Hansı malları geri qaytarmaq mümkün deyil?
Hüquq 22 İyun 2026, 09:42
426
İstehlakçılar arasında geniş yayılmış fikirlərdən biri də odur ki, alınan istənilən mal müəyyən müddət ərzində satıcıya qaytarıla bilər. Lakin mütəxəssislər bildirirlər ki, bu qayda bütün məhsullara aid deyil və bəzi malların geri qaytarılması qanunvericiliklə məhdudlaşdırılıb.
Hüquqşünasların sözlərinə görə, geri qaytarılması və ya dəyişdirilməsi mümkün olmayan malların siyahısı insanların düşündüyü kimi mağazaların daxili qaydaları ilə deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilir. Söhbət Nazirlər Kabinetinin 114 nömrəli qərarı ilə təsdiq olunmuş siyahıdan gedir.
Citypost.az-ın məlumatına əsasən, mütəxəssislər qeyd edirlər ki, həmin siyahıya daxil edilən məhsullar istehlakçı tərəfindən istifadə edilməsə belə, müəyyən hallarda geri qaytarıla bilməz. Bunun əsas səbəbi həmin məhsulların gigiyenik, sanitariya və ya təhlükəsizlik baxımından xüsusi kateqoriyaya aid olmasıdır.
Qaydalara əsasən, qızıl və digər qiymətli metallardan hazırlanmış məmulatlar, parfümeriya və kosmetik vasitələr, şəxsi istifadə üçün nəzərdə tutulan bəzi məhsullar, çimərlik geyimləri və digər xüsusi təyinatlı mallar geri qaytarılması məhdudlaşdırılan məhsullar sırasındadır.
Hüquqşünaslar xüsusilə vurğulayırlar ki, vətəndaşların ən çox qarşılaşdığı məsələlərdən biri qida məhsulları ilə bağlıdır.
Belə ki, yararlılıq müddəti keçməmiş olsa belə, istehlakçı tərəfindən dəyəri ödənilərək mağazadan çıxarılmış qida məhsullarının geri qaytarılması və ya dəyişdirilməsi ümumi qayda olaraq mümkün deyil.
Mütəxəssislərin fikrincə, bu məhdudiyyət qida təhlükəsizliyi ilə bağlıdır. Çünki məhsul mağazadan çıxarıldıqdan sonra onun hansı şəraitdə saxlanıldığını və ya daşındığını müəyyən etmək mümkün olmur. Bu isə digər istehlakçıların sağlamlığı üçün risk yarada bilər.
Həmçinin oxuyun
Bununla yanaşı, hüquqşünaslar qeyd edirlər ki, məhsulun keyfiyyətsiz olması, yararlılıq müddətinin bitməsi, qüsurlu çıxması və ya istehlakçıya yanlış məlumat təqdim edilməsi hallarında vətəndaşların qanunla qorunan hüquqları mövcuddur. Belə hallarda istehlakçı məhsulun dəyişdirilməsini, pulunun geri qaytarılmasını və ya digər hüquqi tələblər irəli sürə bilər.
Mütəxəssislər vətəndaşlara alış-veriş zamanı məhsulun xüsusiyyətləri ilə əvvəlcədən tanış olmağı, kassa qəbzlərini saxlamağı və hər hansı mübahisəli vəziyyət yarandıqda istehlakçı hüquqlarının müdafiəsi üçün aidiyyəti qurumlara müraciət etməyi tövsiyə edirlər.
Belə yanaşma həm alıcıların hüquqlarının qorunmasına, həm də satıcı ilə istehlakçı arasında yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ər-arvad bir-birinin avtomobilini etibarnaməsiz idarə edə bilərmi?
Vətəndaşları maraqlandıran məsələlərdən biri də həyat yoldaşının adına olan avtomobilin etibarnamə olmadan idarə edilməsinin mümkün olub-olmamasıdır. Hüquqşünasların sözlərinə görə, qanunvericilik müəyyən hallarda ər və arvadın bir-birinin nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsinə imkan verir.Citypost.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, nikah dövründə əldə edilmiş əmlak, o cümlədən nəqliyyat vasitəsi Azərbaycan Respublikasının ailə qanunvericiliyinə əsasən ər və arvadın ümumi birgə mülkiyyəti hesab olunur. Bu səbəbdən də avtomobil yalnız bir tərəfin adına qeydiyyatda olsa belə, həmin nəqliyyat vasitəsi üzərində digər həyat yoldaşının da mülkiyyət hüququ yarana bilər.Hüquqşünasların qeyd etdiyi kimi, həyat yoldaşları avtomobil üzərində ümumi mülkiyyət hüquqlarını rəsmiləşdirərək notariat qaydasında nəqliyyat vasitəsinə...
22 İyun 2026, 10:44
Köhnə binaların həyətində şlaqbaum quraşdırmaq qanunidirmi?
Son illər avtomobillərin sayının artması ilə əlaqədar olaraq yaşayış binalarının həyətlərində parklanma yerlərinin qorunması məqsədilə şlaqbaumların quraşdırılması halları geniş yayılıb. Lakin bir çox sakinləri maraqlandıran əsas sual budur: köhnə binaların həyətində şlaqbaum quraşdırılması qanunidirmi?Citypost.az xəbər verir ki, hüquqşünasların sözlərinə görə, bu məsələ ilk növbədə həmin ərazinin hüquqi statusundan asılıdır. Belə ki, şlaqbaum yalnız sakinlərə məxsus olan həyətətrafı torpaq sahəsində və qanunvericiliyin tələblərinə uyğun şəkildə quraşdırıla bilər. Əgər nəzərdə tutulan ərazi dövlət torpağı, ümumi istifadədə olan yol sahəsi və ya hər kəsin sərbəst istifadə hüququ olan ərazi hesab edilirsə, həmin yerdə şlaqbaumun quraşdırılması qanunsuz sayılır.Mütəxəssislər bildirirlər ki, yeni tikili yaşayış komplekslərində...
22 İyun 2026, 08:45
Torpağın çıxarışı varsa, ev tikmək üçün icazə almaq lazımdırmı?
Torpaq sahəsinin çıxarışı olan vətəndaşları maraqlandıran əsas məsələlərdən biri də həmin ərazidə yaşayış evi tikmək üçün əlavə icazənin tələb olunub-olunmamasıdır. Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, evin kiçik və ya böyük olmasından asılı olmayaraq, yaşayış təyinatlı tikinti aparılarkən qanunvericiliklə müəyyən edilmiş prosedurlara əməl olunmalıdır.Mütəxəssislər bildirirlər ki, fərdi yaşayış evlərinin tikintisi üçün ilk növbədə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarışın olması vacibdir.Bundan sonra tikinti prosesi məlumatlandırma icraatı qaydasında həyata keçirilir. Bu zaman torpaq sahibinin müvafiq sənədlərlə birlikdə aidiyyəti dövlət qurumlarına müraciət etməsi tələb olunur.Qeyd edilir ki, müraciət zamanı torpaq sahəsinin çıxarışı ilə yanaşı, tikilməsi nəzərdə tutulan evin memarlıq-planlaşdırma sənədləri və...
19 İyun 2026, 10:50
Doğulmamış uşağa aliment təyin edilə bilərmi?
Ailə hüququ ilə bağlı vətəndaşların ən çox ünvanladığı suallardan biri hamiləlik dövründə boşanma və aliment məsələləri ilə əlaqədardır. Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, bu məsələlər qanunvericilikdə xüsusi qaydada tənzimlənir və tərəflərin hüquqları müəyyən çərçivədə qorunur.Mütəxəssislər bildirirlər ki, əgər boşanmaq istəyən tərəf ərdirsə, onun imkanları müəyyən məhdudiyyətlərlə əhatə olunur. Belə ki, Azərbaycan ailə qanunvericiliyinə əsasən, qadın hamilə olduğu dövrdə və uşağın doğulmasından sonra müəyyən müddət ərzində qadının razılığı olmadan nikahın pozulması tələb edilə bilməz. Bu norma ana və uşağın sosial müdafiəsinin təmin olunması məqsədilə nəzərdə tutulub.Lakin boşanma təşəbbüsü qadından gəlirsə, qanunvericilik buna mane olmur. Qadın hamilə olduğu dövrdə də məhkəməyə müraciət...
19 İyun 2026, 09:49
Ana yenidən ailə qurarsa, uşaq ataya verilə bilərmi?
Boşanmış valideynlər arasında ən çox verilən suallardan biri də ananın yenidən ailə qurmasının uşağın yaşayış yerinə təsir edib-etməməsi ilə bağlıdır. Citypost.az-ın məlumatına görə, hüquqşünasların sözlərinə görə, ananın ikinci dəfə ailə qurması avtomatik olaraq uşağın ataya verilməsi üçün əsas hesab edilmir.Mütəxəssislər bildirirlər ki, bu cür məsələlərdə əsas meyar valideynlərin şəxsi münasibətləri deyil, uşağın mənafeyi və təhlükəsizliyidir. Azərbaycan qanunvericiliyinə əsasən, uşağın kimin yanında qalacağı müəyyən edilərkən onun fiziki, psixoloji və mənəvi inkişafı əsas götürülür.Hüquqşünasların izahına görə, əgər ana yenidən ailə qurduqdan sonra uşağın yeni ailə mühitində hüquqları pozulursa, ona qarşı kobud davranış göstərilirsə, psixoloji təzyiq edilir və ya uşağın normal inkişafına mane olan...
19 İyun 2026, 08:47
Psixoloji şiddət də qanun pozuntusudur?
Ailə münasibətlərində fiziki zorakılıq qədər psixoloji şiddət də ciddi hüquq pozuntusu hesab olunur. Mütəxəssislər bildirirlər ki, təhqir, alçaltma, hədələmə, daimi təzyiq göstərilməsi, emosional manipulyasiya və şəxsin mənəvi vəziyyətinə mənfi təsir edən digər davranışlar qanunvericilikdə psixoloji zorakılıq kimi qiymətləndirilə bilər.Citypost.az xəbər verir ki, hüquqşünas və mediatorların sözlərinə görə, psixoloji şiddət fiziki zorakılıqdan fərqli olaraq daha çətin sübuta yetirilir. Çünki burada bədəndə görünən xəsarət izləri olmur. Buna baxmayaraq, qanunvericilik psixoloji zorakılığı da vətəndaşın hüquq və azadlıqlarının pozulması kimi qəbul edir və belə hallarda zərərçəkən şəxsin hüquqlarının müdafiəsi üçün hüquqi mexanizmlər mövcuddur.Mütəxəssislər hesab edirlər ki, ailədaxili mübahisələrdə ilk mərhələdə daha sivil üsullardan istifadə...
18 İyun 2026, 10:40