Bizə yazın

Baku

-°C

USD

-

Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub 

Cəmiyyət 22 İyun 2026, 10:26

452

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Ağcabədi Pedaqoji Kollecinin rəhbər heyətinə yeni təyinatlar olub.

Agentlikdən Citypost.az-a verilən məlumata görə, əmrə əsasən, Əhəd Məmmədov Ağcabədi Pedaqoji Kollecinin direktoru, Cəlal Bayramov isə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub.

Əhəd Məmmədov bakalavr təhsilini Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında "İngilis dili müəllimliyi" ixtisası üzrə alıb. Hazırda ADA Universitetində "Təlim və tədrisin təşkili" ixtisaslaşması üzrə magistratura səviyyəsində təhsilini davam etdirir. Əmək fəaliyyətinə ingilis dili müəllimi kimi başlayan Əhəd Məmmədov 2015–2021-ci illərdə müxtəlif təhsil müəssisələrində çalışıb. O, 93 nömrəli tam orta məktəbdə, eləcə də Tərtər şəhər Ə.Məmmədov adına 1 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyət göstərib. 2025-ci ildən Ağcabədi Pedaqoji Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb, 2026-cı ilin fevral ayından isə son təyinatadək kollecin direktoru vəzifəsini müvəqqəti icra edib.

Cəlal Bayramov ali təhsilini Gəncə Dövlət Universitetində "Biologiya müəllimliyi" ixtisası üzrə alıb. Pedaqoji fəaliyyəti dövründə Ağsu, Şəki və Oğuz rayonlarının müxtəlif kənd məktəblərində biologiya müəllimi kimi çalışıb. 2022-ci ildən etibarən Şəki rayon İbrahimkənd kənd tam orta məktəbinin direktoru vəzifəsində fəaliyyət göstərib. O, təhsilin idarə olunması sahəsində bir sıra yerli və beynəlxalq təlim proqramlarında iştirak edib, o cümlədən ADA Universitetinin "Bir müəllimin manifesti" ixtisasartırma proqramını uğurla başa vurub. Cəlal Bayramov, həmçinin 2022-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən "İlin peşəkar gənci" döş nişanı və fəxri diplomu ilə təltif olunub. O, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə də təltif edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

BŞTİ: Bu il 21 mindən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub 

Tədris ili ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 333 məktəbəqədər təhsil müəssisəsinə 37 401 uşaq cəlb olunub.Bu barədə Citypost.az-a BŞTİ-dən məlumat verilib.Bildirilib ki, bu tədris ilində 21 000-dən çox uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub.Qeyd olunub ki, məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.

22 İyun 2026, 12:12

“Dostlug” tankerinin təqdimat mərasimi keçirilib

İyunun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə “Dostlug” neftdaşıyan tankerinin onlayn formatda hədiyyə olunması mərasimi keçirilib.Citypost.az  xəbər verir ki, Azərbaycan tərəfindən Türkmənistana hədiyyə edilən “Dostlug” neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin ümumi uzunluğu 141 metr, eni 16,9 metr, suya oturumu isə 4,54 metrdir. Dedveyti 7875 ton olan tankerin Azərbaycanda inşası gəmiqayırma sənayemizin inkişafını nümayiş etdirməklə yanaşı, Azərbaycan-Türkmənistan dostluq əlaqələrinin inkişafına da töhfədir. Bu, eyni zamanda, Bakı gəmiqayırma zavodunda irihəcmli və texnoloji baxımdan mürəkkəb gəmiqayırma layihələrinin həyata keçirilməsinin mümkün olduğunu bir daha göstərir.Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin...

22 İyun 2026, 11:46

Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq 

Sabah Cəlilabad rayonunun üç kəndinin qaz təchizatında fasilələr yaranacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Cəlilabad rayonunun Muğan, Maşlıq və Söyüdlü kəndlərinin ​qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

22 İyun 2026, 11:16

İlham Əliyevin Türkmənistan Prezidenti ilə təkbətək görüşü olub 

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə təkbətək görüşü olub.Citypost.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

22 İyun 2026, 11:15

Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub 

Azərbaycana dövlət səfərinə gələn Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun rəsmi qarşılanma mərasimi olub.Citypost.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Türkmənistan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu qarşılayıb.Fəxri qarovul dəstəsinin rəisi Türkmənistan Prezidentinə raport verib.Türkmənistanın və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun qarşısından keçib.Azərbaycan nümayəndə heyətinin üzvləri Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədova, Türkmənistan nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olunub.Dövlət başçıları rəsmi foto çəkdiriblər....

22 İyun 2026, 11:00

Dövlət Komitəsinin əməkdaşları Fəxri xiyabanı ziyarət etdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 25 ili tamam olur.Citypost.az  xəbər verir ki, bu münasibətlə komitə, tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu, Bakı İlahiyyat Kollecinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar.Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla yad edilib, məzarı önünə gül dəstələri düzülüb.Sonra Şəhidlər xiyabanı ziyarət edilib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla anılıb, məzarları üzərinə gül dəstələri düzülüb.Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Prezidentin 21 iyun 2001-ci il tarixli 512 nömrəli Fərmanı ilə yaradılıb. Komitənin...

22 İyun 2026, 10:10