Bizə yazın

Baku

-°C

USD

-

Lerikdə 14 kq narkotik aşkarlanıb 

Cəmiyyət 05 May 2026, 15:32

399

Lerikdə 14 kiloqram narkotik vasitə və həblər aşkarlanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş külli miqdarda narkotik vasitə və psixotrop tərkibli həblərin paytaxta gətirilərək realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat zamanı 29 yaşlı Azər Vəlibəyov, 30 yaşlı Ziya Məhərrəmzadə və 36 yaşlı A. Cəbiyeva saxlanılıblar. Onlardan 14 kiloqram marixuana və 4490 ədəd metadon həbi aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün yeni QƏRAR

Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklikləri təsdiq edib.Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur."Təhsil haqqında" Qanuna dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini...

05 May 2026, 16:29

Nurəli Yusifbəyli rektor təyin olundu- SƏRƏNCAM

Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

05 May 2026, 16:27

Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək.Bu barədə Citypost.az-a Komitədən məlumat verilib.Qeyd edilib ki, Komitə sədrinin qəbulu mayın 14-ü saat 11:00-dan etibarən Xızı rayonundakı Heydər Əliyev Mərkəzində planlaşdırılıb.Bildirilib ki, qəbulda Xızı və Siyəzən rayon sakinlərinin müraciətlərinə baxılacaq.

05 May 2026, 16:18

Tramp: ABŞ İran ordusunu məhv etmək niyyətində deyil 

ABŞ hərbi qüvvələri İran ordusu ilə müqayisədə SEPAH-a daha çox zərbələr endirib.Citypost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcı Haq Hevitin verilişində deyib.Trampın sözlərinə görə, ABŞ İran ordusunu məhv etmək niyyətində deyil.“Biz məqsədyönlü şəkildə onlara çox da zərbə endirmirdik, çünki düşünürük ki, onlar daha mötədildirlər”, - ABŞ Prezidenti əlavə edib. (APA)

05 May 2026, 16:14

Fransızlar Zəngəzurda tunel inşa edəcək 

Ermənistan və Fransa arasında nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş yeni razılaşma əldə olunub.Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.O qeyd edib ki, mayın 5-də Fransanın lideri Emanuel Makronun dövlət səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlər arasında “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi hesab olunan Bərgüşad tunelinin tikintisinə dair saziş də yer alıb.Onun sözlərinə görə, layihə Ermənistanın tranzit imkanlarının genişləndirilməsi və regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Qeyd edək ki, Bərgüşad tuneli Zəngəzur silsiləsində yerləşir və Qərbi Zəngəzurun Qacaran, Qafan və Sisian rayonlarının ərazisini əhatə edir....

05 May 2026, 16:01

Moskva aeroportları PUA hücumu səbəbindən fəaliyyətini dayandırıb 

Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb.APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb Ukraynanın Moskvaya PUA hücumu olub.Şeremetyevo hava limanının mətbuat xidməti müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Uçuş cədvəlində dəyişikliklərin mümkünlüyü barədə xəbərdarlıq olunub.Vnukovo, Domodedovo və Jukovski bütün təyyarələrin gəlişini və uçuşunu dayandırdığını açıqlayıb.Məhdudiyyətlərin "Xalça" planı səbəbindən tətbiq edildiyi bildirilib.

05 May 2026, 15:39