Mərkəzi Bank valyuta bazarına müdaxilə edib
Cəmiyyət 01 May 2026, 16:43
489
Profisitli cari əməliyyat balansı və dedollarizasiya meyillərinin davam etdiyi şəraitdə cari ilin ötən aylarında valyuta bazarında təklif tələbi üstələyib, ölkənin valyuta ehtiyatlarında artım davam edib. Valyuta bazarında təklifin tələbi üstələməsi həm nağd, həm də qeyri-nağd seqmentlərdə müşahidə olunub.
Mərkəzi Bankdan Citypost.az-a bildirilib ki, son dövrlər valyuta hərraclarında tələbin aşağı olması nəticəsində valyuta bazarında təklif artıqlığı formalaşıb və bu şəraitdə Mərkəzi Bank tərəfindən aprel ayı ərzində 1 milyard dollar məbləğində alışyönlü müdaxilə həyata keçirilib. Nəticədə valyuta ehtiyatlarının idarə edilməsindən əldə olunan gəlirlər də nəzərə alınmaqla, aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 1 milyard 29,7 milyon dollar artıb.
Aprel ayında alınmış 1 milyard dolların tam və ya bir hissəsi il ərzində bazarda formalaşacaq tələbdən asılı olaraq tarazlığın təmin edilməsi məqsədilə yenidən valyuta bazarına yönəldilə bilər.
Həmçinin oxuyun
Makroiqtisadi sabitliyin qorunması məqsədilə Mərkəzi Bank valyuta bazarında alış və ya satışyönlü əməliyyatlarla iştirakını davam etdirdiyi təqdirdə bu barədə məlumat açıqlanacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Vyanada “Tarixin səhifələri” adlı musiqili tədbir keçirildi
Vyanada yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində “Tarixin səhifələri” adlı musiqili tədbir keçirilib.Bu barədə Citypost.az-a Diasporla İş üzrə Dövlət Komitəsidən məlumat verilib.Tədbir XX əsrin görkəmli sovet bəstəkarı Dmitri Şostakoviçin 120 illiyinə və Vyanadakı “Musiqi sevinc bəxş edir” (“Musik macht Freude - MmF”) adlı musiqi məktəbinin “Sun Dance Company” rəqs studiyası ilə əməkdaşlığının beş illiyinə həsr olunub.Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi, adları çəkilən musiqi məktəbinin və rəqs studiyasının birgə təşkilatçılığı ilə baş tutan musiqili tədbirin fəxri qonağı isə Vyana Dövlət Operasının gənclər xorunun rəhbəri, avstriyalı musiqiçi, dirijor Yohannes Mertl olub.“MmF” musiqi məktəbinin təsisçisi və rəhbəri Fərəh Tahirova çıxışında məktəbin və “Sun Dance Company” rəqs...
01 May 2026, 17:53
Yevlaxda texniki təhlükəsizliyə dair müşavirə keçirilib
Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Yevlax şəhərində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib.FHN-dən Citypsot.az-a verilən məlumata görə, seminar-müşavirə təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan müxtəlif sənaye müəssisələrində texniki təhlükəsizliyin təmin edilməsinin təhlili və qabaqlayıcı-profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil olunub.Tədbirdə FHN-in Aran Regional Mərkəzinin rəis müavini polkovnik-leytenant Ruhan Nəsibov, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişlik rəisi Natiq Seyidəhmədov, Regional Mərkəzin əhatə etdiyi ərazidə fəaliyyət göstərən yerli icra hakimiyyətlərinin nümayəndələri, həmçinin sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak ediblər.Tədbirdə çıxış edən Agentliyin müfəttişlik rəisi Natiq Seyidəhmədov...
01 May 2026, 17:34
Fuad Musayev Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinlədi
Mayın 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev Ağcabədi rayonunda sakinlərin müraciətlərini dinləyib.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Fuad Musayev onların sosial vəziyyəti ilə maraqlanıb, bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.Görüş zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb....
01 May 2026, 17:28
Sabah magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət açıqlanıb
Sabah Azərbaycanın magistral avtomobil yollarında müşahidə ediləcək vəziyyət məlum olub.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, mayın 2-də gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı gözlənilir.
01 May 2026, 17:16
Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür....
01 May 2026, 17:07
Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək
Elm və təhsil naziri Emin Əmrullayev mayın 26-da Qax şəhərində vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, qəbulda Qax, Şəki, Zaqatala və Balakən sakinləri iştirak edə bilərlər.Adları çəkilən rayonların sakinləri 14 may (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür....
01 May 2026, 17:07