600-dən çox restoran və kafedə at əti aşkarlandı
Cəmiyyət 01 İyul 2026, 09:08
593
7500 restoran və kafedə monitorinq aparılıb, 626 müəssisədə yararsız ət aşkarlanıb.
Citypost.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli "Trend" İnformasiya Agentliyinə və "Xəzər" TV-yə birgə müsahibəsində deyib.
Onun sölərinə görə, AQTA-nın fəaliyyət dövrü ərzində ümumilikdə ictimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb:
Həmçinin oxuyun
"Məsələ, əslində, bundan əvvəl toxunduğumuz identifikasiya məsələsinin davamıdır. Bilavasitə identifikasiya ona görə tətbiq olunmalıdır ki, həm kəsim məntəqələrində, həm də ictimai iaşə müəssisələrində ətin üzərində effektiv nəzarəti həyata keçirmək mümkün olsun və keyfiyyətsiz, yararsız ətlər bu və ya digər yollarla ticarət şəbəkələrinə və ictimai iaşə müəssisələrinə daxil olmasın. Bu, bayaq haqqında danışdığımız identifikasiya sisteminin əsas tərkib hissələrindən biridir. Tərəfimizdən ictimai iaşə müəssisələrində mütəmadi monitorinqlər və yoxlamalar aparılır. Fəaliyyət dövrü ərzində ümumilikdə ictimai iaşə müəssisələrində, restoran və kafelərdə 7500-ə yaxın yoxlama aparılıb. Bu yoxlamalar zamanı 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən və mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb.
Burada bir məqamı xüsusi qeyd etmək istəyirəm. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyaları regionda ən müasir laboratoriyalardan biridir. Bu yeganə laboratoriyadır ki, bizə 150 milyon toksik elementi təyin etmək imkanı verir. Eyni zamanda müxtəlif ət növlərinin genetik mənşəyini müəyyən edə bilirik. Bu da bizə imkan verir ki, saxtakarlıq hallarını aşkarlayaq. Məsələn, başqa mənşəli ətlər mal və ya qoyun əti adı altında məhsullara qatıldıqda bunu laborator müayinələr vasitəsilə müəyyən etmək mümkündür. Hesabat dövründə ictimai iaşə müəssisələrindən 500 kiloqrama yaxın yararsız ət dövriyyədən kənarlaşdırılıb. Bundan əlavə, laboratoriyalarımız müxtəlif məhsulların mənşəyini müəyyən etməklə yanaşı, GMO qalıqları və digər göstəricilər üzrə də ekspertizalar aparmaq imkanına malikdir".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb
Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılıb.Citypost.az xəbər verir ki, qadınların pensiya yaşı 65 olaraq kişilərin pensiya yaşı ilə bərabərləşib."Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il...
01 İyul 2026, 10:09
Leyla Əliyeva Şəkidə Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri ilə görüşüb
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iyunun 30-da Şəkidə 6 saylı Uşaq evi sosial xidmət müəssisəsində olub.Citypost.az xəbər verir ki, Leyla Əliyeva müəssisədəki uşaqların iştirakı ilə nümayiş etdirilən bədii proqramı izləyib. Həmçinin uşaqlara hədiyyələr təqdim edilib, onlarla şəkillər çəkdirilib.Qeyd edək ki, 1936-cı ildən 2 nömrəli Uşaq evi kimi fəaliyyətə başlayan müəssisə 1988-ci ildən Şəki Qarışıq Tipli Uşaq Evi adı ilə fəaliyyətini davam etdirib. 2018-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müəssisənin yeni inşa olunan binası istifadəyə verilib.Müəssisədə valideyn himayəsindən məhrum olmuş uşaqlar yaşayırlar.Burada uşaqlara sosial uyğunlaşmanın təmin olunması üçün...
01 İyul 2026, 10:08
Leyla Əliyeva Şəki Şəhər İncəsənət Məktəbində olub
İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərində İncəsənət Məktəbinin yeni istifadəyə verilən binası ilə tanış olub.Citypost.az xəbər verir ki, Leyla Əliyevaya İncəsənət Məktəbi barədə ətraflı məlumat verilib.Bildirilib ki, 1938-ci ildə tikilən bina ötən müddət ərzində istifadəyə yararsız vəziyyətə düşdüyündən Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası inşa edilib.İki korpusdan ibarət təhsil müəssisəsi 430 şagird yerlikdir. Məktəb zəruri mebel və avadanlıqlar, həmçinin əyani vəsaitlərlə təchiz edilib.Burada musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq, dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana, yeməkxana müəllim və uşaqların istifadəsinə verilib. Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, dekorativ kol və ağaclar əkilib,...
01 İyul 2026, 10:06
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Bu gün paytaxtın Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq."Azərişəq"dan Citypost.az-a verilən məlumata görə, iyulun 1-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Əsəd Əhmədov, Vasif Əliyev, Yeni Yasamal küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Məlumata görə, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən Komplekt Transformator Məntəqələrində (KTM) icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Heydər Əliyev prospekti və Davud Aslan küçəsinin bəzi ərazilərini əhatə edəcək."Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək". -...
01 İyul 2026, 09:55
Aqşin Yenisey: Xalqçılıqla vidalaşmağın vaxtıdır
Yazıçı Aqşin Yenisey “xalq” və “millət” anlayışları ilə bağlı fikirlərini bölüşüb.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, “xalq” kəlməsi XIX əsrdə meydana çıxıb və təbəə anlayışının əvəzedicisi kimi formalaşıb. Aqşin Yenisey bildirib ki, mərhum filosof Heydər Camal bu sözün Avropada sağçı sosialistlər, Rusiyada isə kommunistlər tərəfindən dövriyyəyə buraxıldığını qeyd edib. O, türk millətçi ideoloqu Nihal Atsız və italyan alim-yazıçısı Umberto Econun da bu məsələyə oxşar yanaşdığını vurğulayıb.Yazıçı hesab edir ki, xalq idarə olunanın, millət isə idarə edənin adıdır. Onun fikrincə, millət anlayışı məsuliyyət, öz müqəddəratını müəyyənləşdirmək və cəmiyyətin ən yaxşı nümayəndələrinin qədrini bilmək deməkdir.Aqşin Yenisey qeyd edib ki, millət alimə,...
01 İyul 2026, 09:33
Bakının bir sıra ərazilərində qaz kəsiləcək
Bu gün Bakının Nizami və Sabunçu rayonlarının bir sıra ərazilərində qaz kəsiləcək.Citypost.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.Aşkarlanmış qaz sızmasının aradan qaldırılması və təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Nizami rayonunun Keşlə qəsəbəsinin, Sabunçu rayonunun Maştağa qəsəbəsinin, Yeni Sahənin, Subtropik Sovxozun, Konserv zavodunun və Daş Karxanasının qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
01 İyul 2026, 09:25