Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi başa çatır 

Cəmiyyət 25 May 2026, 15:11

246

Azərbaycanda seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başa çatır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinə əsasən, məntəqə seçki komissiyaları hər il fevralın 5-dək öz ərazilərində seçici siyahılarını dəqiqləşdirərək dairə seçki komissiyalarına (DSK) təqdim etməlidirlər.

DSK-lar ən gec aprelin 5-dək seçki dairələri üzrə dəqiqləşdirilmiş ilkin seçici siyahılarını Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim etməlidir. MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirməlidir. Seçicilərin daimi siyahısı hər bir seçki məntəqəsi üzrə məntəqə seçki komissiyası tərəfindən MSK-nın müəyyənləşdirdiyi formada hər il mayın 30-dək təsdiq edilməlidir.

MSK sabah seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə yekun vuracaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Eurohome”un  fəaliyyəti dayandırılıb

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 2 ünvanında yerləşən “Eurohome” tikinti materiallarının satışı bazarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.Citypost.az-a xəbər verir ki, bu barədə FHN-dən bildirilib.Məlum olub ki, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən yanğın təhlükəsi törədə bilən keçirici müqavimətin əmələ gəlməməsi üçün kabel və naqillərin birləşmə sahələri və sonluqları xüsusi sıxaclarla və ya qaynaq yolu ilə bərkidilməyib, izolyasiyası zədələnmiş nasaz elektrik avadanlıqlarından istifadə olunur və elektrik naqilləri yanar materialların üzəri ilə çəkilib; obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə tam...

25 May 2026, 15:55

TƏBİB: WUF13-ün keçirildiyi günlərdə 52 nəfərə tibbi xidmət göstərilib 

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə tədbir iştirakçıları tərəfindən ümumilikdə 52 müraciət daxil olub.Citypost.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.Qeyd olunub ki, sessiyanın keçirildiyi ərazidə və digər ayrılmış məkanlarda xidmət göstərən təcili tibbi yardım briqadalarına müraciət edən şəxslərdən 10 nəfər müxtəlif tibb müəssisələrinə təxliyə olunub. Onlardan 1 nəfərə Kliniki Tibbi Mərkəzdə, 1 nəfərə Mərkəzi Neftçilər Xəstəxanasında, 2 nəfərə Sabunçu Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Məhəmmədi Modul Tipli Xəstəxanasında, 6 nəfərə isə Yeni Klinikada tibbi xidmət göstərilib. Müraciət edən digər şəxslərə isə yerində ambulator tibbi yardım göstərilib.Məlumat üçün bildirək ki,...

25 May 2026, 15:52

Bayram günlərində Bakı metropolitenində hərəkət qrafiki dəyişdiriləcək 

Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar mayın 27-31-də Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.Bu barədə Citypost.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.Məlumata görə, zəruri ehtiyat tədbirlər nəzərə alınmaqla, qeyd edilən tarixlərdə “28 May-Əhmədli” və əksinə istiqamətdə interval 2 dəqiqə 30 saniyə, “Həzi Aslanov-Əhmədli” sahəsində 7 dəqiqə təşkil edəcək.Bənövşəyi xətdə qatarların hərəkəti şənbə-bazar günlərinin qrafiki üzrə təşkil olunacaq. “Cəfər Cabbarlı-Xətai” sahəsində mövcud hərəkət cədvəli qüvvədə qalacaq.“Bakmil” istiqamətində və əksinə qatarların hərəkəti şənbə günü qrafiki ilə tənzimlənəcək.Stansiyalarda ümumi nəzarət mexanizmləri artırılacaq, növbətçilik cədvəli əsasında işçi qüvvəsi ayrılacaq.Ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılması üçün hazır vəziyyətdə saxlanılacaq....

25 May 2026, 15:42

Məscidlərdə vakant vəzifələrə 64 qadın müraciət edib 

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibə mərhələsinə 64-ü qadın olmaqla, 230 nəfər müraciət edib.Bu barədə Citypost.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.Qeyd edilib ki, müsahibənin iyunun 8-9-da keçiriləcək birinci mərhələsində qadın dini ayinlərin icraçısı, iyunun 10-19-nu əhatə edəcək ikinci mərhələsində isə imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.Bildirilib ki, müsahibələr 62 vakant vəzifə - 18 imam, 31 imam müavini, 9 dini ayinlərin icraçısı-müəzzin, 4 qadın dini ayinlərin icraçısı üzrə aparılacaq.Dövlət Komitəsinin yaratdığı Müsahibə komissiyasının aparacağı seçimlər Azərbaycan İlahiyyat İnstitutunda təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin...

25 May 2026, 15:38

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub 

Şuşanın Böyük Qaladərəsi kəndinə ilk köç olub.Citypost.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.Böyük Qaladərəsi kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.Bu mərhələdə Böyük Qaladərəsi kəndinə 14 ailə - 64 nəfər köçürülüb.

25 May 2026, 15:28

Kuba Prezidenti Azərbaycan liderini təbrik edib 

Kuba Respublikasının Prezidenti Migel Dias-Kanel Bermudes Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Zati-aliləri cənab Prezident.Ölkənizin milli bayramı münasibətilə Sizə və dost Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.İki ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi naminə fəaliyyətimizi davam etdirmək əzmimizi bir daha təsdiqləyirəm.Sizə ən yüksək hörmət və ehtiramımı bildirirəm".

25 May 2026, 15:23