Üzdə keçməyən qızartı və yanma hissi rosacea xəstəliyinin əlaməti ola bilər
Tibb 22 İyun 2026, 10:49
396
Üzdə davamlı qızartı, yanma hissi, arabir əmələ gələn pörtmə və həssaslıq bir çox insan tərəfindən sadə dəri problemi kimi qəbul edilsə də, dermatoloqlar bunun rosacea adlı xroniki dəri xəstəliyinin əlaməti ola biləcəyini bildirirlər.
Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, rosacea əsasən üz nahiyəsində, xüsusilə yanaqlar, burun, alın və çənə bölgəsində qızartı ilə özünü göstərən damar mənşəli dəri xəstəliyidir. Xəstəliyin ilkin mərhələlərində qızartı gəlib-keçici xarakter daşısa da, vaxtında müalicə olunmadıqda qalıcı hala keçə və üz dərisində görünən damarların artmasına səbəb ola bilər.
Dermatoloqlar qeyd edirlər ki, rosaceadan əziyyət çəkən şəxslər bəzi vərdişlərdən uzaq durmalıdırlar. İlk növbədə üzün isti su ilə yuyulması, tez-tez isti duş qəbul edilməsi, sauna və hamam kimi yüksək temperaturun təsir etdiyi məkanlardan istifadə qızartını daha da artırır. İstilik damarların genişlənməsinə səbəb olduğu üçün xəstəliyin simptomlarını kəskinləşdirə bilir.
Mütəxəssislər həmçinin xəbərdarlıq edirlər ki, tərkibində hormon olan kremlərin həkim məsləhəti olmadan istifadəsi rosaceanın gedişatını ağırlaşdıra bilər. Bir çox insan qızartını azaltmaq məqsədilə kortikosteroid tərkibli kremlərdən istifadə etsə də, bu vasitələr uzunmüddətli perspektivdə dəriyə daha ciddi ziyan vurur.
Rosacea xəstələri qidalanmalarına da xüsusi diqqət yetirməlidirlər. Həkimlərin sözlərinə görə, acılı yeməklər, alkoqollu içkilər, çox isti qida və içkilər damarların genişlənməsinə səbəb olaraq üzdəki qızartını artırır. Buna görə də belə məhsulların istifadəsi minimuma endirilməlidir.
Mütəxəssislər günəş şüalarının da xəstəliyin əsas təhrikedici amillərindən biri olduğunu bildirirlər. Rosaceadan əziyyət çəkən şəxslərin ilboyu günəşdən qoruyucu kremlərdən istifadə etməsi tövsiyə olunur. Günəş şüalarının təsiri nəticəsində damar genişlənməsi artır və qızartılar daha qabarıq görünə bilər.
Həmçinin oxuyun
Dermatoloqların sözlərinə görə, rosacea sadəcə kosmetik problem deyil, damar sistemi ilə əlaqəli xroniki bir xəstəlikdir. Bu səbəbdən müalicə də kompleks şəkildə aparılmalıdır. Müalicə zamanı yerli preparatlar, daxilə qəbul edilən dərmanlar və müasir texnoloji üsullar tətbiq edilir.
Son illərdə rosaceanın müalicəsində ən effektiv üsullardan biri kimi damar lazerləri göstərilir. Həkimlər bildirirlər ki, lazer texnologiyası vasitəsilə genişlənmiş və görünən damarlar hədəfə alınaraq onların fəaliyyəti zəiflədilir. Nəticədə üzdəki qızartı azalır və dəri görünüşü nəzərəçarpacaq dərəcədə yaxşılaşır.
Mütəxəssislərin sözlərinə görə, bu prosedur ağrısız və ya minimal narahatlıqla həyata keçirilir, uzun bərpa dövrü tələb etmir və pasiyent qısa müddət ərzində gündəlik həyatına qayıda bilir.
Dermatoloqlar sonda vurğulayırlar ki, üzdə uzun müddət keçməyən qızartı, yanma, həssaslıq və pörtmə halları müşahidə olunursa, problemi sadəcə kosmetik vasitələrlə gizlətməyə çalışmaq düzgün deyil. Vaxtında dermatoloqa müraciət etmək xəstəliyin inkişafının qarşısını almaq və daha effektiv nəticə əldə etmək baxımından böyük əhəmiyyət daşıyır.
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DİQQƏT: Gecələr artan qaşınma qoturun əlaməti ola bilər
Dəridə gecələr daha da güclənən qaşınma, xırda səpkilər və narahatlıq hissi bir çox hallarda sadə allergiya və ya dəri həssaslığı kimi qiymətləndirilsə də, dermatoloqlar bunun qotur (skabies) xəstəliyinin əlaməti ola biləcəyini bildirirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, qotur insan dərisində yaşayan mikroskopik parazitin törətdiyi yoluxucu dəri xəstəliyidir. Xəstəliyin əsas və ən xarakterik əlaməti gecə saatlarında daha da şiddətlənən qaşınmadır. Bunun səbəbi parazitin dərinin üst qatında aktivləşərək hərəkət etməsi və yumurta qoyması ilə əlaqədardır.Dermatoloqlar qeyd edirlər ki, qotur zamanı qaşınma ilə yanaşı dəridə müxtəlif səpkilər, qızartılar və xırda qabarcıqlar da əmələ gələ bilər. Ən çox zədələnən nahiyələr isə barmaq araları, biləklər,...
22 İyun 2026, 09:47
Hansı dəri problemlərində lazer və cihazlarla müalicə daha effektivdir?
Müasir dermatologiyada lazer və digər cihaz əsaslı müalicə üsulları dəri problemlərinin aradan qaldırılmasında getdikcə daha geniş tətbiq olunur. Bununla belə, mütəxəssislər bildirirlər ki, hər dəri problemi üçün lazer əsas və ya yeganə müalicə üsulu hesab edilmir. Bəzi xəstəliklərdə cihazlarla müalicə əvəzolunmaz rol oynadığı halda, bəzi hallarda yalnız köməkçi vasitə kimi istifadə olunur.Citypost.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, cihazlarla müalicənin ən vacib olduğu problemlərdən biri "şərab ləkəsi" kimi tanınan damar mənşəli doğuş ləkələridir. Bu hallarda lazer texnologiyası demək olar ki, əsas və bəzən yeganə effektiv müalicə üsulu hesab olunur. Çünki həmin damar dəyişikliklərini kremlər və ya dərman preparatları ilə aradan...
22 İyun 2026, 08:45
Zirkon, yoxsa vinir? – Mütəxəssislər əsas fərqləri açıqlayır
Müasir estetik stomatologiyada pasiyentlərin ən çox maraqlandığı mövzulardan biri zirkon örtüklərlə vinirlər arasındakı fərqdir. Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, hər iki üsul dişlərin estetik görünüşünü yaxşılaşdırmaq üçün tətbiq edilsə də, onların istifadə sahələri və hazırlanma üsulları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.Həkimlər bildirirlər ki, vinirlər əsasən estetik məqsədlərlə istifadə olunur və dişlərin təbii görünüşünü qorumaq baxımından üstünlüklərə malikdir. Vinir tətbiqi zamanı dişin yalnız ön səthindən çox nazik qat yonulur. Bu səbəbdən diş toxumasının böyük hissəsi qorunub saxlanılır. Bir çox hallarda dişin sinirinə toxunulmur və diş öz canlılığını qoruyur. Xüsusilə dişlərin rəngindəki dəyişikliklərin, aralıqların, forma qüsurlarının və kiçik estetik problemlərin aradan qaldırılmasında vinirlərdən...
19 İyun 2026, 10:45
Üz kontur plastikası üçün neçə qram dolğu lazımdır? – Mütəxəssislər DANIŞDI
Son illərdə estetik prosedurlar arasında üz kontur plastikası ən çox müraciət olunan xidmətlərdən birinə çevrilib. Bununla yanaşı, pasiyentləri maraqlandıran əsas suallardan biri də prosedur zamanı neçə qram dolğu materialından istifadə olunacağı və qiymətin necə müəyyənləşdirildiyi ilə bağlıdır.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu suala hər kəs üçün eyni cavabı vermək mümkün deyil. Çünki üz kontur plastikası fərdi yanaşma tələb edən prosedurdur və istifadə olunacaq dolğu maddəsinin miqdarı pasiyentin üz quruluşundan, yaşından, dəri vəziyyətindən və əldə etmək istədiyi nəticədən asılı olaraq dəyişir.Qeyd olunur ki, bəzi pasiyentlərdə yalnız yanaq nahiyəsinin həcmləndirilməsi kifayət etdiyi halda, digərlərində çənə xəttinin müəyyənləşdirilməsi, almacıq sümüklərinin vurğulanması...
19 İyun 2026, 09:46
Viruslu hepatitlər yalnız qanla yoluxmur – Mütəxəssislər xəbərdarlıq edir
Viruslu hepatitlərlə bağlı cəmiyyətdə geniş yayılmış yanlış fikirlərdən biri onların hamısının yalnız qan vasitəsilə yoluxmasıdır. Citypost.az xəbər verir ki, mütəxəssislərin açıqlamalarına görə, hepatit viruslarının yoluxma yolları fərqlidir və bu xəstəliklərdən qorunmaq üçün həmin fərqləri bilmək vacibdir.Mütəxəssislər bildirirlər ki, viruslu hepatitlər bir neçə növə ayrılır və hər növün özünəməxsus yayılma mexanizmi mövcuddur. Hepatit A və Hepatit E əsasən fekal-oral yolla yoluxur. Bu zaman infeksiya çirkli su, gigiyenik qaydalara əməl edilməməsi, yaxşı yuyulmayan meyvə-tərəvəzlər, həmçinin dezinfeksiya olunmamış qab-qacaq və sanitar qovşaqlar vasitəsilə yayıla bilər. Xüsusilə isti hava şəraitində və sanitariya normalarının zəif olduğu ərazilərdə bu növ hepatitlərə daha çox rast gəlinir.Həkimlərin sözlərinə görə,...
19 İyun 2026, 08:43
Hər boğulma tutmasında ölüm qorxusu: Asma xəstələrində panik atak niyə yaranır?
Bronxial astmadan əziyyət çəkən insanların ən çox üzləşdiyi problemlərdən biri təkcə nəfəs darlığı deyil, həm də bu vəziyyətin yaratdığı güclü qorxu və narahatlıq hissidir. Uzun müddət düzgün müalicə almayan xəstələrdə təkrarlanan boğulma tutmaları zamanla psixoloji problemlərin, xüsusilə də panik atakların yaranmasına səbəb ola bilir.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, astma tutması zamanı yaranan hava çatışmazlığı hissi, sinədə sıxılma, xırıltılı tənəffüs və təngnəfəslik xəstədə sanki nəfəsinin dayanacağı, boğularaq öləcəyi hissini yaradır.Bu vəziyyət dəfələrlə təkrarlandıqda isə insanın beynində davamlı qorxu formalaşır və nəticədə panik ataklar meydana çıxır.Belə xəstələrdə zaman keçdikcə boğulma tutmasının təkrarlanacağı qorxusu gündəlik həyatın ayrılmaz hissəsinə çevrilir. Bəzi pasiyentlər dərmanlarını...
18 İyun 2026, 10:33