Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan Mərkəzi Bankı və Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb 

Cəmiyyət 05 İyun 2026, 12:22

1801

Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın ikinci toplantısı çərçivəsində Azərbaycan Mərkəzi Bankı ilə Macarıstan Mərkəzi Bankı arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Citypost.az-a AMB-dən bildirilib.

Məlumata görə, Memorandum iki qurum arasında əməkdaşlığın institusional və hüquqi əsaslarının möhkəmləndirilməsinə, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinə, həmçinin mərkəzi bankçılıq sahəsində qabaqcıl təcrübə və bilik mübadiləsinin təşviqinə xidmət edəcək.

Memorandum çərçivəsində monetar siyasət, bank nəzarəti, kapital bazarları, sığorta sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları və digər qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın dərinləşdirilməsi təmin ediləcəkdir. Bu məqsədlə görüşlərin, seminarların, təcrübə mübadilələrinin, təlim proqramlarının və işgüzar səfərlərin təşkili nəzərdə tutulur.

Memorandum həm mərkəzi bankçılığın, həm də bütövlükdə hər iki ölkənin maliyyə sektorunun inkişafına öz töhfəsini verəcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 

Xalq şairi Nəriman Həsənzadə yenidən süni tənəffüs aparatına qoşulub.Citypost.az xəbər verir ki, bu barədə APA-ya şairin köməkçisi Arif Mehmandost məlumat verib."Səhhəti yaxşılığa doğru gedirdi, amma yenidən ağırlaşdı. Buna görə də yenidən süni tənəffüs aparatına qoşulub", – deyə köməkçisi bildirib.

26 İyul 2026, 12:26

Dənizdə batan Ümid müstəntiq işləyirmiş 

Xəbər verdiyimiz kimi, dünən Sumqayıt şəhəri, Corat qəsəbəsində Hüseyinli Ümid Taməddin oğlu adlı şəxs batıb.CityPost.az  “Unikal”a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Ümid Qubadlı rayon prokurorluğunda müstəntiq işləyirmiş.

26 İyul 2026, 11:41

İlham Əliyev: Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 

Azərbaycan Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzuya təbrik məktubu ünvanlayıb.CityPost.az  xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Maldiv Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın genişlənməsi bizi sevindirir. İki ölkə arasında birbaşa uçuşların həyata keçirilməsi, habelə bu yaxınlarda ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi insanlararası təmasların, xüsusilə də turizmin inkişafına mühüm təkan vermişdir.İnanıram ki, bu il diplomatik əlaqələrin qurulmasının 20 illiyini qeyd edən ölkələrimiz arasında dostluq...

26 İyul 2026, 11:21

FHN: Bakıda evdə meyit tapılıb 

Bakıda evdə bir nəfərin meyiti tapılıb.Bu barədə  Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən 2 əməliyyat keçirilib.Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib, 1 nəfərin meyiti isə aidiyyəti üzrə təhvil verilib....

26 İyul 2026, 10:40

AKİ-də baş verənlərə etiraz: Tanınmış kino xadimləri bir araya gəldi

Azərbaycan Kinematoqrafçılar İttifaqında (AKİ) yaranmış vəziyyətlə bağlı bir qrup tanınmış kino xadimi və ziyalı birgə bəyanatla çıxış edib.Yenicag.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, AKİ-nin sədri, Xalq artisti Rasim Balayevin 29 mart 2026-cı il tarixində vəfat etməsindən sonra İttifaqa yeni sədrin seçilməsi zərurəti yaranıb.Qeyd olunub ki, yeni seçkilər ərəfəsində qurumun yaradıcılıq fəaliyyəti, maliyyə vəziyyəti və digər mühüm məsələlər kino ictimaiyyəti və seçicilər üçün xüsusi əhəmiyyət kəsb etdiyindən, AKİ-nin üzvü olan bir sıra tanınmış kino xadimləri və görkəmli ziyalılar birgə bəyanatla aidiyyəti dövlət orqanlarından seçki prosesinin Azərbaycan Respublikasının qanunvericiliyinə və İttifaqın Nizamnaməsinə uyğun, şəffaf və obyektiv şəkildə keçirilməsi istiqamətində peşəkar dəstək göstərilməsini...

26 İyul 2026, 09:39

Sumqayıtda 26 yaşlı oğlan dənizdə batıb 

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib....

25 İyul 2026, 22:20