Bizə yazın

Baku

-°C

USD

-

Ceyhun Məmmədov: “Valideyn müdaxiləsi boşanmaları artırır”

Cəmiyyət 25 May 2026, 10:37

435

Milli Məclisin deputatı Ceyhun Məmmədov boşanmaların artmasında valideynlərin roluna dair açıqlama verib.

Citypost.az xəbər verir ki, deputat bildirib ki, əvvəlki dövrlərdə valideynlər övladlarına ailəni qorumağı, problemləri qarşılıqlı anlayışla həll etməyi tövsiyə edirdilər. Deputatın sözlərinə görə, yeni qurulan ailələrdə müəyyən fikir ayrılıqları və anlaşılmazlıqların olması təbii haldır və bu mərhələ hər bir ailədə yaşanır.

Ceyhun Məmmədov qeyd edib ki, fərqli mühitdə böyümüş iki insanın bir ailəyə uyğunlaşması zaman tələb edir. Lakin hazırda bəzi hallarda əks tendensiya müşahidə olunur — kiçik problemlərdə belə valideynlərin məsələyə müdaxilə etməsi və tərəflərin bir-birinə qarşı yönləndirilməsi ailədaxili münasibətləri daha da gərginləşdirir.

Deputat vurğulayıb ki, bəzi valideynlərin “narahat olma, qayıt gəl, mən sənə baxaram” kimi yanaşmaları problemi həll etmir, əksinə ailə institutuna zərər vurur və boşanma riskini artırır.

Onun sözlərinə görə, bu prosesin ən ağır nəticəsini uşaqlar və ümumilikdə cəmiyyət yaşayır. Ceyhun Məmmədov ailə məsələlərinə daha məsuliyyətli və sağlam düşüncə ilə yanaşılmasının vacibliyini qeyd edib.

Yusif

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Mayın 17-də 9 illik bazada keçirilmiş imtahanlar təkrar təşkil ediləcək 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında keçirilən imtahanın 21 iyun tarixində təkrar keçirilməsi nəzərdə tutulur.Bu barədə Citypost.az=a DİM-dən məlumat verilib.Təkrar imtahana yalnız qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər 25-27 may tarixlərində verilən keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.17 may tarixində imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir. İmtahanda iştirak etmiş abituriyentlər...

25 May 2026, 10:55

FHN-in Sumqayıt Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən “Dəmir yolu nəqliyyatında baş vermiş qəzalar zamanı yanğın-xilasetmə işlərinin təşkili” mövzusunda təlim keçirilib.Citypost.az  FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd dəmir yolu nəqliyyatında baş verə bilən qəzalar zamanı zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin gücləndirilməsi və yanğınla mübarizə sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi olub.Təlim zamanı xilasedicilər tərəfindən dəmir yolu nəqliyyatında baş vermiş şərti qəza zamanı “zərərçəkmişlər” xilas edilərək onlara “ilkin yardım” göstərilib, həmçinin yaranmış “yanğın qısa müddətdə söndürülüb”.Uğurla keçirilmiş təlimin yekununda əldə olunmuş nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib....

25 May 2026, 10:45

Nazir müavini: Azərbaycanda 400-ə yaxın afrikalı tələbə təhsil alır 

Son bir neçə ildə Azərbaycanın Afrika ölkələri ilə münasibətləri nəzərəçarpacaq dərəcədə yaxın və fəal olub. Biz bunu yalnız rəsmi görüşlərdə və ya sazişlərdə deyil, insanlararası əlaqələrdə, akademik əməkdaşlıqda və xüsusilə Azərbaycan universitetlərində təhsil alan afrikalı tələbələrin sayının artmasında görürük.Citypost.az xəbər verir ki, bunu Azərbaycanın Elm və Təhsil nazirinin müavini Kənan Kərimzadə “Afrika Günü” nə həsr olunan konfransdakı çıxışında deyib.“Bu gün Azərbaycan universitetlərində 40 Afrika ölkəsindən 360-dan çox afrikalı tələbə təhsil alır. Biz bu tələbələrlə görüşəndə, onlarla söhbət edəndə və onların təcrübələrini dinləyəndə anlayırıq ki, bu əməkdaşlıq yalnız institusional deyil, həm də şəxsi və insani xarakter daşıyır.Eyni zamanda qeyd etmək istərdim...

25 May 2026, 10:27

XTQ-də hərbi vəzifəlilərlə təlim toplanışı keçirilib 

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2026-cı il üçün təsdiq etdiyi hazırlıq planına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilib.Bu barədə Citypost.az-a Müdafiə nazirliyindən məlumat verilib.Məlumatda bildirilib ki, səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində keçirilən toplanışın əsas məqsədi iştirakçıların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsidir.Toplanış zamanı hərbi vəzifəlilərlə atəş, taktiki, sıra, fiziki, ictimai-siyasi və digər hazırlıqlar üzrə məşğələlər keçirilib, eləcə də vətənpərvərlik istiqamətində maarifləndirici söhbətlər aparılıb....

25 May 2026, 10:13

Dələduzluqda ittham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək 

Dələduzluqda ittham olunan şəxs Ukraynadan Azərbaycana ekstradisiya ediləcək.Citypost.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.Məlumata görə, Baş Prokurorluğun Ukraynanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Cabbarov Şahlar Qənaət oğlunun ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.Nəsimi rayon polis idarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Şahlar Cabbarov təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.Bu səbəbdən Şahlar Cabbarovun Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli...

25 May 2026, 10:08

Qurban bayramı ilə bağlı fətva verilib, bayram namazının vaxtı açıqlanıb 

AMEA Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən Azərbаycаn üfüqündə Hilalın görünməsinə uyğun olaraq Qurbаn bаyrаmı Zül-hiccə ayının 10-na – Miladi təqvimlə 27 may tarixinə təsadüf edəcək.Bu barədə Citypost.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib."Bu il Türk Dövlətləri Təşkilatı Dini idarə rəhbərləri Şurasının 18 may 2026-cı ildə qəbul edilən yekdil fətvası ilə bayram günü 27 may tarixi kimi təsdiqlənib. Şəriətə uyğun olaraq Qurban kəsimi 27 may tarixindən başlayaraq 3 gün davam edə bilər. May ayının 27-də məscidlərimizdə Bayram namazları qılınacaq.Аzərbаycаndа Qurbаn Bаyrаmı günləri dövlət tərəfindən qeyri-iş günü elаn edilib. Dövlətimizin dindarlara olan özəl diqqətinə görə təşəkkürümüzü bildirir, milli-mənəvi dəyərlərimizin hamisi dövlət başçımız Zati-aliləri...

25 May 2026, 10:00