Vyanada “Tarixin səhifələri” adlı musiqili tədbir keçirildi
Cəmiyyət 01 May 2026, 17:53
180
Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Tarixin səhifələri” adlı musiqili tədbir keçirilib.
Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.
Tədbir XX əsrin görkəmli sovet bəstəkarı Dmitri Şostakoviçin 120 illiyinə və Vyanadakı “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) adlı musiqi məktəbinin “Sun Dance Company” rəqs studiyası ilə əməkdaşlığının beş illiyinə həsr olunub.
Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, adları çəkilən musiqi məktəbinin və rəqs studiyasının birgə təşkilatçılığı ilə baş tutan musiqili tədbirin fəxri qonağı isə Vyana Dövlət Operasının gənclər xorunun rəhbəri, avstriyalı musiqiçi, dirijor Yohannes Mertl olub.
“MmF” musiqi məktəbinin təsisçisi və rəhbəri Fərəh Tahirova çıxışında məktəbin və “Sun Dance Company” rəqs studiyasının beynəlxalq festivallarda və konsertlərdə ölkəmizi uğurla təmsil etmələrindən danışıb. O, həmçinin Azərbaycanın Avstriyadakı mərhum səfiri, peşəkar diplomat Fuad İsmayılovla bağlı xatirələrini bölüşərək, onun Azərbaycan–Avstriya diplomatik və mədəni əlaqələrinin inkişafında xüsusi rol oynadığını vurğulayıb. 2006-cı ildə Vyana Kamera Operasının səhnəsində Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının alman dilində tamaşaya qoyulmasında və həmin ildə Vyananın Donaupark ərazisində dahi bəstəkarın abidəsinin ucaldılmasında Fuad İsmayılovun şəxsi təşəbbüsü və mühüm xidmətlərinin olduğunu xatırladıb.
Həmçinin oxuyun
Tədbirdə Dmitri Şostakoviç haqqında qısa film nümayiş olunub. “MmF” musiqi məktəbinin şagirdləri bəstəkarın həyatı barədə zəngin arxiv fotomaterialları əsasında hazırlanan slayd-şounun müşayiəti ilə maraqlı faktlar səsləndiriblər. Onun Azərbaycan musiqi mədəniyyəti və azərbaycanlı bəstəkarlarla əlaqələri, eləcə də Azərbaycan bəstəkarlıq məktəbinin inkişafındakı mühüm rolundan bəhs ediblər. Bəstəkarın “Onuncu” simfoniyası haqqında təqdimatlar da böyük maraqla qarşılanıb. Simfoniyanın üçüncü hissəsində Şostakoviçin sevimli azərbaycanlı tələbəsi, tanınmış bəstəkar Elmira Nəzirovanın mövzusu ön planda dayanır. Tədbirin diqqətçəkən məqamlarından biri isə Azərbaycan bəstəkarlıq məktəbinin iki görkəmli nümayəndəsi Qara Qarayev və Cövdət Hacıyevin Moskva Konservatoriyasında Dmitri Şostakoviçin sinfində təhsil almaları və sonrakı dostluqları haqqında məlumat olub.
Tədbirin bədii hissəsində Dmitri Şostakoviçin uşaqlar üçün bəstələdiyi fortepiano silsiləsindən pyeslərlə yanaşı, Azərbaycan, Avropa və rus bəstəkarlarının əsərlərindən ibarət zəngin musiqili proqram təqdim olunub. Qara Qarayev və Cövdət Hacıyevin uşaq fortepiano silsilələrindən “Əfsanə” (“Legende”), “Kədərli hekayə” (“Sad Story”) və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Laylay” əsərləri ifa olunub. “MmF” musiqi məktəbinin şagirdlərinin, Vyana Musiqi Gimnaziyasının (MGW) və Margareten şəhər musiqi məktəbinin tələbələrinin ifaları tədbir iştirakçılarını heyran edib.
“Sun Dance Company” rəqs studiyasının xoreoqrafı Lyudmila Detkovanın rəhbərliyi ilə gənc rəqqasələrin ifaları tədbirə xüsusi gözəllik qatıb.
Sonda tədbirin təşkilinə göstərilən dəstəyə görə Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımovaya təşəkkür edilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Yevlaxda texniki təhlükəsizliyə dair müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.FHN-dən Citypsot.az-a verilən məlumata görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.Tədbirdə FHN-in Aran Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ruhan Nəsibov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişlik rəisi Natiq Seyidəhmədov, Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, həmçinin sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.Tədbirdə çıxış edən Agentliyin müfəttişlik rəisi Natiq Seyidəhmədov...
01 May 2026, 17:34
Fuad Musayev Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinlədi
Mayın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Ağcabədi rayonunda sakinlərin müraciətlərini dinləyib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fuad Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb....
01 May 2026, 17:28
Sabah magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb
Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət məlum olub.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mayın 2-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
01 May 2026, 17:16
Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür....
01 May 2026, 17:07
Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür....
01 May 2026, 17:07
Ədliyyə naziri Şəmkir şəhərində vətəndaşları qəbul edib
Ədliyyə naziri Fərid Əhmədov mayın 1-də Şəmkir şəhərində vətəndaşları qəbul edib.Ədliyyə Nazirliyindən Citypost.az-a verilən xəbərə görə, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.Qəbulda Ağstafa, Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonlarından ümumilikdə 35 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur qurumlarının rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.Qeyd edilib ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu...
01 May 2026, 17:00