Bizə yazın

Baku

-°C

USD

-

Etibarnamə mənzil satmaq hüququ verirmi?   

Cəmiyyət 29 May 2026, 08:34

613

Bir çox hallarda xaricdə yaşayan vətəndaşlar Azərbaycandakı əmlaklarının idarə olunmasını yaxın qohumlarına həvalə edirlər. Lakin sadəcə “mənzilimi sat” demək və ya ümumi etibarnamə vermək daşınmaz əmlakın satışına hüquqi əsas yaratmır.

Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, etibarnamə bir şəxsin öz adından müəyyən hərəkətləri həyata keçirmək üçün başqa şəxsə verdiyi səlahiyyətləri təsdiq edən hüquqi sənəddir. Bu sənəd vasitəsilə nümayəndə etibarnamə verən şəxsin adından qanunla nəzərdə tutulan əməliyyatları həyata keçirə bilir.

Mütəxəssislər bildirirlər ki, etibarnamələrin müxtəlif növləri mövcuddur və hər birinin əhatə etdiyi səlahiyyətlər fərqlənir. Daşınmaz əmlakın satılması, bağışlanması, dəyişdirilməsi və ya digər formada özgəninkiləşdirilməsi üçün xüsusi səlahiyyət nəzərdə tutan etibarnamə tələb olunur.

Belə ki, əgər bir şəxs digər şəxsə mənzilin, evin və ya digər daşınmaz əmlakın satılması ilə bağlı hüquq vermək istəyirsə, həmin şəxsə daşınmaz əmlak üzərində sərəncam vermək səlahiyyətini əks etdirən etibarnamə təqdim etməlidir. Bu etibarnamədə daşınmaz əmlakın satılması, alqı-satqı müqaviləsinin imzalanması, dövlət orqanlarında təmsilçilik və digər zəruri hüquqlar açıq şəkildə göstərilməlidir.

Qanunvericiliyə əsasən belə etibarnamələr notariat qaydasında təsdiq edilməlidir. Xarici ölkədə yaşayan şəxslər isə etibarnaməni həmin ölkədəki Azərbaycan səfirliyi və ya konsulluğunda, yaxud beynəlxalq hüquqi tələblərə uyğun qaydada rəsmiləşdirə bilərlər.

Hüquqşünaslar vətəndaşlara tövsiyə edirlər ki, daşınmaz əmlakla bağlı hər hansı əməliyyat aparılarkən etibarnamənin məzmununa xüsusi diqqət yetirsinlər. Çünki etibarnamədə satış səlahiyyəti ayrıca nəzərdə tutulmayıbsa, nümayəndə həmin əmlakı satmaq hüququna malik olmur. Bu səbəbdən əmlakın özgəninkiləşdirilməsi ilə bağlı etibarnamələrin düzgün və qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib edilməsi mühüm əhəmiyyət daşıyır.

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

“Çox gözəl oyunçudur, başqa qüvvələrə güvənir ” — Ayaz Salayevlə Kinematoqrafçılar İttifaqı ətrafında MÜSAHİBƏ   

Ötən gün Azərbaycan Kinematoqrafçılar İttifaqında qurultay keçirildi və Əli İsa Cabbarov sədr seçildi. Həmin andan kino adamları iki yerə bölündü. Müzakirələr hələ də səngiməyib — bəziləri bu seçimi yeni bir nəfəs kimi qarşılayır, bəziləri dərindən narahatla izləyir. Əməkdar incəsənət xadimi, kinorejissor və kinoşünas Ayaz Salayev ikinci qrupdandır. Onun üçün söhbət yalnız bir seçkidən getmir — bu, Azərbaycan kinosunun uzun illər boyu yığılıb bu günə gəlib çıxmış böhranının üzə vurulmasıdır. Sənətkarın vətəndaşlıq mövqeyi, ittifaqın missiyası, Rüstəm İbrahimbəyov faktoru və kino dünyasının içindən keçdiyi parçalanma — Ayaz Salayev bunların heç birindən yan keçmir. Və danışanda susmur.CityPost.az xəbər verir ki,Oxu24.com-un əməkdaşı gündəmi zəbt...

29 May 2026, 18:05

"Barselona" Julian Alvarez üçün 100 milyon avroluq rəsmi təklif göndərib

İspaniyanın "Barselona" klubu argentinalı hücumçu Julian Alvarez üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərib."Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.Müqaviləyə heç bir bonus və ya əlavə şərtlər daxil edilməyib. Bu durum Madrid təmsilçisini narazı salıb. Hücumçu özü isə klub rəhbərliyindən ayrılmaq üçün icazə istəyib.Qeyd edək ki, 26 yaşlı Alvarez 2024-cü ildən "Atletiko"da çıxış edir.

29 May 2026, 17:48

Meksikada Müstəqillik Günü münasibətilə təntənəli konsert təşkil olunub

Meksika Deputatlar Palatasının və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Meksikadakı səfirliyimizin təşkilatçılığı ilə ölkənin tarixi San Lazaro Qanunvericilik Sarayında 28 May – Müstəqillik Günü təntənəli konsert proqramı ilə qeyd olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Meksika hökumətinin üzvləri, parlament nümayəndələri, diplomatik korpusun rəhbərləri və üzvləri, işgüzar, akademik və elmi dairələrin, media təmsilçiləri, həmçinin Azərbaycanın dostları və diaspor nümayəndələri iştirak ediblər.Azərbaycanın Meksikadakı səfiri Seymur Fətəliyev Müstəqillik Gününün tarixi əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan müsəlman Şərqində ilk dünyəvi, parlamentli və demokratik respublika kimi tarixə düşüb. Səfir qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlətçilik ənənələrinin formalaşması, demokratik institutların...

29 May 2026, 17:00

San-Marino regent kapitanları Prezident İlham Əliyevi təbrik edib

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.Citypost.az-ın məlumatına görə, mətndə deyilir:"Zati-aliləri.Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".

29 May 2026, 16:50

Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə edilir 

Mayın 29-u saat 16:00-a olan faktiki hava açıqlanıb.Bu barədə Citypost.az  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.Bakıda və Abşeron yarımadasında yağış, Yevlax, Qusar, Goranboy, Naftalan, Tərtər, Şabran, Sabirabadda isə arabir şimşək çaxır, yağış yağır.Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Şahdağda 28, Zəngilanda 21, Culfada 20, Şahbuz, Lerik, Yardımlı, Laçında 15 m/s-yə çatır....

29 May 2026, 16:34

Xankəndidə 4 növdə iş əlcəkləri istehsal ediləcək

Xankəndi şəhərində fəaliyyətə başlayan “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsində istehsal prosesi müasir texnologiyalar əsasında qurulub. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq.Müəssisədə işlə təmin olunan Xəyalə Babayeva AZƏRTAC-a müsahibəsində deyib: "Xankəndi şəhərindənəm. Çox sevinirəm ki, torpaqlarımız işğaldan azad olunub və mən belə bir müəssisədə işləyirəm. Burada operator kimi çalışıram. Dünən prezidentimiz bizim müəssisənin açılışında iştirak etdi və bizimlə həmsöhbət oldu. Bu,...

29 May 2026, 16:15