Bizə yazın

Baku

-°C

USD

-

Bəzi çimərliklərdən istifadə müvəqqəti məhdudlaşdırılıb 

Cəmiyyət 22 İyun 2026, 12:28

460

2026-cı ilin yaz-yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi ölkə ərazisində əhalinin ictimai istirahəti üçün istifadə olunan çimərliklərdə sanitariya norma və qaydalarına riayət olunması vəziyyətini, həmçinin dəniz suyunun keyfiyyət göstəricilərini qiymətləndirmək məqsədilə mütəmadi monitorinqlər aparır.

Bu barədə Citypost.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, dəniz suyunun keyfiyyətinə nəzarət tədbirləri ilin əvvəlindən aylıq əsasda həyata keçirilib. May ayından etibarən isə monitorinqlərin intensivliyi artırılıb və həftəlik qaydada davam etdirilir. Götürülən dəniz suyu nümunələri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin laboratoriyalarında fiziki-kimyəvi və mikrobioloji göstəricilər üzrə müayinə olunur.

İstirahət mövsümü ərzində dəniz suyu nümunələri xüsusi təhlükəli yoluxucu xəstəliklərə nəzarət məqsədilə əlavə olaraq Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin müvafiq laboratoriyalarında da tədqiq edilir.

Aparılmış laborator müayinələrin nəticələrinə əsasən bəzi ərazilərdə götürülmüş dəniz suyu nümunələrində kimyəvi və mikrobioloji göstəricilərin qüvvədə olan sanitariya norma və qaydalarının tələblərinə uyğun olmadığı müəyyən edilib.

Monitorinqlər zamanı Bakı şəhərinin Xəzər rayonunun Türkan, Suraxanı rayonunun Hövsan, Səbail rayonunun Şıx, Qaradağ rayonunun Sahil qəsəbələrində, həmçinin Lənkəran şəhərinin Aşağı Nüvədi qəsəbəsi, Sütəmurdov kəndi, Kiçik Bazar yaşayış məntəqəsi və Xaçmaz rayonunun Niyazoba ərazisində yerləşən çimərliklərdə sanitariya-mühafizə zonalarının tullantı və çirkab suları ilə çirklənməsi nəticəsində dəniz suyunun keyfiyyət göstəricilərində normativ tələblərdən kənarlaşmalar qeydə alınıb.

Mövcud vəziyyət nəzərə alınaraq və əhalinin sağlamlığının qorunması məqsədilə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzi qeyd olunan ərazilərdə yerləşən çimərliklərdə, eləcə də həmin zonalardakı qeyri-qanuni çimərlik sahələrində dəniz suyundan çimmək məqsədilə istifadənin müvəqqəti məhdudlaşdırılması barədə qərarlar qəbul edib.

Qərarların icrası ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti, Lənkəran Şəhər İcra Hakimiyyəti, Xaçmaz Rayon İcra Hakimiyyəti, aidiyyəti polis orqanları, Fövqəladə Hallar Nazirliyi və onun regional qurumları, həmçinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin müvafiq strukturları məlumatlandırılıb.

Səhiyyə Nazirliyi vətəndaşlara yalnız icazə verilmiş çimərliklərdən istifadə etməyi, rəsmi məlumatlara diqqət yetirməyi və müəyyən edilmiş məhdudiyyətlərə riayət etməyi tövsiyə edir.

Çimərlik mövsümü ərzində dövlət sanitariya xidməti tərəfindən monitorinqlər davam etdiriləcək və nəticələr barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Dron hücumu ilə əlaqədar Moskvanın bütün aeroportları müvəqqəti bağlanıb 

Moskvanın “Domodedovo”, “Şeremetyevo”, “Vnukovo” və “Jukovski” hava limanları müvəqqəti bağlanıb.APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyi-“Rosaviasiya” məlumat yayıb.Bildirilib ki, Moskvanın bütün aeroportlarında təyyarələrin uçuş və enişinə məhdudiyyət tətbiq olunub.

22 İyun 2026, 13:58

Sabah bu rayonlarda bəzi ərazilərində qaz kəsiləcək 

Sabah Goranboy və Samux rayonlarının bəzi ərazilərində qaz təchizatında fasilələr yaranacaq.Bu barədə Citypost.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 23-də saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonun Hazırəhmədli kəndi və Samux rayonun Qarayeri qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

22 İyun 2026, 13:47

Sərdar Berdiməhəmmədov Ümumilli Lider Heydər Əliyevin məzarını ziyarət edib 

Azərbaycandda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.Citypost.az xəbər verir ki, Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

22 İyun 2026, 13:33

Elvin Cəfərquliyev “Qarabağ”ın əsas heyətinə qaytarılıb 

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev “Qarabağ”la birlikdə Avstriyaya yollanıb.Citypost.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.25 yaşlı cinah müdafiəçisi komandanın Avstriyada keçiriləcək təlim-məşq toplanışı üçün səfərə çıxan futbolçular arasında yer alıb.Qeyd edək ki, Elvin Cəfərquliyev 2025/2026 mövsümünün sonunda intizam qaydalarını pozduğu üçün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılmışdı.

22 İyun 2026, 13:20

Türkmənistan Prezidenti Zəfər parkını ziyarət edib 

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov iyunun 22-də Bakıda Zəfər parkını ziyarət edib.Citypost.az xəbər verir ki, burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Türkmənistan Prezidenti parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.Sonra ali qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verilib.Bildirilib ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib....

22 İyun 2026, 13:15

Azərbaycan-Türkmənistan sənədləri mübadilə olunub 

Azərbaycan Respublikası ilə Türkmənistan arasında imzalanmış sənədlərin iyunun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun iştirakı ilə mübadiləsi mərasimi olub.Citypost.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov prezidentlərin Birgə Bəyanatını imzaladılar.“Azərbaycan Respublikası ilə Türkmənistan arasında daşınan mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsi üçün Texniki şərtlər”i Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov və Türkmənistan Gömrük Xidmətinin sədri Maksat Xudaykulıyev mübadilə etdilər.“Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin gömrük statistikası sahəsində əməkdaşlıq haqqında Protokol”u Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov...

22 İyun 2026, 13:07