Bizə yazın

Baku

-°C

USD

-

Sahibə Qafarova İordaniya Nümayəndələr Palatasının sədri ilə görüşüb 

Cəmiyyət 22 İyun 2026, 14:47

443

İyunun 22-də ölkəmizdə rəsmi səfərdə olan İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisə gəlib. Qonaqları Milli Məclisin sədri Sahibə Qafarova qarşılayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Citypost.az verilən xəbərə görə, Nümayəndələr Palatasının sədri əvvəlcə Milli Məclisin plenar iclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan xatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlara baxıblar.

Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi buradakı Xatirə kitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Milli Məclisin sədri dünən qonaqların Prezident İlham Əliyevlə görüşü zamanı bir sıra mühüm məsələlərin müzakirə edildiyini qeyd edib. Spiker diqqətə çatdırıb ki, bu gün Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir.

Milli Məclisin sədri iki dost və qardaş ölkələr olan Azərbaycan ilə İordaniya arasında ikitərəfli münasibətlərin yüksək səviyyəyə çatdığını, bu sahədə ölkə başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm rol oynadığını vurğulayıb.

Bildirilib ki, ölkələrimiz arasında BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək də məmnunluq doğurur.

Spiker ötən ay Monteneqroda Aralıq Dənizi Parlament Assambleyasının parlament sədrlərinin birinci konfransı çərçivəsində qonaqla görüşünü xatırladaraq, ölkələrimiz arasında parlamentlərarası əlaqələrin mövcud səviyyəsini yüksək dəyərləndirib, bu münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin rolunu və parlament dostluq qruplarının fəaliyyətini vurğulayıb. O, İordaniya parlamentinin Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin işində yaxından iştirakından məmnunluğunu bildirib.

İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Əl-Qadi Azərbaycana səfərə dəvətə və görüşə görə təşəkkürünü bildirib. Dünən Prezident İlham Əliyevlə görüşünə dair təəssüratlarını bölüşən qonaq iki ölkə arasındakı münasibətlərin dövlət başçılarımızın təşəbbüsləri və səyləri ilə inkişaf etdiyini vurğulayıb.

Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci sessiyasının əhəmiyyətindən danışan qonaq, bu tədbirin mühüm məsələlərin müzakirəsində vacib platforma olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı Nümayəndələr Palatasının sədri parlamentlər arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi, investisiyaların təşviqi, humanitar, gənclərlə iş sahələrində əməkdaşlıq və digər mövzularda fikirlərini açıqlayıb. O, bu səfərin və Azərbaycan parlamentinin sədri ilə görüşünün parlamentlər arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkan olduğunu vurğulayıb.

Həmçinin parlamentlərin komitələri və dostluq qrupları arasında əməkdaşlıq imkanlarına diqqət yetirilib. O cümlədən, beynəlxalq parlament təşkilatlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Hüseyn Quliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib 

Hüseyn Rzaqulu oğlu Quliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Hüseyn Quliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.Qeyd edək ki, Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiridir.

22 İyun 2026, 15:30

Vüqar Rəhimzadə Culfada seçicilərlə görüşdü

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Gal və Şurud kənd mərkəzlərində seçiciləri ilə növbəti görüşlərini keçirib.Citypost.az xəbər verir ki, deputat görüşlərdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

22 İyun 2026, 15:25

Elsun Əhmədov daha 5 il 6 ay cəza aldı

Rüşvət almaq ittihamı ilə həbsdə olan Bərdə Rayon Məhkəməsinin sabiq hakimi Elsun Əhmədovla bağlı digər cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.Citypost.az xəbər verir ki, Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.Hökmə əsasən, Elsun Əhmədov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Elsun Əhmədov Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) maddəsi ilə ittiham edilib.Xatırladaq ki, Bərdə Rayon Məhkəməsinin keçmiş hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvlərindən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.İş üzrə...

22 İyun 2026, 15:20

Rusiya ordusu Ukraynaya məxsus 700-dən çox dronu vurub 

Rusiya son sutkada Ukraynaya məxsus 734 dronu vurub.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri son sutkada Ukraynanın təyyarə tipli 734 dronunu və idarə olunan 12 aviasiya bombasını vurub.Moskva meri Sergey Sobyanin isə son 24 saat ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus 84 dronun paytaxta yaxınlaşarkən vurulduğunu bildirib.O qeyd edib ki, heç bir ziyan və ya itki olmayıb....

22 İyun 2026, 15:00

Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb 

Moskvanın “Domodedovo”, “Şeremetyevo”, “Vnukovo” və “Jukovski” hava limanları müvəqqəti bağlanıb.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi-“Rosaviasiya” məlumat yayıb.Bildirilib ki, Moskvanın bütün aeroportlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunub.

22 İyun 2026, 13:58

Sabah bu rayonlarda bəzi ərazilərində qaz kəsiləcək 

Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonun Hazırəhmədli kəndi və Samux rayonun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

22 İyun 2026, 13:47