsidir.
Gömrük Məcəlləsinə edilən dəyişikliklər əhalinin iqtisadi rifahına xidmət etdiyi üçün ona səs verəcəyik.
Həmçinin oxuyun
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş edib
S7 Airlines aviaşirkətinə məxsus, Novosibirskdən Bakıya uçan təyyarə Qazaxıstan səması üzərində olarkən təcili geri döndərilib və Omsk şəhərinə endirilib.Rusiya mediasının məlumatına görə, buna səbəb göyərtədə olan sərnişinlərdən birinin qəfil halının pisləşməsi olub.
03 May 2026, 13:10
Sabah Bakıda 19, bölgələrdə 24 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Milli Hidrometeorologiya Xidmətindən CityPost.az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 9-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman...
03 May 2026, 12:35
Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib
Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.Bu barədə CityPost.az-a DİM-dən məlumat verilib.İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunub.İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər...
03 May 2026, 12:31
Prezident İlham Əliyev polşalı həmkarını Konstitusiya Günü münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Prezidenti Karol Navrotskini Konstitusiya Günü münasibətilə təbrik edib."Report" xəbər verir ki, təbrikdə deyilir:"3 May – Konstitusiya Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.Azərbaycan ilə Polşa arasında əlaqələr dərin tarixi köklərə və xoş ənənələrə əsaslanır. Biz böyük potensiala malik dövlətlərarası əlaqələrimizin və səmərəli əməkdaşlığımızın inkişafına xüsusi əhəmiyyət veririk.İnanıram ki, ölkələrimiz arasında dostluq münasibətlərinin genişlənməsi, strateji tərəfdaşlığımızın möhkəmlənməsi, qarşılıqlı fəaliyyətimizin həm ikitərəfli əsasda, həm də Avropa İttifaqı çərçivəsində inkişafı yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə...
03 May 2026, 12:10
Tahir Gözəl festivalda ona çay verənə 50 manat bəxşiş verdi - Video
“Qarabağ”ın prezidenti Tahir Gözəl şəhərdə keçirilən festivalda ona çay verən çayçıya 50 manat bəxşiş verib. CityPost.az xəbər verir ki, həmin an çəkilən görüntülər maraqla qarşılanıb. Görüntüləri təqdim edirik:
03 May 2026, 11:52
"Bakı Marafonu 2026" start götürüb
Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən "Bakı Marafonu 2026"ya start verilib.CİTYpOST.AZ-IN xəbərinə görə, "Küləyə qalib gəl" şüarı ilə keçirilən yarış üçün 25 min iştirakçı qeydiyyatdan keçib.Marafonda Azərbaycan vətəndaşları ilə yanaşı, ABŞ, Almaniya, Böyük Britaniya, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Türkiyə, Ukrayna və digər ölkə təmsilçiləri də qələbə uğrunda yarışır.Sayca doqquzuncu dəfə keçirilən "Bakı Marafonu" ilk dəfə 42 kilometr tam məsafədə təşkil olunur. Yarış Dövlət Bayrağı Meydanından start götürüb və iştirakçılar müəyyən edilmiş marşrut üzrə "Sea Breeze" ərazisində finiş xəttinə çatacaqlar....
03 May 2026, 11:32