Bizə yazın

Baku

-°C

USD

-

Bəzi dağlıq  rayonlarda şimşək çaxacaq

Cəmiyyət 05 İyun 2026, 11:38

357

İyunun 5-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Citypost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək olub.

İyunun 4-də saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 mm, rayonun Düzyurd və Talakənd kəndlərinə, saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə də dolu düşüb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şair Əşrəf Veysəlli vəfat edib 

Şair Əşrəf Veysəlli vəfat edib.Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Poeziya bölməsinin rəhbəri, şair İbrahim İlyaslı məlumat verib.O bildirib ki, Əşrəf Veysəlli bu gün "Sumqayıt Hospital"da vəfat edib.Qeyd edək ki, Əşrəf Veysəlli 1938-ci ildə Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. Təhsilini başa vurduqdan sonra Sumqayıtda işləməyə başlayıb, o vaxtdan da bu şəhərdə yaşayıb. Ötən əsrin 50-ci illərindən ədəbi mühitdə olub....

05 İyun 2026, 13:40

Prezidentin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib 

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Ümumdünya Ətraf Mühit Günü ilə bağlı paylaşım edilib.Citypost.az xəbər verir ki, paylaşımda deyilir:"Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq naminə kollektiv səylərə verdiyi töhfəsinə yüksək qiymətin göstəricisidir".Azərbaycanın regionda ilk dəfə olaraq Ümumdünya Ətraf Mühit Günü ilə bağlı qlobal tədbirə ev sahibliyi etməsi mühüm hadisədir. Bu, Azərbaycanın beynəlxalq səviyyədə ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmənin artırılması sahəsində fəal roluna və planetimizi qorumaq… pic.twitter.com/YMSmF4hcwd— İlham Əliyev (@azpresident) June...

05 İyun 2026, 13:36

"İdrak" liseyində müəllimi güllələyən şagirdin məhkəməsi başladı 

akıda "İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.Citypost.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.Prosesdə təqsirləndirilən şəxsin vəkili və zərərçəkən iştirak etmədiyinə görə iclas iyunun 17-nə təxirə salınıb.Qeyd edək ki, hadisə fevralın 6-da paytaxtın Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş verib.Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumata görə, məktəbdə şagird tərəfindən odlu silahdan atəş açılmaqla müəllimə xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən şagird saxlanılıb. Fevralın 7-si Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində...

05 İyun 2026, 13:33

Hesablama Palatası Elm və Təhsil Nazirliyində tikinti və təmir xərclərini yoxlayıb 

Azərbaycan Hesablama Palatası Elm və Təhsil Nazirliyi, həmçinin onun tabeliyindəki Əsaslı Tikinti və Təchizat İdarəsi üzrə həyata keçirilmiş auditin yekun nəticələrini nəzərdən keçirib.Citypost.az xəbər verir ki, bu məsələ Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun sədrliyi ilə təşkil edilən Kollegiya iclasında müzakirəyə çıxarılıb.İclasda auditor Vüqar İbrahimovun hazırladığı auditor hesabatı dinlənilib və müzakirə olunub.Aparılmış audit dövlət büdcəsinin "Ümumdövlət xidmətləri" və "Təhsil" bölmələri çərçivəsində təhsil və məktəbəqədər təhsil müəssisələrinin tikili və avadanlıqlarının cari təmiri, qeyri-yaşayış binalarının əsaslı təmiri, eləcə də dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış maliyyə vəsaitlərinin istifadəsini əhatə edib.Müzakirələrin nəticəsində auditor hesabatının təsdiq edilməsi barədə qərar qəbul olunub. Bununla yanaşı, audit gedişində...

05 İyun 2026, 13:21

"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb 

"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb.Bu barədə Citypost.az-a klubun mətbuat xidmətindən bildirilib.Yevlax təmsilçisi Coy Sleyd Mikelslə başa çatan müqavilənin müddətini yeniləməyib.Qeyd edək ki, Ruandalı 30 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə bölgə komandasının heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub.

05 İyun 2026, 13:08

Sabahın hava proqnozu açıqlanıb 

İyunun 6-da gözlənilən hava şəraiti açıqlanıb.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bakıda və Abşeron yarımadasına gözlənilən hava şəraitiBildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.Sabah Azərbaycan rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var....

05 İyun 2026, 12:50