Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Hadisə 05 İyun 2026, 00:08
4331
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Bu barədə Ədliyyə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Bildirilib ki, İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən edilən daha bir şəxsin iyunun dördündə nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, 2022-ci ildən etibarən bir qrup vətəndaşı əlillik təqaüdünün təyin etdirilməsi və ya işə düzəltmək adı ilə aldadaraq, vətəndaşların etibarından sui-istifadə etməklə qeyd olunan məqsədlə onlardan pul vəsaiti almaqla zərərçəkmiş şəxslərə külli miqdarda maddi ziyan vurmaqda ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Babayev Polad Murad oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunub və o, həbs edilib.
Həmçinin oxuyun
Beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından, habelə aparılan danışıqlardan sonra həmin şəxsin Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə olunub. Bu, dövlətimizin beynəlxalq nüfuzunu və Birləşmiş Ərəb Əmirliklərinin ölkəmiz üçün etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Babayev Polad Murad oğlu Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Nazirliyin Penitensiar xidmətinin məsul əməkdaşları tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bakıda oteldən oğurluq edən şəxs ələ keçdi
Paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birində oğurluq hadisəsi baş verib.Citypost.az xəbər verir ki, oteldən kondisioner, 2 ədəd televizor, kombi aparatı oğurlanıb və nəticədə zərərçəkənə ümumilikdə 10 min manata yaxın maddi ziyan dəyib.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, 35 yaşlı D. Göycəyev müəyyən olunaraq saxlanılıb.Bundan başqa Binəqədi rayonunda qeydə alınan oğurluq hadisəsi zamanı isə bir nəfərə məxsus “Chevrolet” markalı avtomobildən 290 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 46 yaşlı S. Baxşiyev də polis əməkdaşları tərəfindən saxlanılıb.Hər ili faktla bağlı araşdırmalar aparılır....
22 İyul 2026, 08:08
Ağcabədidə çətənə plantasiyası aşkarlandı
Laçında çətənə bitkiləri aşkarlanıb.Daxili İşlər Nazirliyinin Bərdə Regional Qrupundan Citypost.az-a verilən məlumata görə ,Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən 51 yaşlı Əlövsət Gülməmmədov saxlanılıb.Keçirilən baxış zamanı onun Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində yerləşən evinin həyətyanı sahəsindən 77 ədəd çətənə bitkisi aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.Məhkəmənin qərarı ilə Ə.Gülməmmədov barəsində həbs qətimkan tədbiri seçilib....
21 İyul 2026, 11:50
Yasamal və Sabunçuda oğurluq edənlər saxlanılıb
Bakı şəhəri, Yasamal rayonu ərazisində bir nəfərə məxsus "Toyota" markalı avtomobildən 1100 dollar, 200 avro, 850 manat dəyərində mobil telefon və qulaqlıq oğurlanıb.Citypost.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 32 yaşlı X. İsgəndərova, 34 yaşlı A. Təhvəli və əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş A. Rəfiyev müəyyən olunaraq saxlanılıb.Bundan başqa Sabunçu rayonu ərazisində 1200 manat dəyərində velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 29 yaşlı M. Əliyev də saxlanılıb.Araşdırma aparılır....
20 İyul 2026, 18:12
Qubada 7 kq narkotik aşkarlanıb
Qubada 7 kiloqram marixuana aşkarlanıb.Citypost.az xəbər verir ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri növbəti tədbirlərlə bu əməldə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 52 yaşlı Şəmşir Əmiraslanov saxlanılıb. Onun üzərinə baxış zamanı 7 kiloqram marixuana aşkarlanıb.Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Ş.Əmiraslanov barəsində həbs qətimkan tədbiri seçilib.Araşdırmalar davam etdirilir.
20 İyul 2026, 12:07
Şuşada bir ton çətənə kolu məhv edilib
Şuşa şəhərinin Xəlfəli kəndi ərazisində ümumi çəkisi bir ton olan 2010 ədəd çətənə kolu məhv edilib.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.Bildirilib ki, yabanı halda bitən narkotik tərkibli bitkilər Şuşa Rayon Polis Şöbəsinim əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2026" şərti adlı kompleks tədbirlər nəticəsində aşkar edilib.
20 İyul 2026, 11:00
SEPAH ABŞ-yə məxsus PUA-nı zərərsizləşdirib
İranın Huzistan vilayətinin Əhvaz şəhərində ABŞ-yə aid pilotsuz uçuş aparatı (PUA) zərərsizləşdirilib.Bu barədə "Tasnim" agentliyi məlumat yayıb."Bir az əvvəl vahid milli hava hücumundan müdafiə (HHM) sisteminin idarəçiliyi altında fəaliyyət göstərən İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ən yeni HHM sisteminin atəşi nəticəsində Əhvaz səmasında MQ9 pilotsuz uçuş aparatı vurulub".Xatırladaq ki, bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə İrana endirilən növbəti zərbələr seriyasının başa çatdığını bildirib....
19 İyul 2026, 13:31