Məscidlərdə vakant vəzifələrə 64 qadın müraciət edib
Cəmiyyət 25 May 2026, 15:38
349
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçiriləcək müsahibə mərhələsinə 64-ü qadın olmaqla, 230 nəfər müraciət edib.
Bu barədə Citypost.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, müsahibənin iyunun 8-9-da keçiriləcək birinci mərhələsində qadın dini ayinlərin icraçısı, iyunun 10-19-nu əhatə edəcək ikinci mərhələsində isə imam, imam müavini, dini ayinlərin icraçısı-müəzzin vakansiyaları üzrə müraciət edən namizədlərin seçimi aparılacaq.
Bildirilib ki, müsahibələr 62 vakant vəzifə - 18 imam, 31 imam müavini, 9 dini ayinlərin icraçısı-müəzzin, 4 qadın dini ayinlərin icraçısı üzrə aparılacaq.
Həmçinin oxuyun
Dövlət Komitəsinin yaratdığı Müsahibə komissiyasının aparacağı seçimlər Azərbaycan İlahiyyat İnstitutunda təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.
Müsahibənin nəticələri keçirildiyi gün Komitənin rəsmi internet saytında (scara.gov.az) yerləşdiriləcək.
Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ölkə başçısı:Biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik
"Qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bununla əlaqədar bəzi rəqəmləri səsləndirmək istərdim".APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib."Bu, xüsusilə özəl sektora göndərilən siqnal və mesaj olacaq. Çünki dövlət qurumları bu rəqəmləri bilirlər. Özəl sektor nümayəndələrinin də Dövlət Proqramının icrasında xüsusi rolu olmalıdır. Burada biznes nümayəndələrinin, əlbəttə ki, məsuliyyəti ön planda olmalıdır. Öz ölkələrinə olan bağlılıq və sərmayə qoyuluşu üçün daha münbit şərait olmalıdır....
25 May 2026, 16:20
Dövlətə xəyanətdə ittiham olunan Azər Bağırova hökm oxunub
DTX tərəfindən keçirilmiş tədbirlər nəticəsində xaricdə tutularaq Azərbaycana gətirilmiş, casusluq formasında dövlətə xəyanətdə ittiham olunan Azər Bağırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.APA-nın əldə etdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Azər Bağırov 16 il 06 ay müddətinə azadlıqdan məhrum edilib. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Məhkəmə baxışı zamanı müəyyən edilib ki, Azər Bağırov xarici xüsusi xidmət orqanı nümayəndələrinin tapşırığı ilə digər ölkənin ərazisində casusluq fəaliyyəti ilə məşğul olub, hərbi və strateji obyektlərinin yerləşdiyi ərazilərin foto-video çəkilişlərini, məkan məlumatlarını toplayaraq ötürüb və sair əməllər törədib.Azər Bağırovun necə ifşa olunduğunun...
25 May 2026, 16:19
Azərbaycan lideri:Bizim dünya miqyasında çox yüksək reputasiyamız var
Bizim beynəlxalq əlaqələrimiz çox genişdir. Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı ildən-ilə artır.Citypost.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib.“Bizim dünya miqyasında çox yüksək reputasiyamız var, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər”, - deyə dövlətimizin başçısı əlavə edib....
25 May 2026, 16:18
İlham Əliyev:Bizim böyük ixrac potensialımız yaradılmışdır
"Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir".Citypost.az xəbər verir ki, bunu kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Prezident İlham Əliyev deyib."Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur....
25 May 2026, 16:16
Qəbul imtahanlarında “köməklik” göstərən şəxslərə hökm oxundu
Ali məktəblərə qəbul və buraxılış imtahanlarında istifadə üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.Citypost.az xəbər verir ki, bu gün Gəncə şəhər Məhkəməsində hakim Liza Xanməmməovanın sərdirliyi ilə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən İslam Babayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Ayxan Məmmədov və Murad Məmmədova azadlığın məhdudlaşdırılması cəzası tətbiq olunub.Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş prokuror yanında Korrupsiyaya...
25 May 2026, 16:06
İranda qəzada həlak olan konsulumuz dəfn olundu
Göyçay rayonunun Alxasava kəndində İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.Citypost.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.R.İmranovun nəşi rayonun Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.Qeyd edək ki, R.İmranov mayın 23-də Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub....
25 May 2026, 16:00