Eldəniz Əmirov: Dövlət idarəçiliyində təşəbbüs yalnız son imzanı atan şəxsdən gəlmir
Cəmiyyət 08 İyun 2026, 10:18
1264
Dövlət idarəçiliyində qərarların təşəbbüsü və məsuliyyət mexanizmi ilə bağlı son günlər aparılan müzakirələrə münasibət bildirən iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, dövlət qərarlarının hazırlanması və qəbul edilməsi çoxşaxəli institusional prosesdir.
Citypost.az xəbər verir ki, ekspert sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə vurğulayıb ki, ölkə prezidenti il ərzində yüzlərlə fərman və sərəncam imzalayır. Onun sözlərinə görə, açıqlanan statistikaya əsasən, 2003–2023-cü illər ərzində Azərbaycan Prezidenti tərəfindən 6 mindən çox fərman və 14 mindən artıq sərəncam imzalanıb.
“Bu sənədlərin hər birinin ideyası, məzmunu və texniki əsaslandırılması birbaşa prezident tərəfindən hazırlanıb təqdim edilmir. Dövlət idarəetməsinin mahiyyəti də məhz bundan ibarətdir. Bəzi məsələlər üzrə siyasi iradə və birbaşa göstəriş ölkə başçısından gəlir, lakin qərarların böyük hissəsi aidiyyəti qurumlar tərəfindən hazırlanır, əsaslandırılır, razılaşdırılır və təqdim edilir”, – deyə o bildirib.
Eldəniz Əmirovun sözlərinə görə, dövlət idarəçiliyində “son imza kimindirsə, təşəbbüs də ondan gəlməlidir” yanaşması düzgün deyil.
İqtisadçı qeyd edib ki, Milli Məclis, Nazirlər Kabineti, mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət agentlikləri, komitələr, xidmətlər və digər dövlət qurumları yalnız qərarların icraçısı funksiyasını daşımır. Bu qurumlar eyni zamanda problemləri müəyyənləşdirən, təşəbbüslər hazırlayan, əsaslandırmalar təqdim edən və təkliflərlə çıxış edən institusional mexanizmlərdir.
Həmçinin oxuyun
“Dövlət idarəçiliyinin keyfiyyəti də məhz bununla ölçülür. Problemlər yalnız sosial narazılıq yarandıqdan və ya ictimai müzakirə predmetinə çevrildikdən sonra gündəmə gətirilməməlidir. Dövlət institutları cəmiyyətin ehtiyaclarını əvvəlcədən müəyyən etməli, onları təhlil etməli və müvafiq təşəbbüslərlə çıxış etməlidir”, – deyə ekspert vurğulayıb.
E.Əmirov hesab edir ki, belə təşəbbüslərin mütləq şəkildə ictimailəşdirilməsi də vacib deyil. Onun fikrincə, bir çox məsələlər peşəkar əsaslandırmalarla aidiyyəti dövlət qurumlarına təqdim oluna bilər və bu, institusional məsuliyyətin tərkib hissəsidir.
İqtisadçı ekspert sonda bildirib ki, dövlət idarəçiliyində “bu məsələ bizlik deyil” yanaşması passiv müdafiə mövqeyindən başqa bir şey deyil:
“Effektiv idarəetmə sistemi məsuliyyəti bir-birinin üzərinə atan deyil, təşəbbüs göstərən və problemlərin həllinə yönələn institutlar üzərində qurulur”.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Azərbaycan və Slovakiya məxfi məlumat mübadiləsinə dair saziş bağladı
Azərbaycan və Slovakiya arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş imzalanıb.Bu barədə Citypost.az-a Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) istinadən xəbər verir.Qeyd edilib ki, Slovakiya Milli Təhlükəsizlik Agentliyinin direktoru Roman Koneçninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyevlə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra aktual məsələləri müzakirə ediblər.Görüşün yekunu olaraq, ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə "Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in imzalanma mərasimi keçirilib....
22 İyul 2026, 20:30
Macarıstanın baş prokuroru istefa verib
Macarıstanda əvvəlki hakimiyyət dövründə təyin edilmiş baş prokuror Qabor Balint Nad istefa verib.Citypost.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Index" məlumat yayıb.Q.Nadın istefasının qəbul ediləcəyi təqdirdə onun səlahiyyətlərinə avqustun 25-də xitam veriləcək. O, bu vəzifədə bir ildən çox müddətdə çalışıb."Məhkəmə sisteminin, o cümlədən prokurorluğun nüfuzunun qorunması demokratik sistemin təməl daşlarından biridir. Prokurorluq siyasi mübarizə alətinə çevrilə bilməz. Bunu vurğulamaq üçün bu gün mən mandatımın avqustun 25-də başa çatması xahişi ilə istefa ərizəsi təqdim etdim", - baş prokuror bildirib.Baş nazir Peter Madyar Nadın istefa ərizəsini şərh edərək, ölkənin "daha bir Orbandan xilas olduğunu" bildirib....
22 İyul 2026, 20:05
Azərbaycan və Çexiya arasında aqrar-sənaye sahəsində əməkdaşlıq müzakirə olunub
İqtisadiyyat naziri Mikayıl Cabbarov Çex Respublikasının aqrar-sənaye sahəsində fəaliyyət göstərən "Agrofert" Şirkətlər Qrupunun Direktorlar Şurasının sədr müavini Peter Singr ilə görüşüb.Bu barədə Citypost.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.Qeyd olunub ki, görüşdə "Agrofert" Şirkətlər Qrupu ilə aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanları nəzərdən keçirilib.Görüşdə həmçinin iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişaf perspektivlərinə uyğun olaraq biznes subyektləri arasında əməkdaşlığın genişləndirilməsi və işgüzar əlaqələrin təşviqi məsələləri müzakirə olunub.Azərbaycanın əlverişli biznes və investisiya mühiti, qeyri-neft-qaz sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar və sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib.Tərəflər aqrar-sənaye, kimya sənayesi və enerji sektorlarında əməkdaşlıq imkanlarını, eləcə də investisiya layihələri üzrə...
22 İyul 2026, 19:44
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb
Dəmiryol Muzeyinə giriş qiymətləri ucuzlaşıb.Citypost.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.Məlumata görə, yeni tarifə əsasən, muzeyə giriş böyüklər üçün 50% endirimlə 5 AZN, məktəblilər üçün isə cəmi 2 AZN-dir."Bundan başqa, 65 və daha yuxarı yaşlı təqaüdçülər üçün muzeyə giriş artıq pulsuzdur.Qiymətsiz təcrübəni daha sərfəli qiymətə əldə etmək üçün dəmiryol muzeyini ziyarətə tələsin", - məlumatda vurğulanıb.
22 İyul 2026, 19:34
Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın başlayıb
Ağdam rayonunun Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib."Report"un Qarabağ bürosunun xəbərinə görə, yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.Yanğının başvermə səbəbi araşdırılır.
22 İyul 2026, 19:20
MEDİA-nın təşkilatçılığı ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
Bu gün Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə bir sıra rəsmi şəxslər iştirak ediblər.Açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının sədri, AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Azərbaycan milli mətbuatının 151 illik inkişaf yolunun ölkənin ictimai-siyasi və mədəni həyatında mühüm rol oynadığını bildirib.Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi media siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, medianın müstəqilliyinin gücləndirilməsi, peşəkar jurnalistikanın inkişafı və informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Vurğulanıb ki, milli mətbuatın zəngin ənənələrinin qorunması və gələcək...
22 İyul 2026, 19:07