Bizə yazın

Baku

-°C

USD

-

Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb

Hadisə 01 May 2026, 16:35

395

DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edilərək törədilən kiberdələduzluq cinayətlərinə qarşı növbəti əməliyyat keçirib.

DİN-dən Citypost.az verilən xəbərə görə, nəticədə qeyd olunan qanunsuz əməllərdə şübhəli bilinən daha iki nəfər - 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar. Araşdırmalar zamanı müəyyən edilib ki, onlar sosial şəbəkələrdə bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə oxşar saxta səhifələr yaradıb, ödənişli reklamlar vasitəsilə müştəriləri cəlb ediblər. Özlərini kredit şöbəsinin əməkdaşları kimi təqdim edən C.Ağayev və E.Ağayev “sərfəli şərt, az komissiya və zamin tələb olunmadan kreditlərin verilməsi” barədə zərərçəkənlərə həqiqətə uyğun olmayan vədlər veriblər. Vətəndaşlar kredit almaq məqsədilə saxta səhifələrin həqiqi olduğuna inanaraq bank kartlarının məlumatlarını, o cümlədən kartın bitmə tarixini, CVV və OTP təhlükəsizlik kodlarını həmin şəxslərə göndəriblər. Nəticədə məxfi kart məlumatları birbaşa şübhəli şəxslərin idarə etdiyi sistemə ötürülüb. Şəbəkə üzvləri əldə etdikləri vəsaitləri müxtəlif bank hesablarına və elektron pul kisələrinə köçürdükdən sonra nağdlaşdırıblar. Saxlanılan şəxslər ilkin ifadələrində bu üsulla yüzlərlə vətəndaşın kart məlumatlarını ələ keçirərək onların pul vəsaitlərini oğurladıqlarını bildiriblər.

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. C.Ağayevə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. E.Ağayev barəsində isə cinayət işi üzrə müvafiq istintaq hərəkətləri davam etdirilir. Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, yalnız Mərkəzi Bank tərəfindən lisenziya verilmiş maliyyə qurumlarına etibar etsinlər. Şübhəli kredit elanları ilə qarşılaşan zaman isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Özünü sayt rəhbəri və jurnalist kimi təqdim edən 5 nəfər həbs olundu 

"Kanal 21" "YouTube" səhifəsinin rəhbəri Fərhad Quluyev və "bakuxeber.az" saytının rəhbəri Zamiq Quliyev həbs ediliblər.Citypost.az xəbər verir ki, adıçəkilən şəxslər polis tərəfindən saxlanılaraq məhkəməyə təqdim ediliblər.Gəncə Ağır Cinayətlər Məhkəməsinin müvafiq qərarı ilə onların hər biri barəsində ikiaylıq həbs qətimkan tədbiri seçilib.Həmin şəxslərlə yanaşı, özlərini jurnalist kimi təqdim edən İlqar Əliyev, Rəhman Ələsgərov və İlhami Nəsibov da polis tərəfindən saxlanılıblar. Məhkəmə onların barəsində də həbs qətimkan tədbiri seçib.Bildirilib ki, adları çəkilən şəxslər bir neçə vətəndaşa qarşı hədə-qorxu ilə tələb etmə cinayətində ittiham olunurlar. Toplanmış faktlarla bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə açılmış işin istintaqı davam etdirilir. ("Qafqazinfo")...

01 May 2026, 14:53

Sabirabadda Kür çayı məcrasından çıxıb 

Sabirabad rayonunun Suqovuşan ərazisində Kür çayının səviyyəsinin kəskin artması suyun məcradan çıxmasına səbəb olub."Report"un Aran bürosunun məlumatına görə, son günlər yağan intensiv yağışlar Kür çayında suyun səviyyəsinin xeyli yüksəlməsinə səbəb olub.Nəticədə Kür və Araz çaylarının qovuşduğu ərazi yaxınlığında çay öz məcrasından çıxaraq sahilboyu yerləşən Tuğay meşələri istiqamətində yayılmağa başlayıb.Hadisənin baş verdiyi əraziyə yaxın zonada restoranların yerləşdiyi bildirilir. Hazırda suyun həmin istiqamətdə irəliləməsi müşahidə olunur.Sabirabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, mövcud vəziyyət nəzarət altındadır. Qurumun açıqlamasına əsasən, çayın məcrasından çıxmasına baxmayaraq, hələlik ciddi təhlükə gözlənilmir. Belə ki, suyun səviyyəsi mühafizə bəndindən təxminən iki metr aşağıda qalır.Aidiyyəti qurumlar tərəfindən ərazidə monitorinqlər...

01 May 2026, 14:41

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb 

Külli miqdarda narkotik vasitə və həbin ölkə ərazisinə keçirilməsinə cəhd edilib.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az verilən xəbərə görə, DSX Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....

01 May 2026, 14:17

5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb."Report" xəbər verir ki, aprelin 30-da Bakı şəhər sakini 2021-ci il təvəllüdlü P.M qonaq getdiyi Nizami rayonu C.Naxçıvanski küçəsindəki evin eyvanından yıxılaraq ölüb.Faktla bağlı araşdırma aparılır.

01 May 2026, 12:17

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb 

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.Araşdırmalar davam etdirilir.Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb....

01 May 2026, 09:15

Şabranda ağac aşıb,Yalama yolu bağlanıb 

Gəndob-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində böyük qovaq ağacı yolun hərəkət hissəsinə aşıb.Citypost.az xəbər verir ki, hadisə aprelin 30-u axşam saatlarında baş verib.Böyük diametrli ağacın Ağalıq kəndi ərazisində yola aşması nəticəsində Gəndov -Yalama yolunda avtomobillərin hərəkəti təxminən bir saat müddətində məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.Əraziyə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Qovaq ağacı kəsilərək, traktor vasitəsilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub. (AZƏRTAC)...

01 May 2026, 08:28