Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
Cəmiyyət 05 May 2026, 12:24
290
"Media orqanları və jurnalistlər müsahibə götürdükləri şəxslərin fikirlərini hissələrə bölərək, müxtəlif sərlövhələrlə təqdim edirlər. Əlbəttə, bu onların müstəsna hüququdur və heç şübhəsiz, geniş izləyici və oxucu auditoriyası toplamağa hesablanıb. Lakin bir çox hallarda bu üsula üstünlük verilməsi müsahiblərdə ciddi narazılıq doğurur. Narazılıq, xüsusən, həmin hissələrin sosial şəbəkələrdə paylaşılması zamanı meydana çıxır".
Citypost.az xəbər verir ki, bu, Azərbaycan Mətbuat Şurasının yaydığı məlumatda əksini tapıb.
Qeyd olunub ki, sosial şəbəkə istifadəçiləri münasibətlərini, bir qayda olaraq, müsahiblərin yanaşmalarına, onların haqqında söz açdıqları məsələ ilə bağlı söylədikləri digər fikirlərə diqqət yetirmədən, yaxud yalnız irəliyə çıxarılmış sərlövhəyə köklənərək bildirirlər:
"Təcrübə göstərir ki, adətən belə durumlarda əsl mahiyyət kənarda qalır. Mövcud müstəvidəki ən yolverilməz hal isə müsahiblərin sosial şəbəkə istifadəçiləri tərəfindən əsassız ittihamlarla üzləşmələridir.
Belə ki, 29 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevdən “Qaranlıqda həqiqət” verilişi tərəfindən müsahibə alınıb. Müsahibədə V.Quliyevin bir alim və diplomat kimi səsləndirdiyi fikirlər önə çıxarılmaq əvəzinə, onun məhz övladı – mərhum Humay Quliyeva ilə bağlı sual-cavab hissəsi qısa videolar şəklində sözügedən verilişin anonslarında təqdim edilib və digər media qurumları da məhz bu parçanı auditoriya ilə paylaşıblar.
Həmçinin oxuyun
Yaranmış vəziyyətə görə Humay Quliyevanın adına yaradılmış “Huma Quşu” Təhsilə Yardım Fondu bəyanat yaymış, kəskin etirazını bildirmiş və Azərbaycan Mətbuat Şurasına mövqe bildirmək üçün müraciət etmişdir. Şura Fondun müraciətindəki narahatlığı bölüşür və hesab edir ki, “Qaranlıqda həqiqət” verilişinin təqdimatında qeyri-həssas yanaşmaya yol verilmişdir. Mahiyyətini diplomatiya, xarici siyasət və tariximizə dair sanballı söhbət təşkil edən müsahibənin anonsları ənənəvi “reytinq yaradıcılığının” mənfi təsirinə məruz qalmış, mətnin ümumi ruhuna xələl gəlmiş, bütün bunlar mərhumun valideynlərində dərin sarsıntı yaratmışdır.
Qeyd olunmuş və digər oxşar vəziyyətləri nəzərə alaraq, Azərbaycan Mətbuat Şurası media orqanlarının bu tipli davranışlarını qınayır və onları müsahibələrin təqdimatına ehtiyatla yanaşmağa çağırır. Şura bu qənaətdədir ki, bütöv mətnlərin kontekstdən çıxarılmış fikir şəklində yayılması zamanı müsahibə verən şəxslərin barəsində söz açdıqları konkret mövzu arxa plana keçməməli, spekulyativ yanaşmalardan uzaq durulmalıdır. Çünki bütün bunlar media orqanlarına və jurnalistlərə etimadsızlıq və inamsızlıq formalaşdırır. Etimadsızlıq və inamsızlıq mühiti isə medianın nüfuzunu aşağı salır, həmçinin, cəmiyyətin dolğun bilgilərlə təminatı prosesinə mənfi təsir göstərir.
Media və jurnalistlər onu da nəzərə almalıdırlar ki, müsahibə və ya janrından asılı olmayaraq, təqdim etdikləri bütün materiallar cəmiyyət üzvləri arasında kütləvi qıcıq yaratmamalı, insanların faydalı biliklər əldə etməsini, onların dünyagörüşlərinin yüksəlməsini təmin etməlidir. Əsl ictimai missiya məhz budur. Mətbuat Şurası bütövlükdə media cameəsini özünün ictimai missiyasına məsuliyyətlə və son dərəcə həssas yanaşmağa çağırır".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezidenti İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edib.Citypost.az xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Martin Çunqonqla görüşləri məmnunluqla xatırlandı.Parlamentlərarası İttifaqın Baş katibi Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər, həmçinin ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında Vaşinqtonda sülh gündəliyi ilə bağlı əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkələrimiz arasında artıq iqtisadi-ticari münasibətlərin başladığını və Azərbaycanın birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzərindəki məhdudiyyəti aradan qaldırdığını bildirdi.Azərbaycan Prezidentinin Ermənistanın paytaxtı İrəvan şəhərində...
05 May 2026, 13:54
Kaya Kallas Azərbaycana səfərə gəlib
Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-Prezidenti Kaya Kallas Azərbaycana səfərə gəlib.Bu barədə APA-ya Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən bildirilib.“Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam”, - Kallas qeyd edib.Onun sözlərinə görə, xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.“Əlbəttə ki, insan hüquqları üzrə açıq və səmimi dialoq bizim fəaliyyətimizin ayrılmaz hissəsi olaraq qalır", - Aİ rəsmisi əlavə edib....
05 May 2026, 13:40
Nicat Qocayev müavin təyin olundu
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi Nicat Qocayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İxtisaslaşdırılmış sosial xidmətlər üzrə Mərkəzi Filialının müdir müavini təyin olunub.Citypost.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
05 May 2026, 13:09
Mağazadan 12500 manatlıq qızıl oğurlanıb
Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanılıb.Citypost.az-a DİN-ə istinadən xəbər verir ki, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.Araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....
05 May 2026, 12:53
Dini ekstremist materiallar yaymaqda ittiham edilən şəxsə hökm oxunub
Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Sayadov Orxan Fazil oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.APA xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.İttihama görə, Orxan Sayadov barəsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 283.1-1-ci (dini nifrət və düşmənçiliyin salınması dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddələri ilə ittiham irəli...
05 May 2026, 12:46
Sabahın hava proqnozu açıqlanıb
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 11-14° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 60-65% təşkil edəcək.Azərbaycanın rayonlarında gözlənilən havaAzərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda...
05 May 2026, 12:41