Prezident 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub
Cəmiyyət 05 May 2026, 15:26
359
Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bakı Ekspo Mərkəzində 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu - “Caspian Agro Week” və 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” ilə tanış olublar.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Adil Kərimli Beyləqanda vətəndaş qəbulu keçirəcək
Mədəniyyət naziri Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edəcək.Bu barədə Citypost.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, vətəndaş qəbulu 22 may saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində olacaq.Qəbul Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd rayonlarından olan vətəndaşlar üçün nəzərdə tutulub.
05 May 2026, 17:00
Minatəmizləmə zamanı həlak olanların ailə üzvləri üçün yeni QƏRAR
Minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklikləri təsdiq edib.Vergi Məcəlləsinə edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını nəzərdə tutur."Təhsil haqqında" Qanuna dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq ölkənin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini...
05 May 2026, 16:29
Nurəli Yusifbəyli rektor təyin olundu- SƏRƏNCAM
Nurəli Adil oğlu Yusifbəyli Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilib.Citypost.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
05 May 2026, 16:27
Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Xızıda vətəndaş qəbulu keçirəcək.Bu barədə Citypost.az-a Komitədən məlumat verilib.Qeyd edilib ki, Komitə sədrinin qəbulu mayın 14-ü saat 11:00-dan etibarən Xızı rayonundakı Heydər Əliyev Mərkəzində planlaşdırılıb.Bildirilib ki, qəbulda Xızı və Siyəzən rayon sakinlərinin müraciətlərinə baxılacaq.
05 May 2026, 16:18
Tramp: ABŞ İran ordusunu məhv etmək niyyətində deyil
ABŞ hərbi qüvvələri İran ordusu ilə müqayisədə SEPAH-a daha çox zərbələr endirib.Citypost.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp radio aparıcı Haq Hevitin verilişində deyib.Trampın sözlərinə görə, ABŞ İran ordusunu məhv etmək niyyətində deyil.“Biz məqsədyönlü şəkildə onlara çox da zərbə endirmirdik, çünki düşünürük ki, onlar daha mötədildirlər”, - ABŞ Prezidenti əlavə edib. (APA)
05 May 2026, 16:14
Fransızlar Zəngəzurda tunel inşa edəcək
Ermənistan və Fransa arasında nəqliyyat infrastrukturunun inkişafına yönəlmiş yeni razılaşma əldə olunub.Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan məlumat verib.O qeyd edib ki, mayın 5-də Fransanın lideri Emanuel Makronun dövlət səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Bu sənədlər arasında “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin mühüm hissəsi hesab olunan Bərgüşad tunelinin tikintisinə dair saziş də yer alıb.Onun sözlərinə görə, layihə Ermənistanın tranzit imkanlarının genişləndirilməsi və regionda nəqliyyat əlaqələrinin gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Qeyd edək ki, Bərgüşad tuneli Zəngəzur silsiləsində yerləşir və Qərbi Zəngəzurun Qacaran, Qafan və Sisian rayonlarının ərazisini əhatə edir....
05 May 2026, 16:01