Bizə yazın

Baku

-°C

USD

-

Baş prokuror Nərimanov rayonunda vətəndaşları qəbul edəcək 

Cəmiyyət 08 İyun 2026, 11:46

400

Baş prokuror Kamran Əliyev paytaxtın Nərimanov rayonunda vətəndaşları qəbul edəcək.

Baş Prokurorluğun Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, Baş prokuror Kamran Əliyev iyunun 12-də saat 10:00-da Nərimanov rayon prokurorluğunun inzibati binasında rayonun hüquq-mühafizə orqanlarının icraatında olan cinayət işləri və materiallar üzrə, o cümlədən prokurorluq orqanlarının fəaliyyətinə aid məsələlərlə bağlı konkret müraciət və ya şikayəti olan Nərimanov rayon sakinlərinin qəbulunu keçirəcək.

Vətəndaşlar qəbulla bağlı Nərimanov rayon prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07, (012) 361-14-22, (012) 361-01-48 nömrəli və Bakı şəhər prokurorluğunun (012) 361-02-44 nömrəli telefonları, [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Quzeyxırman və Güneyxırman kənd sakinləri mina təhlükəsi ilə bağlı maarifləndirilib 

Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman kəndlərinə qayıdan ailələr arasında sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı tədbir keçirilib.Bu barədə Citypost.az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.Bildirilib ki, "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunda keçmiş məcburi köçkünlər üçün bir sıra sosial müdafiə tədbirləri nəzərdə tutulur.Azad edilmiş ərazilərdə mina və partlayıcı hərbi sursatlarla bağlı təhlükənin aradan qaldırılması üçün ərazilərdə müvafiq təmizləmə işləri aparılmaqla yanaşı, əhalinin maarifləndirilməsi də həyata keçirilib.Vahid aylıq müavinətin daimi yaşayış yerinə geri qayıtmış şəxslər üçün üç il müddətində qüvvədə olacağı və mina təhlükəsi haqqında hazırlanmış videoçarxlar məcburi köçkünlər üçün...

08 İyun 2026, 13:11

Natiq Məmmədli: 18 yaşa qədər uşaq və gənclərdə rəqəmsal düşüncə formalaşdırılmalıdır 

18 yaşa qədər uşaq və gənclərdə rəqəmsal düşüncə formalaşdırılmalıdır.Citypost.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorun müavini Natiq Məmmədli parlamentdə İnzibati Xətalar Məcəlləsi, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlara dəyişiklik layihələrinin müzakirəsi zamanı çıxış edib.Onun sözlərinə görə, media qanunu ictimaiyyətə dəqiq çatdırmalıdır:"Qanun qadağandan daha çox uşaqlar üçün yeni imkanlar yaradan qanun kimi tətbiq edilməlidir. Biz uşaqlara lazımi informasiyalaedan istifadə etmələrini təklif etməliyik".Natiq Məmmədli deyib ki, rəqəmsal mühitdə maarifləndirici resurslar artırılmalıdır:"18 yaşa qədər rəqəmsal düşüncə uşaq və gənclərdə formalaşdırılmalıdır. Rəqəmsal reallığın pozitiv tərəfləri də çoxdur"....

08 İyun 2026, 12:40

Bayram günlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib 

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 15 iyun - Qurtuluş Günü və 26 iyun - Silahlı Qüvvələr Günündə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Vurğulanıb ki, sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur....

08 İyun 2026, 12:35

Təbriz küçəsində piyada və ictimai nəqliyyat infrastrukturu yenilənir 

Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, paytaxtda piyada və ictimai nəqliyyat infrastrukturunun yaxşılaşdırılması davam etdirilir.Citypost.az xəbər verir ki,  Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsində piyadaların, ictimai nəqliyyat və mikromobillik istifadəçilərinin rahatlığını təmin edən genişmiqyaslı layihənin icrasına başlanılır.Aparılan təhlillərə əsasən, Təbriz küçəsində piyadaların hərəkətinə mane olan bir sıra çatışmazlıqlar müəyyən edilib. Küçənin bir çox hissəsində səkilərin dar olması, nizamlanan piyada keçidlərinin olmaması piyadaların hərəkətini çətinləşdirir.Yol hərəkətinin təşkili baxımından dönmə və tranzit axınları arasında yaranan münaqişələr küçənin buraxıcılıq qabiliyyətini azaldır, nəqliyyatın...

08 İyun 2026, 12:10

İsrail İrana cavab zərbələri endirəcək 

İsrail öz ərazilərinin raket atəşinə tutulacağı halda İrana cavab vermək niyyətindədir."Report"un məlumatına görə, bunu İsrailin Baş nazirinin müşaviri Dmitri Gendelman sosial şəbəkə hesabında bəyan edib.O, həmçinin qeyd edib ki, "Hizbullah" qruplaşmasının gərginliyi davam etdirəcəyi təqdirdə İsrail Livana da zərbə endirəcək."İran tərəfindən hər hansı bir atəşə güclü cavab veriləcək. Livandan açılan hər hansı atəş Dahiyəyə zərbə ilə nəticələnəcək", - o yazıb.Qeyd edək ki, iyunun 7-dən 8-nə keçən gecə İran İsrailə raket zərbəsi endirib. Tehran bunu İsrail Müdafiə Ordusunun (IDF) "Hizbullah"a qarşı davam edən əməliyyatı ilə əsaslandırıb. Buna cavab olaraq IDF İranın mərkəzi və qərb rayonlarındakı hərbi obyektlərə zərbə endirib.ABŞ Prezidenti Donald...

08 İyun 2026, 12:05

Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər azyaşlı övladı zəhərlənib 

Bakıda mənzildə ata və 13 yaşlı oğlu dəm qazından ölüb, digər azyaşlı övladı zəhərlənib.APA-nın xəbərinə görə, iyunun 7-si saat 17 radələrində 20 Yanvar küçəsində mənzildə yaşayanlar 1974-cü il təvəllüdlü Əbülfəz Abıyev, onun oğlu 2013-cü il təvəllüdlü Kamran dəm qazından zəhərlənərək ölüblər.Ailənin digər övladı 2005-ci il təvəllüdlü Nurlan zəhərlənmə əlaməti xəstəxanaya çatdırılıb.Onun vəziyyətinin ağır olduğu bildirilir.Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır....

08 İyun 2026, 11:33