Bizə yazın

Baku

-°C

USD

-

Avropa Parlamenti Zəfərimizdən qisas almağa çalışır - DEPUTATLAR

Cəmiyyət 01 May 2026, 20:10

601

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyətini deputatlar sərt tənqid edərək bütün əməkdaşlıqların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayıblar.

CityPost.az  xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında  Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti müzakirəsi zamanı Milli Məclisin deputatları çıxış edib.

Deputat Elşən Musayev bildirib ki, Avropa Parlamenti yenə də öz "ənənəsinə" sadiq qalaraq və uzunmüddətıi qərəz təcrübəsinə əsaslanaraq Azərbaycana qarşı növbəti riyakar Qətnaməsini qəbul edib:

“Bunlar sanki kvorum gözləyirlər, bir himə bənddirlər - Azərbaycanı hədəf almaq üçün. Hərçənd, biz artıq məlum icraatlara öyrəşmişik, alışmışıq və belələrinə qarşı siyasi immunitetimiz də çoxdan formalaşıb. Əvvəla, yenə başlayıblar ki, ay filankəs ədalətsiz həbs olundu və ya filankəslər "hərbi əsir"dir”.

Deputat vurğulayıb ki, Ermənistanın siyasi rəhbərliyinin özü Avropa Parlamentinin əsassızca, məntiqsizcə qaldırdığı məsələlərin üzərinə getmir, kiməsə hərbi əsir demir, hansısa abstrakt mədəni irsdən danışmır:

“İddia edirlər ki, mədəni irsi məhv edirsiz... Bax, bu yerdə bilmirsən güləsən ya ağlayasan. Niyə? Çünki, belə şeyi söyləmək, iddia etmək üçün sözün gerçək anlamında abırsız olmaq lazımdır. Və ya - normal abır yetərlidir ki, həmin kəlməni dilinə almayasan. Mən düşünürəm ki, bunlarla bütün əlaqələri müvəqqəti də olsa tam kəsmək lazəmdır. Həm, "Avronest"dən çıxmalıyıq, həm də Avroparlamentdəki komissiyada fəaliyyətimizi dayandırmalıyıq” – deputat vurğulayıb.

Deputat Zaur Şükürov isə vurğulayıb ki, Avropa növbəti dəfə Azərbaycanı hədəfə alıb.

"Qətnamədə Azərbaycana qarşı müddəalar tamamilə əsassız, kökündən yanlış və mövcud reallıqlardan uzaqdır. Avropa Parlamentinin regionda post-münaqişə dövründə normallaşma və sülh səylərini dəstəkləmək əvəzinə, qarşıdurma mövqeyi sərgiləməsi regiondakı sülh prosesinə və Azərbaycan-Avropa İttifaqı münasibətlərinə mənfi təsir göstərir".

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc vurğulayıb ki, hərbi əsirlər adı altında keçmiş işğalçıları diriltmək istəyi aşkar ortadadır.

“Onları siyasi məhbus elan etsələr təəccüblənmərik. Avroparlamentdə 3-cü Reyxə, Nürmberqdə mühakimə olunanlara bəratə tələb edərdilər”

Komitə sədri bildirib ki, Baş nazirinin müavini prezidentin tapşırığı ilə sülh prosesi çərçivəsində sərhəd xəttini razılaşdırır və bunun üçün son 35 ildə ilk dəfə AZAL təyyarəsi ilə təhlükəsiz şəraitdə İrəvana gedir. “Belə bir vaxtda, barışa və təhülkəsilziyə qarşı fəallaşan qüvvələr Zəfərimizdən qisas almağa çalışırlar”, o deyib.

Deputat Azay Quliyev bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycanın milli maraqlarını hədəfə alır və regionun reallıqlarını nəzərə almadan köhnə, əsassız ittihamları təkrar gündəmə gətirir. Onun sözlərinə görə, Ermənistanla bağlı son qətnamədə də Azərbaycana aidiyyəti olmayan məsələlər yer alıb, hətta ölkəmizə qarşı cinayətlərdə ittiham olunan şəxslərin azadlığa buraxılması tələbi irəli sürülüb.

Azay Quliyev bildirib ki, bəzi Avropa siyasətçilərinin fəaliyyətində korrupsiya izləri də müşahidə olunub və bu hallar beynəlxalq qalmaqallarla üzə çıxıb. O, bu kimi şəxslərin qərarlarının araşdırılmasının vacibliyini vurğulayaraq, onların siyasi motivli və qərəzli fəaliyyətinə hüquqi qiymət verilməli olduğunu deyib.

Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov isə vurğulayıb ki, regionda uzun illər davam etmiş münaqişə artıq başa çatmışdır. Azərbaycan öz beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü və suverenliyini bərpa etmişdir. Bugünkü reallıq post-münaqişə dövrüdür.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh sazişi istiqamətində intensiv proses gedir. Belə bir həssas mərhələdə Avropa Parlamentinin birtərəfli və təxribat xarakterli bəyanatları sülh gündəminə xidmət etmir, əksinə regionda etimad mühitinə zərbə vurur”.

Deputat Vüqar Bayramov isə çıxışı zamanı qeyd edib ki, Avropa Parlamentində müzakirəyə çıxarılan “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi formal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra müddəaları Azərbaycana qarşı əsassız ittiham və tələbləri ehtiva edir və bu, bəzi Qərb dairələrinin qərəzli mövqeyini nümayiş etdirir.

“Bununla yanaşı, Avropada Azərbaycanın dostları da kifayət qədərdir və son yüksək səviyyəli səfərlər bunu təsdiqləyir”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaur Şükürov: Azərbaycanın mədəni irsinə ciddi ziyan vurulub 

Qaçqınların geri qayıdışı beynəlxalq hüququn əsas prinsipləri — suverenlik və ərazi bütövlüyü nəzərə alınmaqla qiymətləndirilməlidir.CityPost.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü plenar iclasında deputat Zaur Şükürov deyib.Onun sözlərinə görə, Azərbaycan dəfələrlə erməni əhalinin Qarabağı tərk etməsinin könüllü xarakter daşıdığını və bunun etnik təmizləmə kimi təqdim olunmasının doğru olmadığını bəyan edib. Həmçinin Ermənistan tərəfinin mülki əhali ilə bağlı təhlükə iddialarının öz rəsmiləri tərəfindən belə təkzib edildiyi qeyd olunur.Deputat vurğulayıb ki, BMT-nin bölgəyə səfərləri zamanı mülki əhaliyə və infrastruktura qarşı zorakılıq faktları təsdiqlənməyib. Eyni zamanda Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarının Azərbaycanın mövqeyini beynəlxalq hüquq baxımından təsdiqlədiyi, Ermənistanın bir sıra iddialarının isə...

01 May 2026, 20:49

Vyanada “Tarixin səhifələri” adlı musiqili tədbir keçirildi 

Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Tarixin səhifələri” adlı musiqili tədbir keçirilib.Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.Tədbir XX əsrin görkəmli sovet bəstəkarı Dmitri Şostakoviçin 120 illiyinə və Vyanadakı “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) adlı musiqi məktəbinin “Sun Dance Company” rəqs studiyası ilə əməkdaşlığının beş illiyinə həsr olunub.Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, adları çəkilən musiqi məktəbinin və rəqs studiyasının birgə təşkilatçılığı ilə baş tutan musiqili tədbirin fəxri qonağı isə Vyana Dövlət Operasının gənclər xorunun rəhbəri, avstriyalı musiqiçi, dirijor Yohannes Mertl olub.“MmF” musiqi məktəbinin təsisçisi və rəhbəri Fərəh Tahirova çıxışında məktəbin və “Sun Dance Company” rəqs...

01 May 2026, 17:53

Yevlaxda texniki təhlükəsizliyə dair müşavirə keçirilib 

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.FHN-dən Citypsot.az-a verilən məlumata görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.Tədbirdə FHN-in Aran Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ruhan Nəsibov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişlik rəisi Natiq Seyidəhmədov, Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, həmçinin sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.Tədbirdə çıxış edən Agentliyin müfəttişlik rəisi Natiq Seyidəhmədov...

01 May 2026, 17:34

Fuad Musayev Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinlədi

Mayın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Ağcabədi rayonunda sakinlərin müraciətlərini dinləyib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fuad Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb....

01 May 2026, 17:28

Sabah magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb 

Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət məlum olub.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mayın 2-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.

01 May 2026, 17:16

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür....

01 May 2026, 17:07