Siqaretin ürəyə təsiri – mütəxəssis izahı
Tibb 23 İyun 2026, 10:42
464
Mütəxəssislərin bildirdiyinə görə, ürək-damar xəstəliklərinin yaranmasında ən ciddi risk faktorlarından biri tütün məmulatlarının istifadəsidir. Siqaretin tərkibində olan nikotin və digər zərərli maddələr ürək və damar sisteminə birbaşa mənfi təsir göstərir.
Citypost.az xəbər verir ki, nikotin qəbul edildikdə ilk növbədə damarların daralmasına səbəb olur. Bu isə ürək əzələsinə gedən qan axınını azaldır və ürəyin oksigenlə təminatını çətinləşdirir. Nəticədə ürək daha çox işləməyə məcbur qalır və oksigen tələbatı artır.
Mütəxəssislər qeyd edirlər ki, bu proses ürək damarlarında spazm yaradır. Damar spazmı isə qan dövranının pozulmasına, təzyiqin yüksəlməsinə və ürəkdə əlavə yükün yaranmasına gətirib çıxarır. Uzunmüddətli siqaret istifadəsi bu vəziyyəti daha da ağırlaşdırır və ciddi ürək xəstəliklərinin yaranma riskini artırır.
Həkimlərin açıqlamasına görə, siqaret ürəyin keçirici sisteminə də mənfi təsir edir. Bu isə ürək ritminin pozulmasına, aritmiyalara və bəzi hallarda qəfil ürək problemlərinə səbəb ola bilər.
Bundan əlavə, tütün istifadəsi damarların daxili qatını zədələyir və ateroskleroz prosesini sürətləndirir. Bu da infarkt və insult riskini xeyli artıran əsas amillərdən biridir.
Həmçinin oxuyun
Mütəxəssislər vurğulayırlar ki, siqaretin zərərləri yalnız ürəklə məhdudlaşmır, ümumilikdə bütün orqanizmə təsir edir. Lakin xüsusilə ürək əzələsi və damar sistemi bu təsirdən ən çox zərər görən hissələrdir.
Həkimlər bildirirlər ki, ürək-damar sağlamlığını qorumaq üçün tütündən uzaq durmaq və sağlam həyat tərzi seçmək ən vacib şərtlərdən biridir.
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ürək döyüntüsünü hiss etmək nə vaxt normaldır?
Bəzən insanlar ürək döyüntülərini baş nahiyəsində və ya ümumi bədəndə daha aydın hiss etdiklərini bildirirlər.Mütəxəssislərin sözlərinə görə, normal şəraitdə insan öz ürək döyüntüsünü hiss etməməlidir. Lakin bəzi hallarda bu hissin yaranması mümkündür və hər zaman ciddi xəstəlik demək deyil.Citypost.az xəbər verir ki, mövzu ilə bağlı kardioloqların açıqlamasına görə, ürək döyüntüsünün hiss olunması əsasən müəyyən situasiyalarda ortaya çıxır. Bunlara aritmiya halları, emosional gərginlik, stress, fiziki yorğunluq və gecə saatlarında sakit mühitdə uzanma vəziyyəti daxildir.Mütəxəssislər bildirirlər ki, xüsusilə insan başını yastığa qoyduqda ürək döyüntüləri daha aydın hiss oluna bilər. Bu, çox zaman normal fizioloji hal hesab olunur və təkbaşına xəstəlik göstəricisi deyil.Lakin...
23 İyun 2026, 09:41
Yüksək xolesterin qan təhlili olmadan müəyyən edilə bilərmi?
Mütəxəssislərin bildirdiyinə görə, qanda xolesterin səviyyəsinin dəqiq təyini yalnız laborator qan analizi ilə mümkündür. Lakin bəzi hallarda yüksək xolesterin orqanizmdə xarici əlamətlərlə də özünü göstərə bilər və bu, ilkin şübhə üçün əsas yarada bilər.Citypost.az xəbər verir ki, həkimlərin açıqlamasına görə, uzun müddət davam edən yüksək xolesterin bəzi xəstələrdə dərialtı piy toxumasının yığılması ilə müşahidə olunur. Bu vəziyyət tibbdə ksantomalar (xanthomas) kimi tanınır. Ksantomalar adətən sarımtıl rəngdə, kiçik düyün və ya qalınlaşma formasında dərinin müxtəlif nahiyələrində görünə bilər.Mütəxəssislər qeyd edirlər ki, bu dəyişikliklər ən çox dirsək, diz, əl barmaqları və vətər sahələrində müşahidə olunur. Bəzi hallarda isə göz ətrafında daha aydın...
23 İyun 2026, 08:16
Üzdə keçməyən qızartı və yanma hissi rosacea xəstəliyinin əlaməti ola bilər
Üzdə davamlı qızartı, yanma hissi, arabir əmələ gələn pörtmə və həssaslıq bir çox insan tərəfindən sadə dəri problemi kimi qəbul edilsə də, dermatoloqlar bunun rosacea adlı xroniki dəri xəstəliyinin əlaməti ola biləcəyini bildirirlər.Citypost.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, rosacea əsasən üz nahiyəsində, xüsusilə yanaqlar, burun, alın və çənə bölgəsində qızartı ilə özünü göstərən damar mənşəli dəri xəstəliyidir. Xəstəliyin ilkin mərhələlərində qızartı gəlib-keçici xarakter daşısa da, vaxtında müalicə olunmadıqda qalıcı hala keçə və üz dərisində görünən damarların artmasına səbəb ola bilər.Dermatoloqlar qeyd edirlər ki, rosaceadan əziyyət çəkən şəxslər bəzi vərdişlərdən uzaq durmalıdırlar. İlk növbədə üzün isti su ilə yuyulması, tez-tez...
22 İyun 2026, 10:49
DİQQƏT: Gecələr artan qaşınma qoturun əlaməti ola bilər
Dəridə gecələr daha da güclənən qaşınma, xırda səpkilər və narahatlıq hissi bir çox hallarda sadə allergiya və ya dəri həssaslığı kimi qiymətləndirilsə də, dermatoloqlar bunun qotur (skabies) xəstəliyinin əlaməti ola biləcəyini bildirirlər.Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, qotur insan dərisində yaşayan mikroskopik parazitin törətdiyi yoluxucu dəri xəstəliyidir. Xəstəliyin əsas və ən xarakterik əlaməti gecə saatlarında daha da şiddətlənən qaşınmadır. Bunun səbəbi parazitin dərinin üst qatında aktivləşərək hərəkət etməsi və yumurta qoyması ilə əlaqədardır.Dermatoloqlar qeyd edirlər ki, qotur zamanı qaşınma ilə yanaşı dəridə müxtəlif səpkilər, qızartılar və xırda qabarcıqlar da əmələ gələ bilər. Ən çox zədələnən nahiyələr isə barmaq araları, biləklər,...
22 İyun 2026, 09:47
Hansı dəri problemlərində lazer və cihazlarla müalicə daha effektivdir?
Müasir dermatologiyada lazer və digər cihaz əsaslı müalicə üsulları dəri problemlərinin aradan qaldırılmasında getdikcə daha geniş tətbiq olunur. Bununla belə, mütəxəssislər bildirirlər ki, hər dəri problemi üçün lazer əsas və ya yeganə müalicə üsulu hesab edilmir. Bəzi xəstəliklərdə cihazlarla müalicə əvəzolunmaz rol oynadığı halda, bəzi hallarda yalnız köməkçi vasitə kimi istifadə olunur.Citypost.az xəbər verir ki, dermatoloqların sözlərinə görə, cihazlarla müalicənin ən vacib olduğu problemlərdən biri "şərab ləkəsi" kimi tanınan damar mənşəli doğuş ləkələridir. Bu hallarda lazer texnologiyası demək olar ki, əsas və bəzən yeganə effektiv müalicə üsulu hesab olunur. Çünki həmin damar dəyişikliklərini kremlər və ya dərman preparatları ilə aradan...
22 İyun 2026, 08:45
Zirkon, yoxsa vinir? – Mütəxəssislər əsas fərqləri açıqlayır
Müasir estetik stomatologiyada pasiyentlərin ən çox maraqlandığı mövzulardan biri zirkon örtüklərlə vinirlər arasındakı fərqdir. Citypost.az-ın məlumatına görə, mütəxəssislərin sözlərinə görə, hər iki üsul dişlərin estetik görünüşünü yaxşılaşdırmaq üçün tətbiq edilsə də, onların istifadə sahələri və hazırlanma üsulları bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir.Həkimlər bildirirlər ki, vinirlər əsasən estetik məqsədlərlə istifadə olunur və dişlərin təbii görünüşünü qorumaq baxımından üstünlüklərə malikdir. Vinir tətbiqi zamanı dişin yalnız ön səthindən çox nazik qat yonulur. Bu səbəbdən diş toxumasının böyük hissəsi qorunub saxlanılır. Bir çox hallarda dişin sinirinə toxunulmur və diş öz canlılığını qoruyur. Xüsusilə dişlərin rəngindəki dəyişikliklərin, aralıqların, forma qüsurlarının və kiçik estetik problemlərin aradan qaldırılmasında vinirlərdən...
19 İyun 2026, 10:45