Bizə yazın

Baku

-°C

USD

-

Bu ailələrə uşaqpulu belə ödəniləcək – Yeni qayda 

Cəmiyyət 02 May 2026, 23:34

324

Sabahdan etibarən hamiləliyə və doğuma görə müavinətin verilməsi ilə bağlı yeni qayda tətbiq ediləcək.

CityPost.az bildirir ki, Modern.az-ın məlumatına görə, müvafiq qaydalara əsasən, hamiləliyə və doğuma görə müavinət tibbi müəssisəsi tərəfindən elektron sənəd formasında tərtib edilmiş xəstəlik vərəqinə əsasən sığortaedən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə hamiləliyə və doğuma görə məzuniyyət əmri daxil edildikdən sonra məzuniyyət dövrünə düşən təqvim günləri üçün avtomatlaşdırılmış qaydada verilir.

Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki təqvim günlərinin sayına vurulması ilə hesablanır. Bu müavinətin aylıq maksimal məbləği əmək pensiyasının minimum məbləğinin 25 mislindən artıq ola bilməz.

Müavinətin hesablanması hamiləliyə və doğuma görə məzuniyyətə çıxılan aydan əvvəlki ardıcıl 4 rüb ərzində sığortaolunanın ümumi qazancı və həmin dövr üzrə təqvim günləri nəzərə alınmaqla müəyyən edilir.

Bölən təqvim günlərinin müəyyən edilməsi zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət ödənilmiş və ya sosial sığorta stajı 6 aydan az olduğuna görə ödənilməmiş dövrlər, hamiləliyə və doğuma görə müavinət ödənilmiş və ya stajın azlığı səbəbindən ödənilməmiş məzuniyyət dövrləri, eləcə də qismən ödənişli sosial məzuniyyət dövrü ümumi təqvim günlərindən çıxılır.

Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda isə “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi Qaydası”nın 1 nömrəli əlavəsinə uyğun olaraq sığortaedən tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir.

Belə ki, yeni qayda 2026-cı il 1 may tarixindən tətbiq edilir. Bu tarixədək baş vermiş və ya həmin tarixdən sonra davam edən sosial sığorta hadisələri üzrə ödənişlər isə həmin tarixə qüvvədə olan normalara uyğun həyata keçirilir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakıda və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ 

Mayın 3-də Bakıda və Abşeron yarımadasında, 3-4-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Qeyd edilb ki, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi, Naxçıvan MR, Mingəçevir, Gəncə, Naftalan, Goranboy, Neftçala, Salyan, Daşkəsən, Gədəbəy, Quba, Qusar, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Kəlbəcər, Laçın, Cəbrayıl, Füzuli, Zəngilanda isə şimal-şərq küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək....

02 May 2026, 22:28

Bakıda soyğunçuluq edən şəxs həbs edilib

Xəzər rayonu ərazisində soyğunçuluq hadisəsi qeydə alınıb.APA xəbər verir ki, naməlum şəxs bir nəfərin cibindən pul, kart, sənədlər olan pul kisəsini və mobil telefonunu talayaraq hadisə yerindən uzaqlaşıb.Zərərçəkən sərxoş vəziyyətdə olduğuna görə heç bir müdaxilə edə bilməyib.Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 38 yaşlı İsmayıl Orucov müəyyən olunaraq saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Araşdırma davam etdirilir....

02 May 2026, 22:08

ATU-ya yeni prorektor təyin edildi 

Azərbaycan Texnologiya Universitetinə (ATU) yeni prorektor təyin edilib.“Qafqazinfo” xəbər verir ki, Əliyev Ramin ATU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə təyin edilib.Qeyd edək ki, Ramin Hüseynağa oğlu Əliyev buna qədər Azərbaycan Dövlət Aqrar Universitetinin ümumi işlər üzrə prorektoru vəzifəsində çalışıb.

02 May 2026, 22:03

Həkimə qumbara atan şəxslə bağlı ŞOK – Hər şey bilindi 

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.CityPost.az xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb.Hazırda müalicəsi davam edən və həyat mübarizəsi verən uşaq radioloqu Asif Nəsirli, eləcə də onu öldürməyə cəhd edən şəxs barədə qaranlıq məqamları paylaşıb.U.Qarayeva bildirib ki, Asif Nəsirli, Azərbaycanın yeganə uşaq radioloqu olaraq 18 ildir ki, radioloq işləyən, minlərlə həyatı xilas edən, minlərlə balanı sağlamlığına qovuşduran biri olub: “Hazırda bu həkim Onkologiya Mərkəzində ölümlə pəncələşir. Onun qətlinə sağaltdığı pasiyent cəhd etdi. Həmin adam 2025-ci ilin oktyabr ayında altı dəfə kimya...

02 May 2026, 21:44

Bəzi rayonlara dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ 

Azərbaycanın rayonlarında mayın 3-ü gündüzdən 4-ü gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

02 May 2026, 21:13

Sabah hava yağmursuz keçəcək - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bildirilib ki, arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət isə 65-75 % olacaq.Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 10-15°...

02 May 2026, 13:54