Bizə yazın

Baku

-°C

USD

-

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Cəmiyyət 25 May 2026, 11:52

352

Mayın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib.

Citypost.az xəbər verir ki, dövlət başçısı müşavirədə nitq söyləyib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

DİN və DSX birgə məlumat yayıb 

Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi birgə narkotik əməliyyatı keçirib.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az-a verilən məlumata görə, may ayının 23-də Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində DSX və DİN əməkdaşlarının birgə keçirdiyi kompleks əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 130 qram narkotik vasitə və 2890 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....

25 May 2026, 12:18

Ceyhun Bayramov ABŞ-a yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
 
Citypost.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşılıb.Qeyd edilib ki, səfər çərçivəsində, 26 may tarixlərində nazir Ceyhun Bayramovun BMT Təhlükəsizlik Şurasının “BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin qorunması və BMT mərkəzli beynəlxalq sistemin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli iclasda çıxışı, habelə yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub....

25 May 2026, 12:13

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Masallı rayonuna səfər edib.Citypost.az xəbər verir ki, səfər çərçivəsində Leyla Əliyeva rayonun tarixi və dini-mədəni abidələrindən biri olan Masallı Cümə məscidini ziyarət edib, məscidin tarixi və memarlıq xüsusiyyətləri ilə yaxından tanış olub.Bildirilib ki, Masallı şəhərinin mərkəzində yerləşən Cümə məscidi 1846-cı ildə şəhər sakinləri və yerli xeyriyyəçilərin maliyyə dəstəyi ilə inşa olunub. Müstəqillik illərində məscid bərpa edilərək yenidən ibadətgah kimi fəaliyyətə başlayıb. Sonrakı illərdə dövlət tərəfindən əsaslı təmir olunan məscid 2001-ci ildə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısına daxil edilib.Sonda Leyla Əliyevaya "Qurani-Kərim” hədiyyə olunub....

25 May 2026, 12:05

Mayın 17-də 9 illik bazada keçirilmiş imtahanlar təkrar təşkil ediləcək 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında keçirilən imtahanın 21 iyun tarixində təkrar keçirilməsi nəzərdə tutulur.Bu barədə Citypost.az=a DİM-dən məlumat verilib.Təkrar imtahana yalnız qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər 25-27 may tarixlərində verilən keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.17 may tarixində imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir. İmtahanda iştirak etmiş abituriyentlər...

25 May 2026, 10:55

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı yanğın-xilasetmə işlərinin təşkili” mövzusunda təlim keçirilib.Citypost.az  FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd dəmir yolu nəqliyyatında baş verə bilən qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi və yanğınla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi olub.Təlim zamanı xilasedicilər tərəfindən dəmir yolu nəqliyyatında baş vermiş şərti qəza zamanı “zərərçəkmişlər” xilas edilərək onlara “ilkin yardım” göstərilib, həmçinin yaranmış “yanğın qısa müddətdə söndürülüb”.Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib....

25 May 2026, 10:45

Ceyhun Məmmədov: “Valideyn müdaxiləsi boşanmaları artırır”

Milli Məclisin deputatı Ceyhun Məmmədov boşanmaların artmasında valideynlərin roluna dair açıqlama verib.Citypost.az xəbər verir ki, deputat bildirib ki, əvvəlki dövrlərdə valideynlər övladlarına ailəni qorumağı, problemləri qarşılıqlı anlayışla həll etməyi tövsiyə edirdilər. Deputatın sözlərinə görə, yeni qurulan ailələrdə müəyyən fikir ayrılıqları və anlaşılmazlıqların olması təbii haldır və bu mərhələ hər bir ailədə yaşanır.Ceyhun Məmmədov qeyd edib ki, fərqli mühitdə böyümüş iki insanın bir ailəyə uyğunlaşması zaman tələb edir. Lakin hazırda bəzi hallarda əks tendensiya müşahidə olunur — kiçik problemlərdə belə valideynlərin məsələyə müdaxilə etməsi və tərəflərin bir-birinə qarşı yönləndirilməsi ailədaxili münasibətləri daha da gərginləşdirir.Deputat vurğulayıb ki, bəzi valideynlərin “narahat olma, qayıt...

25 May 2026, 10:37